Bazar günü günü, 29 noyabr 2026
     

Avropa və Rusiya ilə iqtisadi əlaqələrimizə böyük təhlükə...

Image


Qərb və Rusiyanın hələ də davam edən sanksiyalar savaşı dünya iştisadiyyatına ciddi zərbə vurmaqda davam edir. Hazırda real vəziyyətin təhlili sanksiyalardan hər iki tərəfin əziyyət çəkdiyini, iqtisadiyyatlarının gerilədiyini göstərir. Əslində, belə vəziyyət digər dünya ölkələrinə də təsir edir. Məsələn, Azərbaycanın Avropa ilə, Rusiya ilə apardığı ticarətin həcmi baş verənlər fonunda azala bilər.
Çünki qeyd olunduğu kimi, sanksiyalar həm Avropanın, həm də Rusiyanın iqtisadiyyatını geri salır.
Məsələ ilə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində 90 milyard dollar itirəcəyini açıqlayıb. Qurumun bu ilin sonuna qədər 40 milyard, gələn il isə 50 milyard avro itirəcəyini deyən Lavrov bu rəqəmlərin daha da artacağını istisna etməyib: "Bu sanksiyalar daha çox Almaniya iqtisadiyyatına təsir edəcək. Etiraf etməliyik ki, bu, Rusiya iqtisadiyyatına da zərər vurur. Ancaq təbii ehtiyatlarımız hesabına bu çətinliyin öhdəsindən gələcəyik". Yeri gəlmişkən qeyd edək ki, Avropanın ən böyük iqtisadiyyatına malik Almaniyada iqtisadi vəziyyət həqiqətən pisləşir. Sərmayəçilərin Avropanın ən böyük iqtisadiyyatına inamını göstərən ZEW indeksi 2012-ci ilin noyabrından bu yana ilk dəfə mənfi dəyər alıb. "Reuters" agentliyinin sorğusuna qatılan iqtisadçılar indeksin müsbət dəyər alacağını gözləyirdi. Manheim şəhərində yerləşən ZEW araşdırma institutunun analitiklər və korporativ sərmayəçilər arasında apardığı araşdırma əsasında müəyyən olunan indeks isə iki ay əvvəl 6.9 bəndlik müsbət dəyər almışdı. Lakin indi vəziyyət dəyişir. Almaniyada istehsal artıq 5 ilin ən aşağı səviyyəsinə kimi geriləyib, ixracat da son ilin ən aşağı səviyyəsinə enib. Almaniyanın İqtisadiyyat Nazirliyi 2014-cü il üçün ÜDM artımı proqnozunu 1.8%-dən 1.2%-ə salıb. Avro bölgəsində sənaye istehsalı da 1,8% azalıb. Sənaye istehsalında ən böyük eniş 4,3% ilə Almaniyada yaşanıb. İngiltərədə də vəziyyət yaxşı deyil. ZEW-nin sədri Klemens Fuest Rusiya ilə Ukrayna arasında yaşanan gərginliyin Almaniya iqtisadiyyatında qeyri-müəyyənliyin qaynağı olduğunu və avro bölgəsi iqtisadiyyatındakı zəifliyin əsas səbəblərindən biri olduğunu vurğulayıb. Rusiyaya qarşı sanksiyalar davam edərsə, iqtisadi geriləmənin daha da artacağı proqnozlaşdırılır.
Rusiyanın özünün də vəziyyəti yaxşı deyil. Məsələn, Rusiyanın qaz nəhəngi "Qazprom" şirkətinin gəlirləri azalıb. Beynəlxalq Maliyyə Hesabatları Standartlarına əsasən, 2014-cü ilin ilk yarımilində "Qazprom"un gəlirləri ötən illərlə müqayisədə 22.7 faiz azalıb. Şirkətin maliyyə hesabatında bildirilib ki, "Qazprom" Qərbin sanksiyalarının şirkətin fəaliyyətinə təsirini qiymətləndirməyə davam edir: "Sanksiyalar qrupun maliyyə vəziyyətinə təsir göstərməyəcək".
Neftin qiymətinin aşağı düşməsi də rusları ciddi narahat edir. Rusiyanın maliyyə naziri Anton Siluanov neft qiymətləri 2015-ci ildə artmayacağı təqdirdə büdcə kəsirini qarşılamaq üçün ehtiyat fondundan 500 milyard rubl və ya 12,5 milyard dollar ayırmaq məcburiyyətində qalacaqlarını açıqlayıb. Siluanov neftin bir barreli 87 dollar olacağı təqdirdə bu addımı atmağa məcbur olacaqlarını deyib. Onun sözlərinə görə, sanksiyalar dövrü üçün nəzərdə tutulan 90 milyardlıq ehtiyat fondu lazımı yardımı edəcək. Xatırladaq ki, Dumaya təqdim edilən 2015-2017-ci il dövlət büdcəsində neftin qiyməti 2015-ci il üçün 100 dollar nəzərdə tutulub. Ölkədən kapital axını da davam edir. Rusiya Mərkəzi Bankının hesablamalarına görə, cari ilin yanvar-sentyabr aylarında banklar və müəssisələr ölkədən ümumilikdə 85,2 milyard dollarlıq kapital çıxarıb. Bu məbləğ ötən ilin analoji dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur. Rusiyanın maliyyə tənzimləyicisi proqnozlaşdırır ki, bir il ərzində təmiz kapital axını təxminən 90 milyard dollar civarında olacaq.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına əsasən isə, 2014-cü ilin yekununa görə Rusiyadan təxminən 100 milyard dollar çıxarılacaq. Lakin bütün bunlara baxmayaraq, Rusiya Ukrayna siyasətindən vaz keçmək niyyətində deyil. Rusiya baş naziri Dmitri Medvedyev CNBC telekanalına müsahibəsində bildirib ki, Rusiya Ukraynanın Avropa Birliyinə inteqrasiyasının qarşısını almır, amma xəbərdarlıq edir ki, bu seçim bizim dövlətimiz üçün iqtisadi nəticələrə səbəb ola bilər. Medvedyev müsahibəsində Ukraynanın şərqində baş verənləri vətəndaş müharibəsi adlandırıb: "Ukraynadakı hadisələr bizi çox narahat edir. Biz ilin əvvəlində baş verən dövlət çevrilişinin səbəb olduğu bu vətəndaş müharibəsinin bitməsini istəyirik". Ukraynanın xarici siyasətindən danışan Medvedyev bildirib ki, Kiyev öz seçimində sərbəstdir: "Ukrayna öz seçimini edə bilər. İstəsə, Avropa Birliyinə daxil ola bilər. Başqa tərəfə də getmək istəyirsə, qoy getsin. Biz hesab edirik ki, Avropa Birliyi ilə iqtisadi münasibətlərdə Ukraynanın qarşısında böyük risqlər dayanır. Lakin bu, Ukrayna rəhbərliyinin öz işidir".
Beləliklə, bütün bunlar Qərb və Rusiyanın sanksiyalar çəkişməsinin hələ yaxın tezlikdə səngiməyəcəyini göstərir. Bu isə, Azərbaycan da daxil olmaqla, digər ölkələrin Rusiya və Avropa ilə iqtisadi əlaqələrinə təsirsiz ötüşmür.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ