19/08/2019 17:07
728 x 90

Azərbaycana silah satışı məsələsi yenidən Rusiya-Ermənistan danışıqlarının gündəmində - yeni erməni təşəbbüsü…

“Silah alqı-satqısı ilə bağlı Azərbaycan-Rusiya müqaviləsi ratifikasiya olunub”

img

Məlum olduğu kimi, Ermənistanda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev erməni həmkarı Armen Qriqoryanla görüşüb. Görüşdə iki ölkə arasındakı təhlükəsizlik məsələləri müzakirə olunub. O cümlədən, üçüncü ölkələrə silah tədarükü məsələsi qaldırılıb.

Tərəflər Ermənistan və Rusiya arasında müttəfiq tərəfdaşlığı çərçivəsində həyata keçirilən hərbi-texniki və hərbi-iqtisadi əməkdaşlığın hazırkı gedişatı və 3-cü ölkəyə silah satışının tənzimlənməsi kimi məsələləri müzakirə ediblər. Müzakirə zamanı Azərbaycana silah satılması məsələsi Ermənistan tərəfini narahat edib. Hətta Ermənistan təmsilçisi Patruşevdən “niyə Azərbaycana silah satırsınız?” kimi sual da ünvanlayıb.

Qeyd etdiyimiz kimi, Azərbaycana silah satışı məsələsi yenidən Ermənistanla danışıqlarda gündəmə gəlib. Ermənilərin məlum qorxusu nə ilə bağlıdır?

  • Arzu Nağıyev: “…Azərbaycana silah satılması məsələsinin müzakirə olunması siyasi gediş idi”

Tanınmış politoloq Arzu Nağıyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, siyasi dəyişikliklərdən sonra Rusiya Təhlükəsizlik Şurası nümayəndələrinin Paşinyanla ilk görüşü oldu: “Bu görüş zamanı bir neçə istiqamətdə söhbətlərin aparılması gözlənilirdi. Ermənilərin dırnaqarası irad tutacağı məsələ Azərbaycana silah satılması idi. Məlumdur ki, silah alqı-satqısı ilə bağlı Azərbaycan-Rusiya müqaviləsi ratifikasiya olunub. Birinci gün deyil ki, bunlar bir-birinə silah satır. Maraqlıdır, o zaman Ermənistana verilən silah barəsində niyə fikir bildirmir?  Ermənistana ayrılan kredit vasitəsilə alınan silahlar qarşısında niyə onların Təhlükəsizlik Şurası bu məsələni qaldırmır. Hesab edirəm ki, bu, kütləvi informasiya vasitələri üçün ortaya atılmış məsələdir. Eyni zamanda, burada Rusiya tərəfinin gedişi ola bilər ki, Ermənistan tərəfi belə bir sual ortaya qoymaqla zənn edir ki, Rusiya ilə Azərbaycan arasında münasibət istidir”.

Politoloqun sözlərinə görə, məlum görüşdə müzakirə olunmalı çox ciddi məsələlər var idi: “Dağlıq Qarabağ münaqişəsinin həll olunmasından tutmuş, Ermənistan rəhbərliyinin bu günlərdə Qarabağa dair səsləndirdiyi kəskin fikirlərədək. Bu görüşdə, sadəcə, Azərbaycana silah satılması məsələsinin müzakirə olunması siyasi gediş idi”.  

Günel CƏLİLOVA

Son xəbərlər