Bazar günü günü, 29 noyabr 2026
     

Son mitinqdən əvvəl radikal islamçılara yönəlik ümid tezisləri də puç oldu

Image


Radikal müxalif düşərgənin son mitinqi yenidən bir faktı təsdiqlədi ki, bu cinahda yer alanların sosial bazası sürətlə seyrəlməkdədir. Elə bunun nəticəsidir ki, günlərlə aparılan təbliğata rəğmən, müxalifətin mitinqinə qatılanların sayı heç min nəfərə çatmadı. Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, aksiyaya 900-ə yaxın adam qatılıb.
Ekspertlər bütün bunları təsadüfi saymayaraq, radikal düşərgənin hələ bundan sonra da elektorat itkisinə məruz qalacağını bildirir. Hesab edilir ki, reallığı qəbul etməyən, hər şeyi əksər hallarda seçkidən kənar zorakı üsulla həll etmək istəyən cinahın sosial bazası azalmalı idi. Elə bu səbəbdən Milli Şuranın mitinqi əvvəlkilərdən də sönük alındı. Mitinqə ictimai dəstəyin olmaması müxalifətin bu dəfə də mitinq adı altında növbəti fiaskosunun yaşanması ilə müşayiət olundu. Halbuki, istər virtual müstəvidə, istərsə də KİV-lərdə apardıqları təbliğatın nəticəsində müxalifət mitinqə böyük sayda insanın gələcəyini iddia edirdi. Nəticə isə tam fərqli oldu. Bir daha bəlli oldu ki, müxalifətə cəmiyyətdən dəstək yox həddindədir. Bu isə tamamilə təbiidir. Belə ki, 20 ildir müxalifət seçkiyə gedir, hər dəfə də məğlubiyyətlə üzləşir. Çünki xalq müxalifətin indiyə qədər əldə etdiyi müsbət nəticəni görməyib. Müxaliflər arasında didişmə və çəkişmə də burada az rol oynamır. Müxtəlif dönəmlərdə ayrı-ayrı qondarma qurumlar daxilində bir araya gələn, lakin daim qarşıdurma halında olan radikal müxalifət düşərgəsi bu gün də ənənəvi acı taleyini yaşayır. Elə son mitinq də radikal müxalifətin birliyinin növbəti dəfə iflasa uğradığını nümayiş etdirdi. Mitinq iştirakçılarının pərakəndə mövqe sərgiləmələri, xüsusilə də özlərini əsas siyasi fiqur hesab edən AXCP ilə Müsavatın fərqli mövqe tutması radikal düşərgə daxilindəki qarşıdurmanın səngimədəyini göstərir. Müxalifətin sosial bazası liderlərinin səngimək bilməyən intriqaları hesabına güclü şəkildə deqradasiyaya uğrayıb. Beləliklə, müxalifət düşərgəsində baş verənlər burada tənəzzülün kifayət qədər sürətləndiyini göstərir. Xüsusən də son bir ilin proseslərinə nəzər yetirdikdə aydın şəkildə görünür ki, müxalifət düşərgəsində olan insanların liderləri tərəfindən aldadılması, onların ümidlərinin qırılması baş verib. Xüsusən də prezident seçkilərindəki acınacaqlı məğlubiyyət müxalifətin elektoratının daha da azalmasına gətirib çıxarıb. Hazırda elə bölgələr var ki, radikal müxalifətin həmin yerlərdə bir nəfər də olsun üzvü yoxdur. Bu isə elektrot sarıdan müxalifətin problemlərinin həqiqətən də dərinləşdiyini göstərir.
Son mitinq həm də İŞİD terror təşkilatının bayraqlarının qaldırılması ilə yadda qalıb. Bayrağı qaldıran Ramil Quliyev adlı şəxs KİV-lərə açıqlamasında bildirib ki, mitinqə dostunun dəvəti ilə gəlib. Onun sözlərinə görə, stadionda durub mitinqi izləyən zaman tanımadığı bir şəxs ona bir bayraq verib və deyib ki, bunu dalğalandır. O da bunu edib. Qeyd edilən məqamın reallığa uyğun gəlmədiyini, əslində, radikal müxalifət özü də bilir.
Daha bir maraqlı nüans isə odur ki, radikal dindarlar da müxalifətin mitinqinə dəstək verirdi və onların da bu aksiyaya qatılması nəticəsində müxalifət möhtəşəm mitinq keçirəcəyinə ümid edirdi. Lakin məlum oldu ki, Azərbaycanda radikal dindarların da sayı çox azdır. Bu səbəbdən də mitinqdə insanların sayı çox olmadı. Ekspertlər isə hesab edir ki, radikal dindarların yaratdığı fəsadları Azərbaycan cəmiyyəti, xüsusən də onun dindar kəsimi aydın sezir. Yaxın Şərqdə bu radikal dindarların hansı fəlakətlərə yol açdığı aydın müşahidə olunur. Bu səbəbdən radikal dindarlara qarşı Azərbaycan cəmiyyətində bir qəzəb var və onların sayı çox azdır. Bunun nəticəsidir ki, müxalifət mitinqinə radikal dindarların qoşulması halı baş versə də, bu, elektorat baxımından hansısa yeniliyə gətirib çıxarmadı. Əvəzində, radikal dindarlarla müxalifət arasında yaranan əlaqələr müxaliflərin dünyəvi siyasi mübarizədən geri çəkilməkdə olduğunu göstərir. Hər halda, İŞİD bayrağının dalğalandırılması bu xüsusda təhlükəli məqamlara da işarə sayıla bilər. Millət vəkili Aydın Mirzəzadə də bu xüsusda maraqlı fikirlər açıqlayıb. Əvvəlcə mitinqdə iştirak edənlərin sayına toxunan deputat qeyd edir ki, Milli Şuranın keçirdiyi mitinq Azərbaycan radikal siyasi müxalifətinin iflasının daha bir göstəricisi oldu. O vurğulayıb ki, hər zaman böyük iddialarla çıxış edən, cəmiyyəti idarə etmək arzusunu daim önə çəkən "siyasətçilər" kiçik bir dəstə ilə sadəcə bir tədbir keçirməli oldular: "Yəni bu tədbiri mitinq adlandırmaq qətiyyən düz olmazdı. Çıxışlarda şüarlar səsləndirilməsinə, bayraqların qaldırılmasına baxmayaraq, orada cəmi bir neçə yüz insanın toplanması on milyonluq ölkə üçün çox kiçik rəqəmdir. Buradan belə bir təəssürat yaranır ki, onlarla siyasi partiyanın toplayacağı qüvvələr "Məhsul" stadionunun onda birini dolduracaq qədərdir. Həmçinin Azərbaycan müxalifətçiləri ümumən şəxsi texnologiyanı da mənimsəmədiklərinin fərqindədirlər. Milli Şuranın mitinqində nə təşkilatçılıq var idi, nə də bir sistemlilik nəzərə çarpırdı. Orada iştirak etməyən siyasi partiyaların bayraqlarının qaldırılması da istənilən tədbirdə görünmək arzusundan başqa bir şey deyildi. Bu gün seçkidən-seçkiyə blok yaradan, seçkilərarası bir-birinə qarşı mübarizə aparan müxalifət nümayəndələrinin orada iştirakı isə "görüntü diplomatiyasından" başqa bir şey deyildi".
Onun sözlərinə görə, ümumilikdə belə aksiyaların keçirilməsi Azərbaycanda radikal müxalifətin gücünü, vətəndaşların onlara inanmadığını, arxasınca getmədiyini və heç bir halda onlara dəstək olmayacağını ortaya qoyur: "Milli Şuranın keçirdiyi mitinqdə AXCP fəalları tərəfindən İŞİD terror qruplaşmasının bayrağının qaldırılması isə onların çox şübhəli əlaqələrindən xəbər verir". Cəmiyyətdə də eyni mövqeni bölüşənlərin sayı kifayət qədərdir və bu, radikal müxalifətin daha sürətlə nüfuzdan düşməsinə səbəb olur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ