Bazar günü günü, 29 noyabr 2026
     

ABŞ senatorunun dəhşətli "Putin qorxusu"...

Image


Şimal qonşumuzun aqressiv fəaliyyəti NATO ölkələrində getdikcə daha böyük təşviş yaratmaqdadır. Amerika Birləşmiş Ştatlarının senatoru Kris Merfi baş verənləri şərh edərkən bildirib ki, bu gedişlə Rusiya prezidenti Vladimir Putin Ukrayna, Moldova və ya Gürcüstanda dayanmayacaq. Moskvanın növbəti hədəfinin Baltikyanı və Şərqi Avropa ölkələri ola biləcəyi istisna edilmir.
Hesab olunur ki, NATO Şərqə doğru genişlənmək planlarından əl çəkməsə, Moskvanın hədəfində olacaq ölkələrin sayı artacaq. Ümumiyyətlə, NATO-nun Şərqə doğru genişlənməsini Rusiya heç cür həzm edə bilmir və bunu Rusiya xarici işlər naziri Sergey Lavrov açıq etiraf edir. Onun sözlərinə görə, Ukrayna böhranı məhz Avroatlantik sərhədlərin Şərqə çəkilməsi ilə bağlı Qərbin cəhdlərinin bilavasitə nəticəsi idi. Rusiya xarici siyasət idarəsinin başçısı qeyd edib ki, Rusiya Federasiyası beynəlxalq hüquq normalarına ciddi tərəfdar olaraq milli maraqları müdafiə etməkdə davam edəcək: "Biz kiminləsə qarşıdurmaya getmək istəmirik. Amma bu kimi cəhdlərə qarşı çıxırıq və ədalətli hesab etdiyimiz milli maraqlarımızı möhkəm müdafiə edəcəyik. Biz dövlətlərin beynəlxalq hüquq normalarına əsaslanan qarşılıqlı münasibətləri dəstəkləyirik".
Rusiya müdafiə naziri Sergey Şoyqu isə bildirir ki, NATO və onun əsas dövləti olan ABŞ Rusiyanın sərhədlərində əməliyyatların ssenarilərini hazırlayır. Şoyqu NATO-nun Rusiya sərhədlərində əməliyyatlar keçirmək planının ciddi narahatlıq yaratdığını, bunun da Pentaqon tərəfindən təşkil edildiyini deyib. Xatırladaq ki, ABŞ-ın müdafiə naziri Çak Heygel Amerika hərbçilərinin Şərqi Avropada daimi məskunlaşmasının mümkünlüyünə işarə edərək, Rusiyanın qonşularına hərbi müdaxilə etməyəcəyi günə qədər orada qalacaqlarını vurğulayıb. Hazırda NATO və ABŞ Şərqi Avropada öz hərbi gücünü artırır. Bu fonda isə ABŞ-ın "The Washington Post" qəzeti belə bir iddia ilə çıxış edib ki, Qərb Rusiyanın hərbi potensialını düzgün qiymətləndirməyib: "Mərkəzi Avropa və Baltikyanı ölkələrin Avropa Birliyi və NATO-ya inteqrasiyası son 25 il ərzində Qərbin fenomenal müvəffəqiyyətlə nəticələnən yeganə siyasətidir. Amma bu ekspansiyanın, xüsusilə NATO-nun genişlənməsinin səhv olduğunu iddia etmək indi dəbə düşüb. Ancaq NATO-nun genişlənilməsinin qadağası haqqında Rusiya ilə heç bir müqavilə imzalanmamışdı. NATO-nun genişlənməsi üzrə təşəbbüs də Vaşinqtona məxsus deyildi. Əksinə, 1992-ci ildə Polşanın üzvlük üçün etdiyi birinci sifariş rədd edilmişdi. Amma Polşa və başqaları NATO-ya üzv olmaq üçün təkid edirdilər. Çünki onlar gələcək rus revanşizminin əlamətlərini görürdülər". "The Washington Post" qeyd edir ki, NATO yavaş-yavaş və ehtiyatla genişlənməsi müddətində Rusiyanı sakitləşdirməyə çalışırdı: "NATO yeni üzv ölkələrdə hərbi bazalarını açmırdı. Hərbi təlimlər isə 2013-cü ilə qədər keçirilmirdi. Rusiyanın etirazlarına cavab olaraq, Ukrayna və Gürcüstana 2008-ci ildə faktiki olaraq NATO-ya üzvlük üzrə Fəaliyyət Planı verməkdən imtina etdilər. Həmin dövrdə Rusiyanı alçaltmadılar. Bundan başqa, faktiki olaraq Rusiyaya böyük dövlət statusu və BMT Təhlükəsizlik Şurasında SSRİ-nin yerini verdilər. Ancaq Rusiya, Mərkəzi Avropadan fərqli olaraq, heç vaxt özünü Avropa ruhunda dəyişməyə çalışmırdı. Sovet sisteminə öz sədaqətini sübut etmiş Dövlət Təhlükəsizliyi Komitəsinin zabitləri ölkədə demokratik institutların formalaşmasına imkan verməmək xəttini götürdülər".
Bütün bunlar fonunda isə indi Rusiya NATO-nun genişlənməsinə çox aqressiv yanaşır. Moskvanı buna həvəsləndirən daha bir hal isə bəzi NATO ölkələrinin həddən artıq zəif hərbi gücə malik olmasıdır. İsveçin paytaxtı Stokholmun sahillərində Rusiyaya məxsus olduğu ehtimal edilən mini sualtı qayığın qeydə alınması bu xüsusda maraqlı faktlar üzə çıxarıb. "The Guardian" qəzetinin yazdığına görə, Stokholm sahillərində qəza siqnalı göndərdiyi qeydə alınan sualtı qayığın günlərdir davam edən axtarışında maraqlı elementlər var. Belə ki, Rusiyaya məxsus olduğu ehtimal edilən mini sualtı qayığı İsveçin "miniatür" Hərbi Dəniz Qüvvələri axtarır. Ona görə "miniatür" ki, SSRİ-nin dağılmasından arxayınlaşan İsveçdə 20 ildən çoxdur bütün hakim partiyalar hərbi xərcləri azaldıb. Nəticədə bu NATO ölkəsində sualtı qayıqlara qarşı avadanlıqlarla təchiz olunmuş bir vertolyot belə yoxdur. Sualtı qayığın axtarışlarını aparan qayıqların çoxu isə rezindəndir və doldurulmuş hava ilə üzür.
Bu isə Rusiyaya NATO ölkələrinə qarşı belə aqressiv davranmağa imkan verir. Hazırda Kreml Şərqi Avropa istiqamətində hərbi gücünü artırır. Ukrayna ilə sərhəddə, o cümlədən Krımda böyük hərbi texnika cəmləşdirilir. Bu isə ABŞ-ı narahat etdiyindən, Vaşinton Avropada hərbi qüvvələrinin sayını artırır.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ