22/08/2019 07:32
728 x 90

ABŞ Ermənistan şirkətlərinə sanksiya tətbiq etdi

img

ABŞ-ın Ticarət Nazirliyi 10 ölkəyə məxsus 16 şirkətə sanksiya tətbiq edib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın “qara siyahı”ya saldığı şirkətlər arasında 2 Ermənistan şirkəti də var.

Qeyd edilir ki, Ermənistanın "İrəvan Elmi-Tədqiqat Rabitə İnistitutu" və "Markel" QSC adlı müəssisələrinə sanksiya tətbiq edilib. Sanksiyaların səbəbi sözügedən şirkətlərin İranla əməkdaşlıq etməsi göstərilir.

Qeyd edək ki, sanksiya siyahısına Ermənistandan başqa, Rusiya, Gürcüstan, Kanada, Çin, Belçika, Honq-Konq, Malayziya, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniyadan olan 14 şirkət daxil edilib.

Amerika hakimiyyət orqanlarının fikrincə, bu şirkətlər milli təhlükəsizliyə və ABŞ xarici siyasətinin maraqlarına zidd hərəkət edirlər.

Son xəbərlər