04/04/2020 12:28
728 x 90

Paşinyanın özünü utanc vəziyyətə salmasının bir daha şahidi olduq

Hikmət Hacıyev: “Münhen Təhlükəsizlik Konfransında sübut olundu ki, Ermənistanın iddia etdiyi tezislər yalandan başqa bir şey deyil”

img

Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında debat təşkil olundu və hər bir vətəndaşımız, eyni zamanda dünya ictimaiyyəti canlı yayımlanan bu debat çərçivəsində Ermənistanın ifşası və xüsusən də Paşinyanın özünü utanc vəziyyətə salmasının bir daha şahidi oldu. “Trend”in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, burada ümumiyyətlə Ermənistanın münaqişənin həlli ilə əlaqədar irəli sürdüyü əsassız iradların və yalanların tamamilə ifşa olunmasının şahidi olduq: “Ermənistanın Baş naziri özünün biabırçı və utanc formada təqdimatından sonra indi Ermənistana qayıdaraq müxtəlif cəfəng fikirlərlə özünə bəraət qazandırmağa çalışır. Amma Ermənistan ictimaiyyəti, ictimai-siyasi xadimləri bu məsələyə öz münasibətlərini bildirdilər və Paşinyanın timsalında Münhen Təhlüksizlik Konfransında utanc yaşamalarını özləri ifadə etdilər”.

H.Hacıyev vurğulayıb ki, bu, özlüyündə bir daha da göstərdi ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın qətiyyətli, birmənalı və münaqişənin həlli ilə əlaqədar ədalətli mövqeyi əsaslı bir şəkildə Münhen Təhlükəsizlik Konfrası kimi mötəbər və vacib bir tədbirin tribunasından istifadə edilərək dünya ictimaiyyətinin diqqətinə çatdırıldı və beynəlxlaq ictimaiyyət bir daha da şahid oldu ki, Ermənistanın münaqişə ilə əlaqədar baxışları tamamilə destruktiv xarakter daşıyır, Ermənistanın məqsədi yalnız işğala əsaslanan status-kvonu saxlamaqdan ibarətdir: “Həmçinin də Ermənistanın iddia etdiyi tezislər yalandan başqa bir şey deyil. İndi isə onlar özlərinin bu uğursuz cəhdlərinə cəfəng fikirlərlə haqq qazandırmağa çalışırlar”.

Son xəbərlər