Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İŞİD-in İraqda dəhşətli "su planı"...
Tarix: 27.10.2014 / 03:25
Bölmə: Siyasət
Terrorçular su qaynaqlarını silah kimi istifadə etməyə başlayıb
İraqın şimal bölgəsini əlinə keçirən İŞİD yaraqlıları bölgədəki su qaynaqlarından onlara qarşı çıxan kəndlərə su axmasının qarşısını alaraq suyu bir növ döyüş silahına çevirib. "Washington Post" qəzeti yazır ki, yaraqlılar bununla da kifayətlənməyib İraqdakı bütün su qaynaqlarını nəzarət altına almağa çalışır.
Qəzetə görə, burada təhlükə o qədər böyük ölçüdədir ki, Amerika ordusu Mosul və Hadita su anbarlarının yaxınlığında toplaşan İŞİD yaraqlılarının qarşısını almaq üçün mövqelərini tez-tez vurmağa başlayıb. Ancaq yaraqlılar, Amerikanın hücumlarına baxmayaraq, hər iki anbarı təhdid etməkdə davam edir.
"Amerikanın səsi"nin məlumatına görə, yaraqlılar anbarları ələ keçirərək bölgədə bir ölkə qurduqları iddiasını gücləndirmək istəyirlər.
Suriya və İraqda əhəmiyyətli yerlərdə nəzarəti əlində saxlayan İŞİD Türkiyə sərhədindəki Suriya qəsəbəsi Kobaniyə də hücumlarını davam etdirir. ABŞ liderliyindəki koalisiya gücləri İŞİD-ə qarşı hava hücumlarını artıraraq yaraqlıların irəliləməsini dayandırmağa çalışır.
İraq üçün əkinçilik və elektrik istehsalı baxımından kritik əhəmiyyət daşıyan anbarları nəzarət altında tutmaq bütün tərəflər üçün çox əhəmiyyətlidir. Ən pis tərəfi isə odur ki, İŞİD, Fərat və Dəclə çayları üzərində olan su anbarları da daxil olmaqla, İraqda ən az 4 su anbarını əlinə keçirmiş vəziyyətdədir. Bölgədə ciddi su problemi yaşanır.
Londonda mərkəzləşmiş "Royal United Service" İnstitutunun Orta Şərq mütəxəssisi Mixael Stephenə görə, İŞİD suyun nə qədər əhəmiyyətli olduğunu bilir və bunu istifadə etmək istəyir. Stephen deyir ki, İŞİD İraqdakı su qaynaqlarına nəzarəti ələ keçirmək üçün başqa heç bir qarşıdurmada görülməyən güc sərf edir.
İkinci Dünya Müharibəsində müttəfiqlərin Nasist Almaniyasının su anbarlarını bombalamasından Səddam Hüseynin İraqın cənubunda yaşayan və özünə müxalif hesab etdiyi xalqı susuz buraxaraq cəzalandırmasına qədər, su tarix boyunca bir çox qarşıdurmada əhəmiyyətli rol oynayıb. Amma indi hər hansı bir dövlətə bağlı olmayan bir qrupun su qaynaqlarını ələ keçirməsi dünyada böyük narahatlığa səbəb olub. İyun ayında Dəclə çayı üzərindəki Mosul su anbarının İŞİD-in əlinə keçməsi barədə xəbər Ağ Evdə həyəcan yaratmışdı.
Avqustun 18-də İraq qüvvələrinin Mosul anbarını təkrar ələ keçirməsindən sonra açıqlama verən ABŞ prezidenti Barak Obama bildirib: "Anbar dağıdılsaydı, sel minlərlə adamın həyatını və Bağdaddakı səfirliyimizi təhlükə altına atardı. Bu da hamımız üçün bir fəlakət olardı".
Fərat və Dəclə arasında olan və bir çox tarixi mədəniyyətlərə şahid olmuş bu torpaqlar İraq əkinçiliyi üçün həyati əhəmiyyət daşıyır. Bu su bölgədə yaşayan xalqa içmə suyu olaraq verildiyi kimi, elektrik istehsalı üçün də istifadə edilir.
Birləşmiş Millətlər Təşkilatına görə, son illərdə yaşanan quraqlıq, həddindən artıq su istifadəsi və digər faktorlar səbəbilə çayların su səviyyəsində eniş yaşanır. Fəratın suyunda 2025-ci ilə qədər 50 faizə qədər azalma gözlənir. O zamana qədər İraq hər il 33 milyard kub metr su çətinliyi çəkə bilər.
Brooking İnstitutu Orta Şərq mütəxəssisi Kenneth Pollaka görə, ölkədə su çətinliyi var və bunun da iqtisadiyyata təsirləri böyükdür. Buna görə bir neçə ildir siyasi problemlər də yaşanır. İŞİD-in edə biləcəyi hər hansı bir su sabotajı İraqda sarılması çətin yaralar aça bilər.
Sünni İŞİD yaraqlıları şiələri dinsizlikdə günahlandırır. Yaraqlılar, həmçinin, İraqdakı şiələri sünni xalqı əzən dövləti dəstəkləməkdə günahlandırır. Aprel ayında İŞİD yaraqlıları Anbar bölgəsindəki Fəllucə su anbarını ələ keçirmiş və səddin qapılarını bağlamışdı. İŞİD bunu əksəriyyəti şiələrin olduğu bölgələrə gedən suyu kəsmək məqsədilə etmişdi. Ancaq bu, səddin digər tərəfində yığılan suyun yaxınlıqdakı evlər, məktəblər və tarlaları basmasına səbəb olmuşdu. Su basması 40 mindən çox adama ziyan vermişdi.
Bunun ardından İŞİD Bağdadın şimalındakı Sudur su anbarının suyunu kəsərək əksəriyyəti şiələr olan Diyala bölgəsindəki Balad Ruzu susuz qoymuşdu. Şəhər qubernatoruna görə, yaraqlılar anbara gedən yola partlayıcılar yerləşdirib dövləti maşınlarla xalqa su paylamaq məcburiyyətində qoymuşdu.
Başqa bir bölgə rəsmisi yaraqlılaran suyun axarını dəyişərək Şirvan bölgəsində doqquzdan çox kəndi su altında buraxmaqla irəliləyən İraq ordusunu yavaşlatdıqlarını bildirib. Region rəhbərliyi İŞİD yaraqlılarını sırf İraq ordusunu dayandırmaq üçün 60-dan çox ev və 200 hektar kənd təsərrüfatı sahəsini su buraxmaqla yararsız hala salmaqda günahlandırır.
İraq Regional Kürd Rəhbərliyi Kənd Təsərrüfatı və Su İşləri naziri Əbdül Məcid Satara görə, iraqlı kürdlər İŞİD yaraqlıları ilə, eyni zamanda, su qaynaqları üçün də döyüşür. Satar İŞİD-in, bu qaynaqları ələ keçirəcəyi halda, İraqın bir çox yerini təhdid edə biləcəyini bildirir.
IŞİD İraqın ikinci böyük anbarı olan Mosul anbarını iyun ayında ələ keçirərək iki ay Şimali İraqa doğru irəliləmişdi. İŞİD-in o zamandan bəri əlinə keçirdiyi yerlərin çoxu ABŞ-ın da köməyilə kürd qüvvələr tərəfindən təkrar geri alınıb. Ancaq İŞİD buralardan ayrılarkən su və enerji bölgələrindəki imkanlarından istifadə edərək Mosulu susuz və elektriksiz qoydu.
Kənd təsərrüfatı baxımından aktiv bölgə olan Talkaneimdə İŞİD yaraqlıları bölgədən çəkilərkən su çıxarmaq üçün istifadə edilən nasosların elektrikini kəsib. Ardından kənd səlahiyyətlilərinə, kifayət qədər pul ödəsələr, elektrikin təkrar veriləcəyini bildiriblər. Yerlilər bildirir ki, İŞİD yaraqlıları elektrikin bərpa olunması üçün onlardan 3.500 dollar ekvivalentində olan 4 milyon dinar istəyir.
Bütün bunlardan da görünür ki, İŞİD ələ keçirdiyi ərazilərdə su qaynaqlarını silah kimi istifadə edir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
Tarix: 29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ