Bazar günü günü, 29 noyabr 2026
     

Rusiya Qərb sanksiyalarına nüvə təhdidi ilə cavab verir

Image


Şimal qonşumuza qarşı Qərb ölkələrinin start verdiyi iqtisadi sanksiyalar savaşı davam edir. Artıq Rusiyaya qarşı sanksiyalara daha 6 ölkə qoşulub. Bunlar Avropa Birliyinə üzvlük üçün namizəd olan Çernoqoriya, İslandiya və Albaniya, eləcə də Lixtenşteyn, Norveç və Ukraynadır. Avropa Birliyinin üzvü olmayan Norveç Rusiyaya Ukraynadakı təcavüzünə görə sanksiya tətbiq edən ən yeni ölkələrdən biridir.
ABŞ-dakı Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun Rusiya üzrə eksperti Anders Aslund bildirib ki, bundan əvvəl ABŞ və Avropa Birliyi tərəfindən tətbiq olunan ilkin sanksiyalar Krımın işğalı və Rusiya prezidenti Vladimir Putinlə bilavasitə əlaqəsi olan insanlar və müəssisələrə tətbiq olunmuşdu: "İyul ayından bəri bu sanksiyalar artan şəkildə Rusiya iqtisadiyyatının bütün sektorlarına, əsasən də maliyyə, yüksək texnologiya, enerji və müdafiə sektorlarına yönəldilib". Vaşinqtonda yerləşən Vilson Mərkəzindən Metyu Royanski daxil olmaqla bir çox ekspertlər isə sanksiyaların müsbət nəticə vermədiyini düşünür. Metyu Royanski bununla bağlı bildirir: "Bu sizin sanksiyanın məqsədinin nə olduğunu gözləməyinizdən asılıdır. Fikrimcə, bu sanksiyalarla Rusiyanın əməllərinin dəyişilməsi nəzərdə tutulmuşdu. Və belə düşünsək, sanksiyalar heç bir nəticə verməyib". Elə Anders Aslund da bu fikirlə razılaşır və bildirir ki, adətən sanksiyaların iqtisadi təsiri olur, amma arzulanan siyasi effekti olmur. Bununla belə o, istənilən halda bu il Rusiyanın iqtisadiyyatının durğun qalacağını və hətta iqtisadi artımın zəifləyəcəyini bildirir: "Rusiyanın böyük problemi ondadır ki, xarici borcu artıq 730 milyard dollardır və bu, Rusiyanın ümumdaxili məhsulunun 40 faizini təşkil edir. Rusiya bu borcu ildə 160 milyard dollarla maliyyələşdirməlidir, lakin Rusiyada belə pul yoxdur."
Xatırladaq ki, Qərbin sanksiyalarına cavab olaraq, Kreml Rusiyaya sanksiya tətbiq etmiş ölkələrdən balıq, ət, meyvə, süd məhsulları və tərəvəzin idxalına məhdudiyyət qoyub. Anders Aslundun sözlərinə görə ərzaq idxalına qadağa qoymaqla Moskva özünü cəzalandırır: "Ərzaq idxalını azaltmaq pis şeylərə yol açır: Belarusdan keçən gizli ticarət, ölkənin bəzi regionlarında yemək çatışmazlığı, ərzaq qiymətlərinin artması, keyfiyyətinin düşməsi. Belə etməklə Kreml öz əhalisinə zərər vurur". Eyni zamanda bir neçə ekspert sanksiyaların sadəcə tətbiq olunmuş ölkələrə deyil, tətbiq edən ölkələrə də zərər verdiyini bildirir.
Yaranmış vəziyyət isə daha bir təhlükəli məqamı üzə çıxarır. Söhbət artan sanksiyalardan qəzəblənən Rusiyanın Qərbə qarşı daha çox güc nümayişinə meyllənməsindən gedir. Belə ki, Qərbin sanksiyaları altında ağır günlər yaşayan Rusiya prezidenti Vladimir Putin əsas rəqibi ABŞ-ı növbəti dəfə nüvə silahı ilə təhdid edib. Serbiya mətbuatına müsahibə verən Kreml rəhbəri ABŞ-ı dövlətlər arasındakı "nüvə nifaqı" və nüvə silahının sabitlik üçün təhlükə olduğunu xatırlamağa çağırıb. Rusiya dövlət başçısı ümid etdiyini bildirib ki, ABŞ strateji sabitlik üçün böyük nüvə dövlətləri arasında nifaqın nə ilə nəticələnə biləcəyini xatırlayacaq və Rusiyanı şantaj etməkdən imtina edəcək: "Həmçinin bu da faktdır ki, ABŞ prezidenti Barak Obama Ebola virusundan sonra dünya üçün növbəti təhlükənin Rusiya olduğunu bildirib. O, Rusiyanın İŞİD qruplaşmasından belə təhlükəli olduğu qənaətindədir". Rusiyanın dünyanın ən güclü nüvə dövlətlərindən biri olduğunu xatırladan Putin qeyd edib ki, Rusiyanı təcrid etmək planı dünyanı genişmiqyaslı qarşıdurmaya aparır: "Rusiya öz təhlükəsizliyini təmin etmək üçün nüvə sənayesini inkişaf etdirəcək. Rusiya dünyanın ən böyük nüvə ölkələrindən biridir. Bu bir reallıqdır".
Görünür, elə bunun nəticəsidir ki, ABŞ-ın müdafiə naziri Çak Heygel Rusiya ilə bağlı ABŞ ordusunun hazır vəziyyətdə olmasının vacibliyini dilə gətirib: "Amerika ordusu terrorçularla yanaşı, Rusiyanın müasir və döyüş bacarığı olan ordusuna qarşı durmalı olacaq". Müdafiə naziri ABŞ ordusunun qarşısına qoyulan tələblərin daha da artacağını, daha müxtəlif və mürəkkəb olacağını bildirib: "Terrorçularla bağlı təhlükələr uzun müddət davam edəcək. Amma biz həmçinin Rusiya ilə, NATO-dan kənarda olan müasir və döyüş bacarığı olan bir ordu ilə mübarizə aparmalıyıq". Nazir onu da vurğulayıb ki, NATO 1999-2004-cü illərdə Rusiyanın sərhədlərinə daha da yaxınlaşıb: "NATO-ya əvvəlcə Polşa, daha sonra Estoniya, Latviya və Litva daxil oldu. 2013-cü ildə NATO ölkələrinin ümumi hərbi xərcləri 1 trilyon dollar təşkil edib. Bunun 600 milyard dolları ABŞ-ın payına düşür. Rusiyanın hərbi büdcəsi isə 68 milyard dollardır və 2016-cı ildə 98 milyarda çatdırılması planlaşdırılır".
Ancaq burada bir məsələni də qeyd edək ki, Rusiya və ABŞ Ukrayna böhranı üzrə mövqelərin ayrılmasına baxmayaraq, İŞİD-lə bağlı kəşfiyyət məlumatlarının mübadiləsi daxil olmaqla, beynəlxalq təhlükəsizlik sahəsində bir sıra məsələlər barədə əməkdaşlığı bərpa etmək niyyətindədirlər. Bunu ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov Parisdə keçirilən və üç saatdan artıq davam edən görüşdən sonra təsdiqləyiblər. Amma Ukrayna böhranı tərəflər arasında ciddi fikir ayrılığını saxlamaqda davam edir.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ