Stavropol diyarındakı Əsgər Anaları Komitəsinin rəhbəri saxlanıb. 73 yaşlı Lyudmila Boqatenkova oktyabrın 18-dən polis nəzarətindədir.
Əsgər Anaları Komitəsinin Peterburqdakı filialının «facebook» səhifəsində deyilir ki, Boqatenkovanın saxlanması onun fəaliyyəti ilə bağlıdır.
L.Boqatenkova Ukraynada ölən Rusiya hərbçiləri ilə bağlı araşdırma aparırdı.