Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Ərdoğanın "kürd açılımı" projesi PKK-nın üzündən iflasa uğradı
Tarix: 16.10.2014 / 02:44
Bölmə: Siyasət
Türkiyədə son günlər baş verən hadisələr hakim Ədalət və İnkişaf Partiyasının müəllifi olduğu "kürd açılımı" siyasətinin artıq fiaskoya uğramaq üzrə olduğunu göstərir. Hadisələrin gedişi göstərir ki, kürdlər üçün də böyük dividendlər gətirən "kürd açılımı" siyasətinin belə acınacaqlı tale yaşamasının əsas baiskarı PKK terror təşkilatıdır. Məhz PKK üzündən "kürd açılımı" siyasətinin reallaşması getdikcə dalana dirənir.
Qeyd edək ki, "kürd açılımı" kürdlərə mədəni muxtariyyətin və digər imtiyazların verilməsini nəzərdə tutur. Bu plan AKP-nin daxili siyasətində hır zaman prioritet məsələlərdən biri olub. Hələ 2005-ci ildə o vaxt baş nazir olan Rəcəb Tayyib Ərdoğan ölkədə mövcud olan kürd problemini həll etmək istəyində olduqlarını bildirmişdi. Lakin 2008-ci ilin noyabr ayında Hakkari vilayətinin Şəmdinli rayonunun Aktütün məntəqəsinə PKK terrorçularının hücumu "kürd açılımı" məsələsini arxa plana atdı. Buna baxmayaraq, bir neçə il sonra məsələ yenidən gündəmə gətirildi. Hətta PKK terror təşkilatının indiki liderlərindən olan Murat Karayılan Türkiyə ilə dialoqa hazır olduqlarını bildirdi. Proseslər göstərirdi ki, AKP hakimiyyəti müəyyən islahatlar keçirməklə
ölkədəki kürd problemini həll edəcək. PKK terror təşkilatı ilə bağlı problemin də bu fonda həlli gözlənirdi. Türkiyə üçün daha bir önəmli məsələ o idi ki, PKK terror təşkilatının Türkiyədən çıxarılmasına nail olunsun və o təcrid edilsin. Türkiyə üçün ən əsas məsələlərdən biri qərargahı İraqın şimalında yerləşən PKK terror təşkilatını Türkiyə kürdlərindən təcrid etmək olduğu üçün bu məsələdə rəsmi Bağdadla da sıx əlaqələr saxlanırdı. Elə buna görə də Türkiyədə hakimiyyətin açılım planı irəli sürülən zaman ölkənin o vaxt xarici işlər naziri olmuş Əhməd Davudoğlu İraqa səfər etdi. Səfər zamanı isə İraq-Türkiyə diplomatik əlaqələri və birgə təhlükəsizlik məsələləri müzakirə edildi. Bundan sonra rəsmi Bağdad PKK probleminin həllində Ankaraya lazımi dəstək verməyə başladı. Lakin İŞİD qruplaşmasının meydana çıxması və onun kürdlərin məskunlaşdığı Kobaniyə aramsız hücumlara başlaması vəziyyəti xeyli dəyişib. Türkiyə ordusunun İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirməməsi PKK-nın yenidən iğtişaşlara başlamasına rəvac verib ki, bu da "kürd açılımı" ilə bağlı layihənin bu təşkilat üzündən iflasa uğramasına səbəb olub. Hazırda Suriyada İŞİD-lə PKK-nın rəsmi Suriya qolu olan PYD arasında sərt mübarizə gedir. Əslində Türkiyənin İŞİD-PYD qarşıdurmasında kürdlərə dəstək verməməsinin səbəbləri çoxdur. Belə ki, İŞİD-lə meydanda təkbaşına savaşmaq indiki halda Türkiyəyə sərf etmir. PYD - yə dəstək vermək isə Türkiyənin öz daxilində haqlı və çox ciddi narazılıqlara təkan verə bilər. Türkiyənin Suriya içindəki qarşı duran qüvvələr arasında özünə yaxın bildiyi tərəf yalnız Azad Suriya Ordusudur. PYD isə PKK uzantısıdır və digər tərəfdən də rəsmi Ankaranın Suriya iqtidarına münasibəti ilə ciddi fikir ayrılığı var. Suriyadakı kürdlər Əsəd rejimini ciddi şəkildə müdafiə edir. Türkiyənin isə bu məsələdəki prinsipial mövqeyi bəllidir. Hazırda PKK Türkiyə daxilində yenidən aktiv fəaliyyətə keçib. Belə vəziyyətdə PKK yaraqlılarının yenidən Türkiyəyə dönməsi isə vəziyyəti daha da gərginləşdirir. Artıq Türkiyənin inkişaf naziri Cevdet Yılmaz silahlı ünsürlərin hələ də dağlarda olduğunu bildirib: "Silahların ölkə xaricinə çıxdığını görmədik. Fikrimcə, işin ən problemli tərəflərindən biri budur. Həll prosesi başlayanda silahlı ünsürlərin ölkədən çəkilməsi əsas şərtlərdən idi. Təəssüf ki, bunun həyata keçirildiyini görmədik. Yaşanan hadisələrlə da gördük ki, dağlarda silahlı ünsürlər var". Cevdet Yılmaz qeyd edib ki, silahlı ünsürlərin dağlarda qaldığı müddətdə tam mənası ilə həll müddətindən danışmaq mümkün deyil.
"Kürd açılımı"ndan sonra isə Türkiyə ilk dəfə PKK-ya qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Malatya və Diyarbəkirdən qalxan F-16 və F-4-lər Hakkarinin Dağlıca bölgəsindəki PKK birləşmələrini bombalayıb. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı açıqlamada PKK-ya ağır zərbə vurulduğu bildirilir. Beləliklə, Kobani şəhərinə İŞİD hücumundan sonra PKK-nın Türkiyənin sərhəd bölgələrində kütləvi iğtişaşlar yaratması AKP hökumətini hərəkətə keçirib. Artıq prezident Rəcəb Tayyib Ərdoğan terror qruplaşmasına qarşı geniş əməliyyata başlanacağının anonsunu verib. Bunun ardınca havaya qalxan qırıcı uçaqlar PKK-nın Türkiyə ərazilərindəki ən böyük dislokasiya yerlərini hədəf alıb. Türkiyə mediası yazır ki, bu, 2012-ci ildə AKP iqtidarının başlatdığı "kürd açılımı", "çözüm sürəci" siyasətindən sonra PKK-ya qarşı həyata keçirilən ən böyük hərbi əməliyyatdır.
Türkiyə Baş Qərargahının əməliyyatla bağlı yazılı açıqlamasında deyilir ki, Hakkarinin Dağlıca qəsəbəsindəki PKK-nın bir neçə gündür Türkiyənin güney, güney-doğu Anadolu bölgələrindəki pozuculuq fəaliyyətinə ən ağır cavab verilib, terror qruplaşmasının ərazidəki bütün nöqtələri məhv edilib. Baş Qərargah xəbər verir ki, raket zərbələrindən sonra böyük itki verən PKK terrorçuları ərazidən qaçmağa başlayıb. Lakin onların yenidən geriyə dönməsi də tam gəözləniləndir. PKK terror təşkilatının liderlərindən olan Cəmil Bayık da bildirir ki, ölkə xaricinə çıxan PKK-çılar yenidən Türkiyəyə dönə bilər.
O, sülh müddətinin sona çatdığını vurğulayıb. PKK lideri, eyni zamanda, Abdullah Öcalanın İmralı adasında həbsxana şərtlərinin yaxşılaşdırılması, görüşlərin bərabər şərtlərlə davam etdirilməsi, konstitusiyada lazımi dəyişikliklərin edilməsi ilə bağlı zəmanətin verilməsi və atılacaq addımlarla əlaqədar üçüncü bir tərəfin müşahidəçi olaraq iştirakının təmin edilməsini istəyib. Cəmil Bayık, hökumət bu şərtləri qəbul etməyəcəyi halda, geri çəkilən qrupların yenidən Türkiyəyə qayıdacağını qeyd edib. Onun sözlərinə görə, bu istiqamətdə atılacaq addımlar qarşıdakı günlərdə dəqiqləşəcək.
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
Tarix: 29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ