Bazar günü günü, 29 noyabr 2026
     

"Transxəzər" çəkişməsi yenidən başlanır

Image


"Transxəzər" boru kəmərilə bağlı Avropa və Rusiya arasında növbəti ziddiyyətli proseslər başlamaq üzrədir. Hər halda, tərəflərin son açıqlamaları bu qənaətə gəlməyə əsas verir. Təbii ki, bu ziddiyyətlərdə yer alan əsas tərəflərdən biri də Azərbaycan və Türkmənistan olacaq. İndilikdə isə Avropa "Transxəzər" boru xəttinin artıq reallığa çevrilməsində maraqlı tərəf kimi görünür.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bu xüsusda bildirib: "Avropa Komissiyası, Azərbaycan və Türkmənistan arasında "Transxəzər" boru kəməri üzrə üçtərəfli görüş formatı mövcuddur. Biz bunu addım-addım həyata keçiririk". Aİ-nin Cənub qaz dəhlizi üzrə Türkmənistan və Azərbaycanla danışıqların yeni mərhələsinə başlamaq niyyəti ilə bağlı suala cavabında M.Mard görüşün dəqiq tarixi barədə hələlik bir şey deyə bilməyəcəyini söyləyib: "Avropa Komissiyası Türkmənistan və Azərbaycanla "Transxəzər"layihəsi üzrə irəliyə doğru addımlar atmaqda və birlikdə necə işləyə biləcəyimiz barədə danışıqlar aparmaqda maraqlıdır. Biz Cənub qaz dəhlizi və onun həyata keçirilməsinə böyük əhəmiyyət veririk".
Lakin Rusiya bu məsələyə, əvvəlki kimi, çox sərt yanaşır. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov "Transxəzər"ə görə hətta bəzi Xəzəryanı ölkələrə müdaxilə olunduğunu iddia edir: "Xəzəryanı ölkələr boru kəmərlərinin çəkilişi zamanı xaricdən müdaxilələrlə üzləşir. Bu məsələdə əsas təkanverici qüvvələr Avropa məmurlarıdır. Xəzəryanı ölkələr ekoloji təhlükəsizliyi təmin etməklə "Transxəzər" boru kəmərlərinin hansı şərtlərlə çəkilişi ilə bağlı qərarları özləri verməlidir. Həm də, bunu birgə etməlidirlər". Lakin xatırladaq ki, əslində, "Transxəzər"in çəkilişində Azərbaycan və Türkmənistan özü də maraqlıdır. Xəzər Dənizi Əməkdaşlıq İnstitutunun direktoru Sergey Mixeyev bildirir ki, hazırda Xəzər regionunda vəziyyət nisbətən sabit olsa da, bir sıra problemlər var və bu problemlərin yaranmasında xarici faktorların rolu böyükdür: "Regionda möhkəmlənmək istəyən xarici faktorlar müxtəlif inqilab ssenariləri hazırlayıb ki, bu ssenarilərdə Xəzər bölgəsinin 5 ölkəsi də yer alır. Düşünürəm ki, Xəzəryanı dövlətlərin rəhbərlikləri arasında siyasi əlaqələrin sıxlaşması ilə yanaşı, iqtisadi münasibətlərin də inkişaf etdirilməsi və sırf Xəzər hövzəsində reallaşacaq müştərək layihələrə ehtiyac var. Xəzərin statusunun yaxın gələcəkdə müəyyənləşməsi isə çətindir və bu, üç ölkə - İran, Türkmənistan və Azərbaycan arasındakı anlaşılmazlıqla əlaqəlidir. Bu səbəbdən "Transxəzər"in çəkilməsi də sual altındadır". Lakin müstəqil ekspertlər xatırladır ki, Xəzər dənizində indi hər ölkənin sualtı qaz xətləri var. "Transxəzər" layihəsi isə bu xətləri birləşdirib böyük bir qaz kəmərinin çəkilməsini, Xəzər qazının Avropaya çıxarılmasını nəzərdə tutur. Özü də bu, ancaq Azərbaycan üçün, yaxud da bir və ya iki ölkə üçün əhəmiyyət daşımır. Regiondakı beş ölkənin hər biri "Transxəzər"layihəsində iştirak edə və böyük mənfəət götürə bilər. Lakin geosiyasi maraqlarına görə Rusiya və İran buna getmək istəmir. Rusiya hesab edir ki, dənizin dibi ilə qaz kəmərinin çəkilməsi Xəzərin ekoloji durumuna mənfi təsir göstərəcək. Layihənin icra olunmasına göstərdikləri etirazı da məhz bu səbəblə əlaqələndirir. Sergey Lavrova görə də, Xəzəryanı ölkələr Xəzərin statusunu müəyyənləşdirməyə qədər "Transxəzər" layihəsinin həyata keçirilməsi mümkün olmayacaq. İqtisadçı-ekspert İlham Şaban isə hesab edir ki, Rusiyanın "Transxəzər"ə etirazı "Qazprom"un Avropada satdığı təbii qaza rəqib yaranmasını istəməməyindən irəli gəlir: "Bu, Rusiyanın iqtisadi maraqlarından doğan bir bəyanatdır. Bu da, təbii ki, "Qazprom"un Qərb bazarında satdığı qaz həcmlərinə alternativ bir qazın satışa çıxarılması ilə əlaqədar olan bir məsələdir".
Xatırladaq ki, Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək "Transxəzər" qaz kəməri təbii qazı Azərbaycan ərazisindən keçməklə Avropaya nəql edəcək. Dəyəri 7,9 milyard avro məbləğində olan layihə 1997-ci ildə ideyası yaranan gündən İran və Rusiyanın müqavimətilə üzləşib.
Qeyd edək ki, "Transxəzər" kəməri vasitəsilə Türkiyə Türkmənistandan ildə 30 milyard kubmetr qaz almağa dair öhdəlik götürüb. Qaz kəmərinin yerüstü hissəsi Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Türkiyənin Ərzurum şəhərində başa çatmalı idi. Lakin hələlik bu proses gecikir.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ