Bazar günü günü, 29 noyabr 2026
     

PKK-nın hədəsi - Türkiyədə "qan gölü"...

Image


PKK terror təşkilatının son fəaliyyəti Türkiyəni yenidən bu qruplaşmaya qarşı aktiv fəaliyyətə keçməyə vadar edib. Proseslər göstərir ki, qruplaşma Türkiyəyə qarşı yenidən qanlı savaş açmaq niyyətindədir. Hətta PKK Türkiyəni vətəndaş müharibəsi ilə belə təhdid etməkdən çəkinmir. Hazırda Türkiyə çirkin niyyətini ortaya qoyan PKK-nı susdurmaq üçün yenidən hərbi gücə əl atmalı olub.
Belə ki, Türkiyəyə məxsus F-16 və F-4 qırıcıları Dağlıcada PKK məkanlarını bombalayıb. Malatya və Diyarbəkirdən havaya qalxan qırıcılar polis bölməsinə hücum edən terrorçu qrupları alıblar. Qeyd edək ki, Dağlıcada yerləşən polis bölməsi 3 gün boyunca PKK terrorçularının hücumuna məruz qalıb.
Xatırladaq ki, bundan əvvəl PKK terror təşkilatının liderlərindən olan Cəmil Bayık hədələyici açıqlamalarla çıxış edərək Türkiyə Böyük Millət Məclisinin Suriya ilə bağlı qəbul etdiyi qərarın PKK-ya müharibə elan etmək olduğunu bəyan edib. Bayık Türkiyənin PKK-ya yenidən müharibə elan etdiyini və bu səbəbdən də artıq həlletmə mərhələsinin bitdiyini deyib: "Bu səbəbdən də silahlı dəstələrimizi yenidən Türkiyəyə göndərdik. Çünki Türkiyənin qəbul etdiyi qərarda İŞİD sözü heç keçmir də. Türkiyə PKK-ya müharibə elan edib. Biz də artıq PKK-nı Türkiyə ərazisinə döyüşə göndərmişik".
Hazırda PKK Türkiyə daxilində iğtişaşlar törətməyə cəhd edir. Bununla bağlı olaraq qruplaşmanın 270 yaraqlısı həbs edilib. Onlar Kobanidən gələn qaçqınların arasında Türkiyə ərazisinə daxil olublar. Saxlanan yaraqlıların hamısı PKK-nın Suriya qolunun düşərgələrindəki təlimlərdə iştirak edib. Hazırda onların Türkiyəyə keçmə səbəbləri araşdırılır. Məhz belə bir vaxtda Cəmil Bayık, Ankara kürd siyasi hərəkatları ilə müzakirələrə başlamayacağı halda, Türkiyədə vətəndaş müharibəsi başlaya biləcəyini bildirib.
O qeyd edib ki, sülh prosesi canlandırılmasa, ölkə xaricinə çıxan PKK-çılar yenidən Türkiyəyə dönə bilər. O, sülh müddətinin sona çatdığını vurğulayıb. PKK lideri, eyni zamanda, Abdullah Öcalanın İmralı adasında həbsxana şərtlərinin yaxşılaşdırılması, görüşlərin bərabər şərtlərlə davam etdirilməsi, konstitusiyada lazımi dəyişikliklərin edilməsi ilə bağlı zəmanətin verilməsi və atılacaq addımlarla əlaqədar üçüncü bir tərəfin müşahidəçi olaraq iştirakının təmin edilməsini istəyib. Cəmil Bayık, hökumət bu şərtləri qəbul etməyəcəyi halda, geri çəkilən qrupların yenidən Türkiyəyə qayıdacağını qeyd edib. Onun sözlərinə görə, bu istiqamətdə atılacaq addımlar qarşıdakı günlərdə dəqiqləşəcək.
Qeyd edək ki, İŞİD terror təşkilatının Suriyanın Kobani şəhərinə hücumu Türkiyədə kürdlərin etirazına və aksiyalarına səbəb olub. Onlar İŞİD-lə mübarizə aparan kürd özünümüdafiə qüvvələrinə kömək göndərilməsini tələb edir, Türkiyə hökumətini Kobanidəki vəziyyətə laqeyd yanaşmaqda ittiham edirlər. Artıq Türkiyədə İŞİD-in Kobaniyə hücumuna etiraz aksiyalarında 35 nəfər həyatını itirib. İğtişaşların törədilməsində PKK xüsusi fəallıq göstərir. Belə vəziyyətdə PKK yaraqlılarının yenidən Türkiyəyə dönməsi vəziyyəti daha da gərginləşdirir. Artıq Türkiyənin inkişaf naziri Cevdet Yılmaz silahlı ünsürlərin hələ də dağlarda olduğunu bildirib: "Silahların ölkə xaricinə çıxdığını görmədik. Fikrimcə, işin ən problemli tərəflərindən biri budur. Həll prosesi başlayanda silahlı ünsürlərin ölkədən çəkilməsi əsas şərtlərdən idi. Təəssüf ki, bunun həyata keçirildiyini görmədik. Yaşanan hadisələrlə da gördük ki, dağlarda silahlı ünsürlər var". Cevdet Yılmaz qeyd edib ki, silahlı ünsürlərin dağlarda qaldığı müddətdə tam mənası ilə həll müddətindən danışmaq mümkün deyil. Qeyd edək ki, PKK terror təşkilatının qərargahı İraqın şimalındakı Qəndil dağında yerləşir. Artıq 2 ildir Türkiyə hökuməti kürd probleminin həlli üçün PKK-nın həbsdəki lideri Abdullah Öcalanla danışıqlar aparır. PKK problemin həllinə töhfə vermək üçün qüvvələrinin müəyyən hissəsini Türkiyə ərazisindən çıxardığını və silahlı hücumları dayandırdığını açıqlamışdı. Lakin indi bunun həqiqəti əks etdirmədiyi üzə çıxır. Onu da xatırladaq ki, PKK Türkiyənin əsasən kürdlərin yaşadığı cənub-şərq hissəsindəki gənclərə Suriyada İŞİD yaraqlılarına qarşı döyüşlərə qoşulmaqları çağırışı ilə müraciət edib. Qurumun yaydığı bəyanatda deyilir ki, gənclər Suriyanın şimalına, Türkiyə ilə sərhəddəki Kobani şəhərinə getməli və "tarixi və şərəfli müqavimətdə" iştirak etməlidir.
Lakin Türkiyə öz ərazisindən Suriyaya keçidə qadağa qoyub və bu, qardaş ölkənin təhlükəsizliyi ilə birbaşa bağlıdır.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ