Hücumların başladığı səhər saatlarından şəhər mərkəzinə və Mürşitpınar sərhəd qapısına 30-dan çox top atılıb. Toplardan səkkizi sərhədin Türkiyə tərəfinə düşüb. Boş bir sahəyə düşən top mərmilərindən ölən və ya yaralanan olmayıb. Ancaq toplardan dördü sərhəddə dayanan Türkiyə tanklarının olduğu bölgəyə çox yaxın bir əraziyə düşüb.
Suriya tərəfdə artan İŞİD hücumları fonunda sərhədin Türkiyə tərəfində də hərbi hərəkətlilik müşahidə edilib. Sərhəddə təhlükəsizlik qüvvələrin sayı artırılıb, tanklar sərhəd xəttinin bir addımlığında dayanıb.
Səhər saatlarında yalnız kəşfiyyat uçuşları aparan koalisiyaya bağlı təyyarələr İŞİD-in hücumlarını artırdıqdan sonra Mürşitpınar sərhəd qapısı yaxınlığında İŞİD mövqelərini bombalayıb. Koalisiya qüvvələrinin İŞİD mövqelərini iki dəfə vurduğu bildirilir.