Bazar günü günü, 29 noyabr 2026
     

PKK-nın Türkiyəyə qarşı yeni siyasi oyunları başlayıb

Image


Türkiyədə PKK-nın Suriya qolu olan PYD-yə münasibət siyasi gündəmdə yeni gərgin vəziyyətin yaranmasına səbəb olub. Belə məlum olur ki, PYD-yə münasibətdə iqtidar və müxalifət arasında fikir ayrılığı hökm sürür. Qeyd edək ki, məsələ "peşmərgə" qüvvələrinin Kobaniyə keçməsinə icazə verilməsindən sonra meydana çıxıb.
Hazırda həmin qüvvələrin Türkiyədən Suriyaya keçməsi gözlənir və Ankara buna icazə verib. Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu isə İraqın şimalındakı kürd administrasiyasının tabeliyində olan "peşmərgə" qüvvələrinin ölkə ərazisindən Suriyanın Kobani şəhərinə hələ keçmədiyini bildirib. O, "peşmərgə"nin Kobaniyə keçəcəyi marşrutla bağlı danışıqların davam etdiyini söyləyib: "Türkiyənin İraq, Suriya, İŞİD və Kobani məsələləri ilə bağlı mövqeyi əvvəldən məlumdur. Rəsmi Ankaranın bu barədə nə siyasətində, nə də fikirlərində dəyişiklik var". M.Çavuşoğlunun sözlərinə əsasən, Türkiyə Kobaninin işğal olunmasını istəmir və bunun üçün üzərinə düşəni artıqlaması ilə edir: "Suriyadakı bütün qrupların məqsədi azad və demokratik Suriya deyil. Orada hər kəs öz mənfəətini güdür. Onların hamısının məqsədi Suriyada qeyri-sabitliyin hökm sürməsidir. Orada, həmçinin, müəyyən bir bölgəni idarə etmək üçün bir-biri, bəzən də rejimlə döyüşən bir quruluş var. Bu quruluşun içində PYD də var. İŞİD indi digərlərinə nisbətən daha güclüdür. Lakin İŞİD-lə PYD arasında əsaslı bir fərq yoxdur. PYD bizim üçün PKK-nın davamıdır. Bu səbəbdən burada xüsusilə PYD-nin dəstəklənməsinə qarşıyıq. Dəstəkdən söhbət gedirsə, Suriya müxalifəti dəstəklənsin".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da belə bir vaxtda "peşmərgə"nin Türkiyədən keçərək Kobaniyə getməsi ilə bağlı açıqlamalar verib: "Peşmərgə"lərin Kobaniyə getməsi ilə əlaqədar olaraq cənab Obama ilə telefon danışığımız zamanı ona bu təklifi onsuz da vermişdim. Buradakı PYD və PKK qruplarına verəcəyiniz dəstək bizim üçün qəbuledilməzdir demişdim. Burada, birincisi, Azad Suriya Ordusu, ikinci, peşmərgə ilə əlaqədar əməkdaşlığı qəbul edə bilərik demişdim.
O ki qaldı Kobaninin niyə bunlar üçün strateji yer olmasına, bax, bunu anlamaqda çətinlik çəkirəm. Çünki Kobanidə mülki şəxs qalmayıb. Kobanidə yalnız iki minə yaxın insan yaşayır. Və peşmərgəyə də əvvəlcə "hə"deməyiblər, yalnız indi qismən "hə" deyiblər. Biz də onlara kömək edəcəyimizi dedik. Türkiyədə haradan keçəcəklərinə dair qərarı bu məsələdə məsul olan şəxslər bilir. Mənim burada nəsə deməyim düzgün olmaz. Lakin PYD-yə verilən dəstək onun PKK-ya verilməsi deməkdir". Beləliklə, Türkiyə rəsmiləri PYD-ni sırf terrorçu təşkilat sayır. Lakin ana müxalifət olan Cumhuriyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İŞİD-ə müqavimət göstərən PYD-ni terror təşkilatı hesab etmədiyini açıqlayıb. O, bu xüsusda PYD-də yer alan YPG silahlılarının adını xüsusi çəkib və onları vətənini xilas etmək üçün təşkilatlanmış qrup adlandırıb: "Yaşlı, gənc, uşaq, qadın bilmədən hamını öldürəndir terror təşkilatı. PKK bu mənada terror təşkilatı idi. Ancaq YPG bu ana qədər Türkiyəyə və ya öz xalqına qarşı belə etməyib".
Bununla yanaşı, o bildirib ki, yanlış siyasəti ilə rəsmi Ankara Yaxın Şərq bataqlığını Türkiyənin içinə çəkib: "Həmvətənlərimizin bunu düşünmələrini istəyirəm: 12 ildir bu ölkəni kim idarə edir? 12 il sonra bu ölkə niyə bu vəziyyətə düşdü? Səhv xarici siyasət daxildəki sülhü pozur. Bugünkü vəziyyət dəhşətdir. Rəsmi Ankara Yaxın Şərq bataqlığını Türkiyənin içinə çəkdi. Ölkəmiz bataqlığa batdı. Hər şeyə rəğmən, vətəndaşlarımızı sağlam düşüncəli olmağa dəvət edirəm. Qarışıqlığa hamımız qarşı çıxmalıyıq. Hökumətin səhv siyasətindən agahıq. Bu siyasətin ölkəni xaosa doğru apardığını da bilirik. Və bununla bağlı ciddi narahatlıq keçiririk. Bununla belə, ölkəsini sevən bir siyasi partiyanın sədri olaraq, vətəndaşlarımızı sağlam fikrə, sükunətə dəvət edirəm". Kılıçdaroğlu hətta hakimiyyəti İŞİD-ə yardım etməkdə ittiham edir. Türkiyənin baş naziri Əhməd Davudoğlu isə buna cavab olaraq bəyan edib ki, heç kim Türkiyənin İŞİD-ə kömək etdiyinə dair iddiaları sübut edə bilməz: "CHP sədri Kılıçdaroğlunu anlamaq, həqiqətən, mümkün deyil. Verdiyi açıqlamada bir tərəfdən xalqı sükunətə dəvət edir, digər tərəfdən hökumətimizi İŞİD-ə yardım etməkdə açıqca günahlandırır. Onun bu açıqlaması məsuliyyətsizlikdir. "Türkiyə İŞİD-i dəstəkləyir" iddiası ilə ölkəmizə açıq şəkildə tələ qururlar. Kılıçdaroğlunun da bunu təkrar etməsi xəyanətdir. Heç kim bu iddianı sübut edə bilməz". Bütün bunlar hakimiyyətlə müxalifət arasında böyük ziddiyyətlər yaradıb.
Bu şəraitdə isə Türkiyə kürdləri yenə Ankaranı Kobanidə baş verən hadisələrə passiv münasibətinə görə sərt tənqid edir. Lakin Türkiyə Kobani savaşında heç də neytral və ya fəaliyyətsiz deyil. Şimali İraqdakı Kürdüstan muxtariyyətinin rəhbəri Məsud Bərzani məsələ ilə bağlı bu günlərdə belə bir etirafda bulunub: "Həqiqətləri deməyin vaxtı çatıb. İŞİD bizə qarşı hücuma keçən günün gecəsi İran bizə silahla dolu iki təyyarə göndərdi. Türkiyə də silah göndərdi, amma daxili konyunkturadan ehtiyat etdiklərindən bu barədə danışmağımızı istəmədilər. Çünki həmin ərəfədə prezident seçkilərinə hazırlaşırdılar. Həm də İŞİD-in əlində girovları var idi". Bundan əlavə, Türkiyədə sığınacaq verilən 1,6 milyon suriyalı qaçqının 180 min nəfəri Kobanidən qaçanlardır.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ