Bazar günü günü, 29 noyabr 2026
     

ABŞ-ın Qafqazda qeyri-fəallığı tənqid hədəfində...

Image


Konqresmen Obamaya məktubunda Azərbaycan barədə xeyli maraqlı xatırlatmalar etdi

ABŞ-ın Cənubi Qafqazda fəal siyasət yürütməməsi, xüsusən Dağlıq Qarabağ münaqişəsinin həllində istənilən mövqe nümayiş etdirməməsi bu ölkənin özündə də tez-tez tənqid hədəfinə çevrilir. Okeanın o tayında hesab olunur ki, ABŞ Qafqazda daha fəal mövqe sərgiləməli, buradakı problemlərin həllində yaxından iştirak etməlidir. Bu xüsusda müxtəlif fikirlər səsləndirən konqresmenlərin də sayı artır.
Məsələn, bu günlərdə Arizona ştatından konqresmen Pol Qosar ABŞ prezidenti Barak Obamaya məktubla müraciət edərək Azərbaycanın dəstəklənməsinin vacibliyini bildirib. Məktubda ABŞ-ın xarici siyasətinin dünyanın müxtəlif bölgələrində çətin durumda olduğu qeyd edilir, Birləşmiş Ştatların tərəfdaşlarını dəstəkləməsinin zəruriliyi vurğulanır. Müraciətdə Azərbaycanın ABŞ-ın sınanmış müttəfiqi və önəmli strateji tərəfdaşı olduğu bildirilir, mürəkkəb bölgədə yerləşməsinə baxmayaraq, daim Birləşmiş Ştatlarla tərəfdaşlığa sadiq qaldığı ifadə olunur. Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizəyə, Əfqanıstanda və İraqda sabitliyin bərpa olunmasına, eləcə də Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfələrdən söhbət açılır.
Konqresmen xatırladıb ki, Azərbaycan təbii resurslarından gəlirlərini ağıllı şəkildə istifadə edərək iqtisadiyyatını yenidən qurub, ölkədə yoxsulluğun səviyyəsini 50 faizdən 6 faizədək azaldıb, ümumi daxili məhsulunu dəfələrlə artırıb, Cənubi Qafqaz bölgəsində ABŞ-ın ən böyük ticarət tərəfdaşına çevrilib. Konqresmen, həmçinin, Azərbaycanın qədim tolerantlıq ənənələrindən, burada yəhudi və xristian icmalarının mövcudluğundan söhbət açıb, Azərbaycanın bir çox müsəlman ölkələri üçün nümunəvi model olduğunu bildirib. Sonda vurğulanır ki, hazırda regionda baş verənlər nəzərə alınaraq, Azərbaycan kimi tərəfdaş ölkələrin ABŞ tərəfindən dəstəklənməsi vacibdir. Xatırladaq ki, Respublikaçılar Partiyasından olan Pol Qosar Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları və Təbii Sərvətlər komitələrinin üzvüdür. Digər ABŞ konqresmeni Cim Braydnştayn Azərbaycanı regionda ABŞ maraqları baxımından çox əhəmiyyətli ölkə kimi səciyyələndirib və ölkəmizlə ikitərəfli əsasda münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, eyni zamanda, Cənub qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün çox vacib olduğunu bildirib və bunun müəyyən perspektivdə digər təbii qaz hasilatçısı ölkələrin də Avropa qaz bazarlarına çıxışı üçün imkan yaratdığını qeyd edib. ABŞ-ın Texas ştatından olan konqresmen Henri Kuelar də bildirir ki, Azərbaycan regionda ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir: "Azərbaycan Amerika Birləşmiş Ştatlarının müttəfiqi və strateji tərəfdaşıdır. Azərbaycan regionda ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir. San Antonionun limitsiz ixrac potensialına sahib sürətlə inkişaf edən şəhər kimi oynadığı rolu nəzərə alaraq, Cənubi Texasın Azərbaycanla əlaqələrini gücləndirmək üçün böyük imkan var". O qeyd edib ki, bundan sonra da Azərbaycanın davamlı inkişafını və ikitərəfli əlaqələrin möhkəmləndirilməsini görmək arzusundadır.
Nüfuzlu Hudson İnstitutunun Elmi-Tədqiqat Mərkəzinin direktoru və baş elmi araşdırıcısı Riçard Ueyts Azərbaycanın bölgədəki rolunun mühüm əhəmiyyət kəsb etdiyini bildirərək ölkəmizin regionlararası enerji və təhlükəsizlik layihələrinin təşəbbüskarı olduğunu vurğulayır. Onun sözlərinə görə, Azərbaycan ABŞ təyyarələrinin Əfqanıstana uçması və yaralı Amerika əsgərlərinə tibbi yardım göstərilməsi məqsədilə onların Bakıdan keçməklə evakuasiya edilməsi üçün öz hava məkanından istifadəyə icazə vermiş ilk ölkə olub. Bütün bunlar fonunda hesab olunur ki, ABŞ Qafqazda fəaliyyətini intensivləşdirməli, Azərbaycanla əməkdaşlığı dərinləşdirməlidir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza isə xatırladır ki, Azərbaycanın son iyirmi ili əhatə edən enerji siyasəti böyük strateji uğurdur. Bu siyasət ölkənin müstəqil dövlət kimi təhlükəsizliyini təmin edib: "Azərbaycanın karbohidrogen sektorunu Qərb ölkələri, habelə Rusiya və İranın sərmayədarlarına açıq elan etməsi ilə bağlı verilən cəsarətli qərarı möhtəşəm uğurlarla nəticələndi. Bunun sayəsində biz hazırda Azərbaycanın orta gəlirli ölkələr sırasına daxil olduğunu və Türkiyədə ən iri məbləğli sərmayəçiyə çevrildiyini görürük".
Brayza "AzərTAc"a müsahibəsində bildirib ki, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti ölkəyə böyük uğurlar və nüfuz qazandırıb: "Bir məqamı da qeyd etmək istərdim.
BP şirkəti dünyada mənfəət əldə etdiyi ən önəmli mərkəzlərdən danışarkən dörd yeri qeyd edir: Şimal dənizi, Anqola, Azərbaycan və Meksika körfəzi. Görürsünüz, Azərbaycan BP üçün önəmli hesab edilən dörd yerdən biridir. Bu, şərh etdiyim böyük siyasətin bəhrəsidir".




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ