Bazar günü günü, 29 noyabr 2026
     

Dağıstan azərbaycanlılarına qarşı kampaniya, ya fraqmentlər...

Image


Son vaxtlar nisbətən isinişən Rusiya-Azərbaycan münasibətləri fonunda şimal qonşumuzun bir əyaləti sayılan Dağıstanda soydaşlarımıza yönəlik yürüdülən siyasət başadüşülən deyil. Bu il sentyabrın 16-da tanınmış azərbaycanlı, Dərbəndin icra başçısı Qurban Qurbanova qarşı İstintaq Komitəsinin İstintaq İdarəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286.2-ci maddəsi (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açıldı.
İstintaqın versiyasına görə, 2009-cu ildən 2013-cü ilə qədərki dövrdə Q.Qurbanov Rusiya Federasiyası və Dağıstan Respublikasının torpaq qanunvericiliyini pozaraq, vəzifə səlahiyyətlərini aşmaqla Dərbənd rayonunda yerləşən, dövlətin mülkiyyətində olan 56 hektardan çox ərazini müxtəlif şəxslərə verib.
Sonra Qurban Qurbanovun barəsində həbs-qətimkan tədbirinin seçildi. Hazırda isə səhhətində yaranmış problemlə əlaqədar onun həbsi ev dustaqlığı ilə əvəz olundu.
Bu günlərdə Dərbənddə başqa bir xoşagəlməz hadisə yaşanıb.
Əslən azərbaycanlı, Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin Dərbənddəki "Boyevaya slava" parkındakı büstü şəhər meriyası tərəfindən dağıdılıb. Bu barədə məlumatı Dərbənddə yaşayan jurnalist Telman Tahirli verib. T.Tahirlinin sözlərinə görə, Ş.Əliyevin büstünün dağıdılması Dərbənddə yaşayan azərbaycanlıların narazılığına səbəb olub. Bir qrup azərbaycanlı şəhər meriyasının qarşısına yığışaraq meriyadan baş verənlərə görə izahat istəyib. Dərbənd şəhər meriyasından isə bildirilib ki, büstün qoyulduğu yerdə fəvvarə tikiləcək.
"Boyevaya slava" parkı əvvəllər Ş.Əliyevin adını daşıyıb. Park Dərbənddə şəhər meydanının yaxınlığında yerləşir. Büst parkdan götürüləndən sonra zibilliyə atılıb. Azərbaycanlılar Şəmsulla Əliyevin büstünü zibillikdən götürüblər. Ş.Əliyevin büstü azərbaycanlılara məxsus kafelərdən birində saxlanır.
Qeyd edək ki, kapitan Şəmsulla Əliyev Dərbənd şəhərində anadan olub. O, 1943-cü ilin payızında 309-cu atıcı diviziyanın tərkibində batalyon komandirinin siyasi hissə üzrə müavini olub. Ş.Əliyev Şimali Qafqazda, Tamanda və Krımda ağır döyüşlərdə iştirak edib.
1943-cü il noyabrın 19-da kapitan Ş.Əliyev qəhrəmancasına həlak olub. Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra verilib.
Dağıstanın yerli rəhbərliyinin soydaşlarımıza qarşı belə aqressiv davranışının kökündə hansı amil dura bilər?
Rusiyadakı Azərbaycan diasporunun tanınmış üzvlərindən olan Mirkazım Seyidov qəzetimizə açıqlamasında bildirdi ki, Dərbənddə yaşanan son proseslər onlar tərəfindən böyük narahatlıqla izlənir. Müsahibimizin sözlərinə görə, belə hadisələrin Rusiya ilə Azərbaycan arasındakı diplomatik münasibətlərin yaxşı məcraya yönəldiyi, iqtisadi münasibətlərin daha də dərinləşdiyi bir dövrə təsadüf etməsi
maraqlı görünür: "Bir müddət əvvəl barəsində cinayət işi başlanan, sonra da həbs edilən Qurban Qurbanov bölgənin ən nüfuzlu azərbaycanlılarından sayılır. Onun Azərbaycan hakimiyyəti ilə də münasibətləri hər zaman normal olub. Dərbənddəki azərbaycanlıların aparıcı lideri hesab olunan bu şəxs bir neçə dəfə Dərbənddə azərbaycanlıların sıxışdırılmasına qarşı çıxış edib. Dağıstanda uzun illər davam edən klanlar arasındakı müharibədə, bir qayda olaraq, öz mövqeyini qoruyub saxlayan Qurbanovlar son vaxtlar sıxışdırılmağa başlanıb. Qurban Qurbanovun əsas rəqibi isə Dağıstanın keçmiş baş prokuroru, bir neçə il əvvəl isə Dərbəndin meri seçilmiş İmam Yarəliyev olub. İ.Yarəliyevin adı "Sadval"ın yaradılmasında hallanır. Q.Qurbanov özü dəfələrlə bildirib ki, Dərbəndin yeni meri İmam Yarəliyev şəhərdə müxtəlif vəzifələrdə çalışan 10-dan artıq azərbaycanlını səbəbsiz yerə işdən çıxarıb. Mən əvvəlki müsahibələrimdə də demişdim ki, Ramazan Abtulatipov kimi bir kadrın Dağıstana rəhbər təyin olunmasının ən böyük ziyanı məhz azərbaycanlılara dəyəcək.
Onu 2013-cü ildə prezident seçkiləri ərəfəsində Dağıstana prezident təyin etdilər. Bu, Azərbaycana təzyiq üçün yaradılan "Milyarderlər ittifaqı"nın populyar olduğu dövrə təsadüf etdi. Həmin ittifaqın ən fəal üzvlərindən biri də Abdulatipov idi. Onun gəlişindən sonra isə durum daha da ciddiləşdi.
Bundan başqa, şəhər və ətrafında torpaq sahələri başqa millətlərin nümayəndələrinin əlinə keçir. Dərbəndin azərbaycanlısızlaşdırılması siyasəti gedir.
Son vaxtlar Azərbaycan hakimiyyətinin maliyyə dəstəyilə Dərbənddə bir çox layihələr həyata keçirilib.
Bütün bunlar bizi istəməyən qüvvələri narahat etməyə başlayıb.
Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin Dərbənddəki büstünə qarşı edilən hörmətsizlik də həmin kampaniyanın tərkib hissəsidir.
Mənə elə gəlir ki, bütün bu proseslər azərbaycanlıların Dərbəndən sıxışdırılaraq çıxarılmasına yönəlib. Azərbaycan hakimiyyəti, əlaqədar qurumlar soydaşlarımızın müdafiəsinə qalxmalıdır. Dərbənddə baş verənlərlə bağlı Rusiya hökumətinə təcili müraciətlər edilməlidir".






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ