şənbə günü, 07 noyabr 2026
     

Paşinyan Qarabağ mitinqindən sonra Los-Anceles erməniləri ilə məsləhətləşməyə gedir

Image


Suda boğulan saman çöpündən yapışır. Bu gün yaratdığı siyasi və iqtisadi böhran içində boğulan Ermənistanın Baş naziri Nikol Paşinyan vəziyyətdən çıxış yolu axtarır. Dövlət başına küçədən gələn və küçə əxlaqına sahib olan Paşinyanın avantürist çıxışları, eləcə də atdığı qeyri-məntiqi addımları Ermənistan cəmiyyətini, sözün həqiqi mənasında, uçurum qarşısına gətirib çıxarır.

Avqustun 5-də Xankəndidə keçirdiyi ümumerməni mitinqində qeyri-real açıqlamalarla çıxış edən və erməni xalqını böhrana sürükləyən fikirlər səsləndirən Paşinyan erməni xalqını “Qarabağ uğrunda birləşmə”yə çağırdı. Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə birbaşa ağır zərbə olan çıxışları erməni cəmiyyətində də normal qarşılanmır. Xaricdə fəaliyyət göstərən erməni lobbisindən son zamanlar elə də ciddi dəstək ala bilməyən Paşinyanın əlavə kömək qaynaqları aradığı məlumdur. Avropada fəaliyyət göstərən erməni lobbisinin inamsızlığı ilə qarşılaşan Paşinyan indi də kömək üçün əlini ABŞ-da fəaliyyət göstərən erməni diasporuna uzadır.           

Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın Los-Anceles şəhərinə səfərə hazırlaşır. Bu barədə məlumatı Paşinyan “Facebook”da təşkil etdiyi canlı yayım zamanı paylaşıb. Erməni KİV-in yaydığı məlumata görə, o, Los-Ancelesdə ermənilərlə görüşlər keçirməyi planlaşdırdığını bildirir. Paşinyan görüşün sentyabrın 22-si, saat 16:00-da baş tutacağını deyib.

Paşinyan ABŞ-da Xankəndidə müzakirə etdiyi məsələləri, o cümlədən, "miatsum" və s.-ni gündəmə gətirəcəyini açıqlayıb.

Paşinyanın Los-Ancelesə səfəri nə ilə bağlıdır? O, Los-Ancelesin erməni diasporundan istədiyi dəstəyi ala biləcəkmi?

Akif Nağı: “...ABŞ-a səfərinin əsas səbəbi özünün sərsəm “Dağlıq Qarabağ Ermənistanındır” planını reallaşdırmağa yönəlib”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyanın Los-Anceles səfərinin əsas səbəbi Xankəndidə keçirdiyi erməni mitinqində səsləndirdiyi cəfəng fikirlərin, ideyaların həyata keçirilməsi üçün oradakı erməni lobbisindən dəstək almaqdır. “Təbii ki, Ermənistan Baş nazirinin bu cür səfərlərinin baş tutması Qarabağ münaqişəsinin taleyindən narahatlığı ilə əlaqədardır. Son günlər Dağlıq Qarabağın taleyi ilə bağlı Ermənistan rəhbərliyi çox aqressiv mövqe tutur. Paşinyanın özünün Xankəndidə keçirilən mitinqə gəlməsi və burada çıxışlar etməsinin özü böyük qanun pozuntusudur. Təəssüf ki, beynəlxalq qurumlar da bu məsələni susqunluqla qarşıladılar. Eyni zamanda da Paşinyan orada sərsəm "miatsum” ideyasını yenidən dirçəltdi, rəsmi qaydada dövlət rəhbəri səviyyəsində elan etdi ki, “Dağlıq Qarabağ Ermənistandır”. Bu günlərdə Paşinyanın bu cəfəng fikrini Ermənistanın Xarici İşlər Nazirliyi ört-basdır etmək məqsədilə bəyan etdi ki, Paşinyan elə deməyib və onun fikri kontekstdən çıxarılıb. Amma xarici işlər naziri Mnatsakanyan özü açıq şəkildə bəyan etdi ki, Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir. Yəni bu gün Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistan rəhbərliyinin mövqeyi açıq şəkildə ortadadır. Ona görə də Ermənistan Baş nazirinin ABŞ-a səfərinin əsas səbəbi özünün sərsəm “Dağlıq Qarabağ Ermənistanındır” planını reallaşdırmağa yönəlib. Bu baxımdan, Paşinyanın Los-Ancelesə səfəri təsadüfi deyil. Bilirsiniz ki, burada çox böyük erməni lobbisi fəaliyyət göstərir, o ərazi ABŞ-da ermənilərin ən çox yaşadığı ərazilərdən biri sayılır. Yəqin ki, Paşinyan erməni lobbisinin iştirakı ilə bir mitinq keçirib Xankəndidə səsləndirdiyi cəfəng fikirləri orada da dilə gətirəcək. Paşinyanın Dağlıq Qarabağla bağlı planını həyata keçirmək üçün maliyyəyə də ehtiyacı var. O, Los-Ancelesdəki erməni lobbisindən maliyyə dəstəyi ummaqla yanaşı, eyni zamanda da Qarabağ məsələsi ilə bağlı erməni diasporunun birmənalı dəstəyini qazanmaq istəyir. O bu mənfur planını həyata keçirmək üçün Los-Ancelesdə fəaliyyət göstərən erməni lobbisindən hərtərəfli dəstək istəyir. Paşinyan bununla da dünyaya meydan oxuyur ki, onların Dağlıq Qarabağı və işğal altında saxladıqları digər ərazilərimizi qaytarmaq fikirləri yoxdur. O bununla da dünyada fəaliyyət göstərən erməni lobbisinin tam dəstəyini qazanmaq istəyir. Hesab edirəm ki, Los-Ancelesdə keçirilən görüşdə yalnız burada yaşayan ermənilər deyil, başqa ölkələrdən gələn ermənilər də iştirak edəcəklər. Ən azından, diaspor nümayəndələri dəvət ediləcək. Fikrimcə, Azərbaycan tərəfi Paşinyanın bu cəfəng ideyasının pozulması istiqamətində işlər görməli və bu barədə beynəlxalq qurumlara müraciət etməlidir”.

A.Nağı hesab edir ki, Paşinyanın bu cür görüşlər keçirməsinin və cəfəng planlar qurmasının, həmin planların həyata keçirilməsinin qarşısının alınması üçün beynəlxalq qurumlar hərəkətə keçməlidirlər.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 09:46
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ