Bazar günü günü, 29 noyabr 2026
     

Kobani kürdlərinin silahlandırılması Türkiyəyə əlavə potensial təhlükə mənbəyi kimi...

Image


Qabil Hüseynli: "Bəli, hər iki təşkilat Türkiyə tərəfindən terrorçu elan edilib"

"Əgər PYD antitürk fəaliyyətindən imtina edərsə və Əsədə qarşı mübarizədə Ankaranı dəstəkləyərsə, Türkiyə ona silah verə və istənilən dəstəklə təmin edə bilər"

Türkiyə sərhədləri yaxınlığında mövqelərini gücləndirməyə çalışan İŞİD terror qruplaşmasının Ankara üçün yaratdığı təhdidin miqyası genişlənməkdədir. Xüsusən də Kobani şəhərində baş verən hadisələrdən qardaş ölkə daha çox təsirlənməkdədir. Kobanidə davam edən qarşıdurmalar fonunda artıq Türkiyə ərazisi də tez-tez top atəşinə məruz qalır.
Türkiyədə yaşayan kürdlər isə baş verənlərlə bağlı bu ölkədə iğtişaşlar törətməkdə davam edir. Onlar hökuməti İŞİD-ə qarşı güc tətbiq etməməkdə günahlandırır. Bəzi analitiklər hesab edir ki, Ankaranın İŞİD əleyhinə mübarizə aparması PKK-nın birbaşa gücləndirilməsi deməkdir. Bu isə Türkiyə üçün ciddi problemdir. Elə bu səbəbdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kobaniyə nəzarət uğrunda İŞİD-lə mübarizə aparan kürd döyüşçülərin silahla təmin edilməsi və ya təmin etdirilməsinə yol verilməyəcəyini bildirib. Ərdoğan kürd döyüşçülərinin 30 ildir Türkiyədə müstəqillik uğrunda silahlı kampaniya aparan PKK-dan fərqlənmədiyini deyib. Onun sözlərinə görə, İŞİD-ə qarşı ordu yeridilməsi üçün Türkiyənin NATO müttəfiqi Amerikaya açıq şəkildə "hə" deməsi yanlış bir addım ola bilər. Türkiyə prezidentinin bəyanatı Amerikanın Suriyanın Kürdüstan Demokrat Partiyası ilə birbaşa danışıqlar aparmasından sonraya təsadüf edir. Maraqlıdır ki, Ərdoğanın bu açıqlamasından sonra ABŞ Kobanidə İŞİD-ə qarşı vuruşan kürd döyüşçülərinə silah-sursat və tibbi ləvazimatlar verib. ABŞ Mərkəzi Qüvvələr Komandanlığının yazılı açıqlamasında İŞİD-ə qarşı Kobanini qoruyan kürd qüvvələrinə havadan yardım etdikləri bildirilib. Türkiyə humanitar yardıma etiraz etmir. Lakin Suriyadakı terrorçu kürd qruplaşmalarına silah verilməsindən ciddi narahatdır. Çünki bu qruplaşmalar Türkiyə üçün ciddi təhdid yaratmaqda, həmçinin kürdlərin müstəqil dövlətlərinin yaradılması istiqamətində əsas güc mərkəzi rolunu oynamaqdadır. Qeyd edək ki, hazırda Suriyadan Türkiyəyə kürd axını davam edir. Bu məsələ Rəcəb Tayyib Ərdoğanın Barak Obama ilə telefon danışığında da müzakirə olunub. Telefon danışığında 1,5 milyondan artıq suriyalıya qapı açan Türkiyənin bu insanlara yardımı da gündəmdə olub.
Kobanidəki kürdlərin İŞİD-lə mübarizə adı altında silahlandırılması Türkiyə üçün hansı problemləri yarada bilər?
Politoloq Qabil Hüseynli əmindir ki, heç bir aksiya, mitinq və ya toqquşmalar Ankaranı Suriya ərazisindəki münaqişəyə birbaşa qarışmağa məcbur edə bilməyəcək: "Türkiyə "İslam Dövləti"nə qarşı döyüşlərdə kürd özünümüdafiə dəstələrinə (YPG) kömək etməkdən imtina edir. Bunun da obyektiv səbəbləri var. Kobanini müdafiə edən kürd özünümüdafiə dəstələri Türkiyədə həbsxanada cəza çəkən Kürdüstan İşçi Partiyasının lideri Abdulla Öcalanı özlərinin ideoloqu və ilhamverəni hesab edirlər. Ankara PKK kimi YPG-ni də terror təşkilatı hesab edir. Bundan başqa, Abdullah Öcalan Hafiz Əsədin hakimiyyəti illərində kürd terrorçularının fəaliyyətini Suriyadan idarə edirdi. Nəticədə Ankara-Dəməşq münasibətlərinə ciddi zərər vurdu. Ankara Kobaniyə kömək edə bilmir, çünki şəhəri türk nöqteyi-nəzərindən terrorçular müdafiə edirlər".
Qabil Hüseynli hesab edir ki, Kobanini qorumaq üçün vuruşan YPG-nin silahlandırılması Türkiyə hakimiyyətinin nəzərində əslində terrorçuların silahlandırılması anlamına gəlir: "Müharibə nəzəriyyələrindən birinə görə, sən başqa bir dövlətin ərazisində bir təşkilata qarşı mübarizə aparmağa qərar verirsənsə, o halda yerli əhalinin dəstəyini əldə etmək lazımdır. Sadə xalqın dəstəyini təmin edən Qərb koalisiya gücləri Əfqanıstana daxil oldu. İndiki vəziyyətdə isə Türkiyə Kobanidə vuruşan iki tərəfdən birinin - İŞİD və yaxud kürdlərin dəstəyini təmin etməlidir. Bəli, hər iki təşkilat Türkiyə tərəfindən terrorçu elan edilib. Əgər PYD antitürk fəaliyyətindən imtina edərsə və Əsədə qarşı mübarizədə Ankaranı dəstəkləyərsə, Türkiyə ona silah verə və istənilən dəstəklə təmin edə bilər. Beynəlxalq güclərin İŞİD-lə mübarizə adı altında kürdləri silahlandırması gələcəkdə Türkiyə üçün cidi baş ağrısına çevrilə bilər. Bu baxımdan da Türkiyə hakimiyyəti daha optimal bir variantın üzərində durmalıdır".




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ