şənbə günü, 07 noyabr 2026
     

Paşinyanın mitinq sərsəmləmələri Ermənistana qarşı dünyanın fikrini ümumən tam dəyişdi…

Image


Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndidə etdiyi məlum çıxış bir çox parametrlər baxımından xüsusi diqqət cəlb edir. Əvvəla, Nikol Paşinyanın səsləndirdiyi fikirlər bir daha İrəvanın sülh prosesində maraqlı tərəf olmadığını meydana qoyur.

İkinci bir tərəfdən, onun "Qarabağ  Ermənistandır" deyə səsləndirdiyi fikir Ermənistanın işğalçılıq siyasətinin açıq etirafı sayılır. Çünki Azərbaycanın beynəlxalq hüquq və dünya ictimaiyyəti tərəfindən tanınan suveren ərazisi sayılan Dağlıq Qarabağın Ermənistana aid olduğunu bəyan etməsi faktiki İrəvanın işğalçılıq siyasətinin ifşası deməkdir. Bununla Nikol Paşinyan Ermənistanın təcavüzkar olduğunu açıq bəyan etdi. Artıq rəsmi Bakı qeyd edilən məqam fonunda Ermənistana qarşı yeni diplomatik hücumlar edir və baş verənləri İrəvanın özündə belə Paşinyanın naşılığı kimi qiymətləndirənlər də tapılır.

Xatırladaq ki, indiyə qədər heç bir erməni lider Qarabağın Ermənistanın olduğunu dilə gətirməyib, çünki bu, Azərbaycan torpaqlarının işğal edildiyini açıq şəkildə etiraf etməkdir. Bununla Ermənistanın illərdir irəli sürdüyü “Qarabağın ayrıca respublika olması” tezisi də alt-üst olub və belə vəziyyət danışıqlar masasında rəsmi Bakının əlini gücləndirir. İndi növbə beynəlxalq ictimaiyyətin, xüsusilə münaqişənin həlli ilə bağlı aparılan danışıqlardan məsul olan ATƏT-in Minsk Qrupu həmsədrlərindədir. Onlar erməni baş nazirin bu etirafına reaksiya verməli və danışıqların növbəti raundunda işğala son qoymaq istiqamətində fəal işləməlidirlər. Əks təqdirdə məsələyə Azərbaycan ordusunun reaksiya verməsi qaçılmaz sayılır.  Elə “Bir Ermənistan” partiyasının qurucusu Artur Qazinyan da baş verənləri Paşinyanın yanlış siyasi gedişləri kimi qələmə verir. Onun sözlərinə görə, Paşinyan yaxşı siyasətçi olsaydı, indi Ermənistan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı durum tamam başqa cür olardı: “Nikol Paşinyan hələ də xəyalllarla reallıqları ayıra bilmir. Məsələn, o, rus-gürcü münaqişəsini həll etməyə və Abxaziya dəmir yolunu yenidən açmağa hazırlaşır. Bəs, Rusiya və Gürcüstan demək olar həll olunmamış konfliktin tezliklə həll olunacağından xəbərdardırlar? Yaxşı, gəlin danışmayaq, sürprizi korlamayaq. Bəlkə Paşinyan öz düşüncəsində Qarabağ münaqişəsini həll edib, Türkiyə ilə sərhədi açıb, Culfa dəmiryol xəttini işə salıb? Bir sözlə, Nikol Paşinyanın işləri müzakirəedilməzdir və baş nazir hələ də xəyallara qapılır. Amma bunlar Ermənistanı uçuruma aparır və Qarabağ məsələsində çıxılmaz vəziyyətə salır”. Rusiyalı ekspert Aleksey Fenenko da məsələyə eyni prizmadan yanaşır. Ekspert qeyd edir ki, Nikol Paşinyanın Xankəndidə mitinq keçirməsi və səsləndirdiyi şüarların üç hədəfi var. Onun sözlərinə görə, Paşinyan bu fikirlərlə “Qarabağ klanı”nın bir hissəsini öz tərəfinə çəkmək istəyir:“Bu birinci hədəfdir. Çünki Qarabağda onun nüfuzu azdır, əksinə, “Qarabağ klanı”nın nüfuzu çoxdur və Paşinyan bunu parçalamaq istəyir. İkinci hədəf millətçiləri öz tərəfinə çəkməkdir. Ermənistanda son 15 ildə ciddi radikallaşma gedib. Onlar Ağrı dağını, yaxud Cavaxetiyanı ələ keçirmək haqda danışırlar, erməni baş nazir də bu çıxışları ilə millətçilərin dəstəyini qazanmağa çalışır. Üçüncü hədəf Paşinyan davakar bəyanatları ilə Qərbdən dəstək almaq istəyir. Çünki son zamanlar ABŞ-da, Fransada, yaxud Almaniyada Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmamasına çalışan təşkilatlar aktivləşib”. Amma ekspert bildirir ki, Paşinyanın məlum mövqeyi Ermənistanın təcavüzkar siyasətinin də etirafı sayılır və Azərbaycanın bundan məharətlə istifadə edəcəyi də şübhə doğurmur. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı da təsdiq edir.

Nazirlik vurğulayır ki, Ermənistan baş nazirinin aqressiv bəyanatları Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə illərdir aparılan danışıqlar prosesinin ruhu və mahiyyəti ilə, o cümlədən Ermənistan və Azərbaycan arasında keçirilən sonuncu görüşlər zamanı aparılan müzakirələrlə açıq ziddiyyət təşkil edir: "Bu, həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə böyük zərbədir. Ermənistanın siyasi rəhbərinin uzun illərdir aparılan danışıqların predmetinə tam zidd olan bu bəyanatı elə Ermənistanın özünün səsləndirdiyi, "münaqişənin yalnız sülh yolu ilə həlli" çağırışına uyğun gəlmir. Paşinyanın Xankəndidə etdiyi çıxışı onun həqiqi simasını üzə çıxarmış oldu". O da qeyd olunur ki, Azərbaycan öz ərazilərinin işğalı ilə heç zaman barışmayacaq və işğal olunmuş torpaqlarımızın azad olunması, öz evlərindən zor gücünə didərgin salınmış məcburi köçkünlərimizin bu torpaqlara geri qayıtmasını təmin etmək üçün var gücü ilə səylərini davam etdirəcək. Bildirilir ki, münaqişənin sülh yolu ilə həllinə vurulan zərbənin və beləliklə də yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan üzərindədir. Beləliklə, bu açıqlamadan aydın görünür ki, Azərbaycan qarşıdakı dövr ərzində iki istiqamətdə Qarabağ məsələsi ilə bağlı mövqeyini daha da gücləndirəcək. Bunlardan birincisi Paşinyanın etirafları fonunda Ermənistanın işğalçılıq siyasətinin diplomatik müstəvidə faş edilməsi istiqamətində işlərin miqyasının genişləndirilməsidir. Digər məqam isə sülh yolu ilə məsələnin həllindən qaçan Ermənitstanın yola gətirilməsi üçün hərbi gücdən istifadədir. Çünki Ermənistan rəhbərlyinin mövqeyi buna lazımi şərait yaradır və qeyd olunduğu kimi, bütün məsuliyyət də məhz Ermənistanın üzərindədir.

Amerikalı politoloq Piter Teys də vurğulayır ki, Nikol Paşinyanın Dağlıq Qarabağa baş çəkməsi və səsləndirdiyi fikirlər sırf təxribat mahiyyəti daşıyaraq beynəlxalq hüquq normalarının tapdalanması deməkdir. Paşinyanın bu addımını “Ermənistanın faşist rəhbərliyi” tərəfindən Azərbaycana qarşı aparılan psixoloji müharibənin bir hissəsi olaraq dəyərləndirən ekspert Ermənistan hökuməti başçısının bununla beynəlxalq birliyi də, erməni xalqının üzləşdiyi iqtisadi və sosial problemləri də qulaqardına vurduğu qənaətindədir: “Gördüyümə görə, Ermənistan diplomatiyası ilə Azərbaycan xalqının doğma yurd-yuvalarına, Ermənistan hərbi qüvvələrindən azad olunaraq doğma torpaqlarına qayıtmaq arzusuna məhəl qoymayaraq hazırkı status-kvonu saxlamaq üçün əlindən gələni edir. Beynəlxalq birlik baş verənlərə müvafiq qiymət vermədikcə Azərbaycan torpaqları da Ermənistan hərbi qüvvələri tərəfindən işğal altında saxlanır. Azərbaycanın suveren torpaqlarına Ermənistanın ordu yeritməsi dünya tarixinin ən azğın əməllərindən biridir”.

Məsələyə beynəlxalq müstəvidə verilən bu qiymət fonunda, əslində Paşinyanın ciddi yanlışlığının Ermənistana baha başa gəlməsi də tamamilə gözləniləndir. Elə bu səbəbdən Ermənistan XİN diqqəti başqa səmtə yönəldərək, baş nazirin dediklərinə uğursuz izah verməyə çalışıb. Belə ki, Paşinyanın Xankəndidəki mitinqdə Azərbaycan torpaqlarına qarşı iddialı çıxışını Ermənistan diplomatiyası ört-basdır etməyə səy göstərib. Guya Azərbaycan tərəfi Ermənitan baş nazirinin dediklərini “kontekstdən çıxarıb”. Lakin nazirlik məsələnin mahiyyətini gizlətməyə səy edərkən daha bir səhv buraxıb. O, Paşinyanın dediyini təkzib etməyib. Əksinə, bu yanlışlığa don geyindirib, beynəlxalq ictimaiyyətə sırımağa cəhd göstərməklə özünü daha gülünc vəziyyətə salıb. Nazirlik gəlişi gözəl sözlərlə mövcud vəziyyəti təhrif edərək, işğal faktı, Azərbaycanın ərazi bütövlüyünün pozulmasını və beynəlxalq hüququ tapdaladıqlarını ört-basdır etməyə çalışsa da buna nail ola bilməyib. Məsələni bu rakursdan şərh edən erməni ekspert Qrant Məlik Şahnazaryan bildirir ki, Azərbaycan Paşinyanın Qarabağdakı fikirlərindən Ermənistana qarşı istifadə edəcək. Onun sözlərinə görə, Azərbaycan tərəfi Paşinyanın fikirlərini Ermənistanın danışıqlar prosesini bitirməsi kimi təqdim edəcək və bununla İrəvanı ittiham edəcəyindən şübhə etmək lazım deyil: “Azərbaycan beynəlxalq platformalarda, xüsusilə Minsk Qrupunda bu bəyanatlardan istifadə edəcək. Burada ola biləcək təzyiqlər yox, bu bəyanatların məsuliyyətsizliyi narahatlıq doğurur. Paşinyanın indiki bəyanatları onun Dağlıq Qarabağın danışıqlarda tərəf olması tezisinə ziddir. O, əvvəlcə belə bir tezis irəli sürür, daha sonra heç bir izahat vermədən tam əksini səsləndirir”.

Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov da məsələyə maraqlı prizmadan yanaşır və qeyd edir ki, Paşinyan ölkəsini çıxılmaz vəziyyətə salıb. Eyni zamanda o, beynəlxalq ictimaiyytin gözü qarşısında müharibəni tətikləyir: “Paşinyanın Xankəndidə dedikləri çox vacib bəyanatdır və hesab edirəm ki, bununla danışıqlar prosesi çox kobud şəkildə pozulub, artıq danışıqlar üçün heç bir əsas qalmayıb. Təəssüf ki, Ermənistan rəhbərliyi öz siyasəti ilə iki ölkəni müharibəyə aparır. İndi müharibənin heç bir alternativi yoxdur, çünki Azərbaycan dövləti və ictimaiyyəti çoxdan başa düşüb ki, Ermənistan tərəfi danışıqlar yolu ilə torpaqları qaytarmaq niyyətində deyil. Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, Ermənistanın xaricdə olan havadarları da artıq danışıqların imitasiyasını bundan sonra apara bilməyəcəklər. Biz çoxdan bu prosesə inanmırdıq. Artıq nəinki danışıqların özünə, hətta onların imitasiyasına belə əsas yoxdur”. Bütün bunlar bir daha təsdiq edir ki, erməni baş nazirin son mövqeyi ilk növbədə Ermənistanın özünə ciddi zərbə olub. Belə vəziyyətdə Azərbaycanın Ermənistanı həm hərbi, həm də diplomatik müstəvidə daha böyük təzyiq altına salacağı da şübhəsizdir. Bu isə, öz növbəsində, Qarabağ münaqişəsinin gedişinə ciddi surətdə təsir göstərmək iqtidarındadır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ