çərşənbə günü, 04 noyabr 2026
     

Azərbaycanın Qərblə hərbi əməkdaşlığı Ermənistanda şok effekti yaradır – silahlanmamızda İtaliya təyyarələri…

Image


Azərbaycanın müxtəlif ölkələrdən davamlı olaraq hərbi texnika alışı Ermənistanda daim böyük narahatlıq yaradıb. Belə görünür ki, düşmənin bu xüsusda narahatlığı daha da artacaq. Ən azı o baxımdan ki, Azərbaycan və İtaliya hərbi sahədə əməkdaşlığı genişləndirmək üçün növbəti addım atıb.

Məlumdur ki, iki ölkə arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı sənəd imzalanıb.  Belə ki, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə"ni Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və "Leonardo S.p.A"nın icraçı direktoru Alessandro Profumo mübadilə edib. Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanıb. Bununla Azərbaycan İtaliyadan "M-346" təyyarələrinin inteqrasiya sistemini alacaq.

Xatırladaq ki, 2010-ci ildən seriyalı istehsalına başlanılan İtaliyanın "Leonardo S.p.A" şirkətinin məhsulu olan "M-346" təlim təyyarəsi öz sinfində ən yaxşılardan biri hesab olunur. Məlumat üçün onu da bildirək ki, əvvəllər Rusiyanın “Yakovlev” şirkəti ilə birlikdə istehsalı planlaşdırılsa da, 2000-ci ildə tərəfdaşlığın ləğv olunmasından sonra “Alenia Aermacchi” şirkəti "M-346" təyyarəsini ayrılıqda istehsal etməyə başlayıb. Təyyarənin ilk uçuşu 2004-cü ildə həyata keçirilib. Hazırda İtaliya, İsrail, Azərbaycan, Sinqapur və Polşanın hərbi hava qüvvələri tərəfindən istismar olunur. 2016-cı ildə “Alenia Aermacchi”nin “Finmeccania” şirkətinə birləşməsindən sonra əsas istehsalçı 2017-ci ildən etibarən “Leonardo S.p.A” şirkəti olub. Şirkətin təmsilçisi Lorenzo Mariani qeyd edib ki, “Leonardo” Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlığını İtaliya - Azərbaycan münasibətlərinə uyğun davam etdirmək və bu istiqamətdə öz töhfəsini vermək niyyətindədir. Qeyd edək ki, “Leonardo” şirkəti müdafiə və təhlükəsizlik sahəsində müxtəlif çeşiddə məhsulların yaradılması və istehsalı üzrə tanınan şirkətlərdəndir. “Leonardo” geniş çeşiddə təlim-məşq təyyarələri, kommersiya, mülki, təhlükəsizlik və müdafiə məqsədli helikopterlərin ən geniş çeşidlərinin dizaynı, inkişafı, sınaqları, istehsalı, servisi və satışı ilə məşğul olur. Şirkət “Black Arrow”, “Black Scarpion”, MU90 kimi dəniz torpedolarını, müxtəlif çaplı artilleriya sistemləri və onların sursatlarını, təhlükəsizlik, informasiya, infrastruktur və ərazilərin mühafizəsi sistemlərinin istehsalını da həyata keçirir. Bu şirkətin məhsulu olan "M-346" təyyarəsini texniki xüsusiyyətlərinə görə döyüş aviasiya vasitəsi də hesab etmək olar. Belə ki, təyyarənin aşağı hissəsinə silahın inteqrasiya olunması üçün 5 asqı mövcuddur, o cümlədən effektiv hava hədəflərini məhv etmək üçün "hava-hava" raketləri ilə də təchiz edilə bilir. Bundan başqa, "M-346"nı yerüstü hədəflərin məhv edilməsi məqsədilə ağıllı bomba və idarəolunan raketlərlə də silahlandırmaq mümkündür. Təyyarənin praktikliyi baxımından isə əsas üstünlüyü "M-346"nın havada yanacaqla təmin edilməsi imkanının mövcud olmasıdır.

Təyyarənin müasir radiolokasiya sistemlərindən yayınması üçün yeni növ aktiv müdafiə sistemləri ilə də təchiz olunub. Bu, "M-346" hədəf olmaq şansını aşağı salır. "M-346" sinfində olan digər təyyarələrdən qiymətinə görə də çox baha deyil, ölkələrə döyüş-aviasiya parkının gücləndirilməsinə öz töhfəsini verə bilir. Azərbaycan üçün bu təyyarənin bir özəlliyi də var. Bu, silahlanmamızda olan müasir SOM qanadlı raketinin "M-346" təyyarəsinə inteqrasiya olunma imkanı ilə bağlıdır. SOM-B1 Türkiyənin Müdafiə sahəsində Tədqiqat və İnkişaf Mərkəzi olan TÜBİTAK-SAGE tərəfindən dizayn olunub. O quru, dəniz və hava platformalarından atıla bilən yüksək dəqiqlikli, yeni nəsil qanadlı raketdir. Xatırladaq ki, ölkəmiz artıq İtaliyadan 10 ədəd hərbi məqsədlər üçün istifadə olunan, reaktiv təlim-məşq təyyarəsi olan “M-346” alıb. Azərbaycan daha 15 ədəd “M-346” təlim-döyüş təyyarəsi sifariş verib.  Belə vəziyyətdə Ermənistanda narahatlıq doğuran məqam Qərb hərbi texnologiyalarını Azərbaycana ayaq açmasıdır. Burada hesad edilir ki, yaranmış durum Dağlıq Qarabağ münaqişəsini hərbi həlli halında Ermənistana Azərbaycanın böyük zərbə vurması deməkdir.

Indilikdə görünən budur ki, Azərbaycan Qərb ölkələri ilə hərbi əməkdaşlığı daha da genişləndirəcək. Məsəslən, məlumdur ki, ölkəmiz artıq Fransanın “Nexter”, “Thales”, “CS Communication”, “Lacroix”  şirkətləri ilə əməkdaşlıq edir. Burada xüsusən “Nexter” fərqlənir. Məlumat üçün bildirək ki, bu şirkət dünya ordularının yüksək texnologiyalı müdafiə məhsullarının hazırlanması və istehsalı sahəsində yaranan tələbatını qarşılamaq üçün yaradılıb. “Nexter” bütün qoşun növləri üçün yüngül zirehli avtomobildən ağır tanka qədər istənilən sinifdən olan vasitələrin, artilleriya qurğularının, müxtəlif çaplı və təyinatlı topların, onların quraşdırıldığı turellərin, idarəetmə sistemlərinin, müxtəlif optik avadanlıqların, robotların, kimyəvi mühafizə vasitələrinin, orta və böyük çaplı sursatların istehsalı ilə məşğul olur. Ümumilikdə “Nexter” şirkəti Fransa ordusunun istifadəsində olan əsas dəniz, quru və hava vasitələrində istifadə edilən silah sistemlərinin və onların sursatlarının əksəriyyətini tədarük etməklə eyni zamanda dünya silah bazarında 20-155 millimetr top və mərmilərin ən böyük istehsalçılarından biri hesab edilir. Yeri gəlmişkən, Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün “Naval” şirkəti ilə birgə inşa edilən OPV-90 gəmisinin silahlanmasında “Nexter” məhsulu olan NARWHAL məsafədən idarəolunan silah modulu da yer alır. “Nexter” şirkətinin Qafqazda məhz Azərbaycana maraq göstərməsi həm də rəsmi Bakının KTMT və NATO ilə normal münasibətləri və şəffaf siyasi mövqeyi, mövcud istehsal potensialı, idxal-ixrac imkanları, xammal bazası, alıcılıq və sərmayə qabiliyyəti və digər bu kimi vacib amillərlə sıx bağlıdır. Azərbaycan isə, təbii ki, “Nexter” kimi nəhəng bir şirkətin silahların layihələndirilməsi, inkişaf etdirilməsi və istehsalı sahəsində təcrübəsindən yararlanmaqla, müasir təcrübə əldə etməklə, cəlb olunduğu münaqişədə tələb olunan yeni silah və sursatları əldə etməklə bərabər onların istehsal və ixracında yaxından iştirak etməkdə maraqlıdır. Bununla yanaşı o da məlumdur ki, Azərbaycan Fransanın “MBDA Systems” şirkətinin ölkəmizə ASTER 30 SAMP/T və VL “Mica” hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün danışıqları yekunlaşdırıb.  Fransa dövləti bu müdafiə sistemlərinin Azərbaycana satılmasına icazə verib. Bu, Azərbaycanın ciddi diplomatik-hərbi nailiyyəti hesab edilir. Çünki ilk dəfədir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Qərb ölkəsi, eyni zamanda Minsk Qrupuna həmsədrlik edən Avropa nəhəngi Fransa Azərbaycana, müdafiə təyinatlı da olsa, müasir silah sistemlərinin satılmasına razılıq verib. Məhz bu məqam da Ermənistanda şok effekti yaradır.

O da bəlli faktdır ki, Almaniyanın “Rheinmetall” hərbi sənaye korporasiyası da Azərbaycanla əməkdaşlıq barədə danışıqlar apardığını elan edib. “Rheinmetall”  korporasiyası müxtəlif tipli ağır və yüngül zirehli döyüş texnikası, iriçaplı artilleriya sistemləri, minaatanlar və müxtəlif digər silahlar istehsal edir. Bütün bunlar onu göstərir ki, Azərbaycan artıq inkişaf etmiş Qərb dövlətlərindən silah sistemlərinin alınmasını uğurla həyata keçirir. Təbii ki, bu hal, Dağlıq Qarabağ münaqişəsinin həlli hərbi müstəviyə keçəcəyi təqdirdə, Azərbaycanın daha böyük üstünlüyə malik olmasına gətirib çıxarır. Onu da qeyd edək ki, Ermənistan zaman-zaman Azərbaycana silah satan ölkələri şantaj etməyə çalışıb. Bura İtaliya və Fransa, hətta ölkəmizə "Dana" özüyeriyən artilleriya sistemlərini və RM-70 "Vampir" reaktiv yaylım atəşi sistemlərini satan Çexiya da daxildir. Azərbaycana silah satmağa görə Ermənistanın şantajına ən çox məruz qalan ölkələr sırasına Belarus və Rusiya da daxildir. Amma bu şantajlar heç bir nəticə verməyib. Əksinə, İtaliya göstərir ki, Azərbaycanla əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Perspektivdə Azərbaycanın hətta ABŞ-dan da hərbi məhsullar, o cümlədən təyyarələr alması istisna olunmur. Qeyd olunan xüsusda daha əvvəl rus ekspertlər tətrifindən maraqlı açıqlamalar da verilib. Məsələn, rusiyalı hərbi politoloq Pavel Felqenhauer bu xüsusda bildirib: “Azərbaycanın böyük imkanları var və o, istədiyi silahı əldə edir. Ermənistana isə Rusiyadan başqa heç bir ölkə kreditlə silah verməz. Azərbaycan, misal üçün, Türkiyədən F-16 döyüş təyyarələri ala bilər. Bu təyyarələri Türkiyə və ABŞ birgə istehsal edir, o cümlədən ixrac edirlər. Təbii ki, bu təyyarələrin Azərbaycana satılması üçün ABŞ-ın razılığı olmalıdır. Düşünürəm ki, Vaşinqton F-16-ların Azərbaycana satılmasına razılıq verəcək”. Belə vəziyyətdə daha bir maraqlı açıqlama isə hərbi ekspert Aleksandr Şatrovskidən gəlib. O, Azərbaycan ordusunun ixtiyarında F-16 döyüş təyyarələri ilə yanaşı, Qərbin digər mühüm qırıcısı sayılan F-35-lərin də ola biləcəyini istisna etmir. Onun sözlərinə görə, prezident Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla razılaşsa, o zaman F-35 proqramına Azərbaycan da qoşula bilər. Hər halda, baş verənlər Azərbaycanın getdikcə daha güclü aviasiyaya sahib olduğunu göstərir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - VİDEO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ