Bazar günü günü, 29 noyabr 2026
     

Problemli məhbuslarla bağlı Azərbaycan-AŞ münasibətlərində yeni dövr başlayır

Image


Səadət Bənəniyarlı: "Azərbaycan tərəfindən bu addımın atılması gələcək münasibətlərin normallaşmasına çox müsbət təsir edəcək"

Azay Quliyev: "İşçi Qrupunun fəaliyyətinin bərpası Prezident İlham Əliyevin siyasi iradəsinin göstəricisidir"

Avropa Şurasının baş katibi Torbörn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışandan sonra bəyanat yayıb bildirmişdi ki, İnsan Haqları üzrə İşçi Qrup yenidən təşkil ediləcək və bu quruma Avropa Şurasının nümayəndəsi daxil olacaq. Oktyabrın 22-də həmin məsələ ilə bağlı toplantı keçirilib və artıq İnsan Haqları üzrə İşçi Qrup 6 ildən sonra fəaliyyətini bərpa edib.
Xatırladaq ki, 2005-2008-ci illərdə İnsan Haqları üzrə İşçi Qrupu fəaliyyət göstərib. Qrupda hökumət, parlament nümayəndələri və hüquq müdafiəçiləri təmsil olunub.
Tədbiri Avropa Şurası Parlament Assambleyasında Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov aparıb.
Səməd Seyidov bildirib ki, İşçi Qrupun işinin bərpası Azərbaycanın dövlət başçısı İlham Əliyev və Avropa Şurasının baş katibi Torbörn Yaqland arasında Azərbaycanda insan haqlarının müdafiəsi ilə bağlı bir neçə dəfə keçirilən müzakirələrin nəticəsidir":Aparılan müzakirələr zamanı tərəflər Azərbaycanda insan haqlarının daha effektiv müdafiəsi üçün İşçi Qrupun bərpasına ehtiyac olması haqqında ortaq fikrə gəliblər. Ümid edirik ki, İşçi Qrupun bərpası bu sahədə mövcud problemlərin müəyyən edilməsi və aradan qaldırılması üçün ciddi işlər görəcək".
Toplantıda Səməd Seyidov və Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov İşçi Qrupun həmsədri seçilib. Qurumun 3 nəfərlik katibliyi də yaradılıb. Katiblikdə Səadət Bənəniyarlı da təmsil olunur. İşçi Qrupda müstəqil mövqeyi ilə tanınan Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Çingiz Qənizadə, Sahib Məmmədov da var.
Azərbaycan tərəfdən bu cür önəmli bir addımın atılması Avropa Şurası ilə ölkəmiz arasında bəzi məsələlər ətrafında yaranmış fikir ayrılıqlarının həllində nə kimi rola malik olacaq?
Hüquq müdafiəçisi Səadət Bənəniyarlı qəzetimizə açıqlamasında bildirdi ki, İşçi Qrupunun yenidən bərpa edilməsi Azərbaycanın Avropa Şurası ilə normal əməkdaşlığın davam etdiriləmisinə marağını ifadə edən ən mötəbər dəlildir":Bu yeni bir format deyil. İşçi Qrup 3 il ərzində fəaliyyət göstərib və bir sıra ciddi uğurlara imza atıb. Bu qurumun fəaliyyətinin ölkədəki vətəndaş münasibətlərinin tənzimlənməsinə, müəyyən narazılıqların aradan qaldırılmasına böyük töhfələri olub. Sonradan bizə də məlum olmayan səbəbdən bu fəaliyyətə son verildi. Avropa Şurasının Azərbaycanla bağı narazılığının kökündə duran məsələlərdən ən vacibi bu idi. Gördünüz ki, Avropa Şurasının baş katibi də İşçi Qrupunun bərpasından məmnunluq ifadə edən bir açıqlama ilə çıxış etdi. Hesab edirəm ki, Azərbaycan tərəfindən bu addımın atılması gələcək münasibətlərin normallaşmasına çox müsbət təsir edəcək".
"İnsan hüquqları üzrə İşçi Qrupunun fəaliyyətinin bərpası Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinin göstəricisidir və dövlət başçısının bilavasitə razılığı ilə bu qrupun fəaliyyəti bərpa edildi". Bunu isə sözügedən İşçi Qrupun üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Avropa Şurasının baş katibi Torbörn Yaqland arasında bu məsələ müzakirə olunub və AŞ rəhbərliyi ilə bu qrupun bərpa edilməsinə dair razılıq əldə olunub: "Bu faktın özü Azərbaycan dövlətinin vətəndaş cəmiyyəti ilə dialoqa nə qədər önəm verdiyini bir daha nümayiş etdirdi və vətəndaş cəmiyyəti də, öz növbəsində, ümummilli məsələlərlə bağlı hakimiyyətlə konstruktiv əməkdaşlığa hazır olduğunu göstərmiş oldu".
Şura sədrinin sözlərinə görə, digər mühüm məqam ondan ibarətdir ki, bu qurumun işində həm dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, həm Milli Məclisin deputatları, həm də insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış nüfuzlu QHT-lər təmsil olundu: "Qrupun bərpa iclasında Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərovun və Avropa Şurası katibliyinin siyasi məsələlər departmentinin rəhbəri, həmçinin baş katibin İşçi Qrupdakı xüsusi nümayəndəsi cənab Aleksandr Gesselin iştirakı isə xüsusi əhəmiyyətə malik idi. İşçi Qrupunun işində səlahiyyətli dövlət təmsilçilərinin, peşəkar və nüfuzlu QHT sədrlərinin təmsil olunmasını legitim və ictimai etimada malik bir qurum olaraq gələcəkdə uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biri hesab edirəm".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ