Rusiyada artan yanacaq böhranı səbəbindən Moskva və Moskva vilayətindəki əsas yanacaq şirkətləri satış məhdudiyyətlərini daha da sərtləşdiriblər.
RBC-nin məlumatına görə, "Qazprom Neft" stansiyalarında bir müştəri maksimum 30 litr benzin və ya 60 litr dizel yanacağı ilə məhdudlaşır, yanacağı isə bidonlara doldurmaq qadağandır.
Oxşar məhdudiyyətlər LUKOIL və “Teboil” stansiyalarında da tətbiq olunub, bəzi yerlərdə benzin satışları 20-30 litr ilə məhdudlaşdırılıb və dizel satışlarına litr limiti qoyulub.
Tahir TAĞIYEV