şənbə günü, 07 noyabr 2026
     

Deputatların arasında “zoğal söhbətlərinə” dairə seçicilərindən heç bir reaksiya gəlmədi... Səbəb...

Image


Cəmiyyətin elə təbəqələri var ki, onların atdığı hər bir addım, danışdığı hər bir kəlmə ildırım sürətilə yayılır və dərhal da müzakirə obyektinə çevrilir. Daşıdığı statusa görə gündəmdə olan insanların hamısı bu qəbildəndir.

Son zamanlar bəzi deputatlar arasında gərginliklər, qalmaqallar yaşanır. Bu gərginliklər də sözsüz ki, tez bir zamanda sosial şəbəkələrə yayılır və burada böyük auditoriya tərəfindən geniş şəkildə müzakirə edilir. Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin adına olan medalın ləğv edilməsi barədə çağırışından sonra yaranan qalmaqal səngimək bilmir. F.Mustafanın çağırışı həmkarlarının da ciddi narazılığına səbəb olub. Belə ki, onun fikirlərinə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı və Milli Dirçəliş Partiyasının sədri, millət vəkili Fərəc Quliyev ciddi narazılıq bildiriblər. Deputatlar arasında yaranan gərginlik qarşılıqlı ittihamlarla müşayiət olunur. Deputatlar həmkarlarını tarixi bilməməkdə və Azərbaycan dövlətçiliyinin qurucularından olan Şah İsmayıl Xətainin ruhunu təhqir etməkdə ittiham edirlər. F.Ağamalı hesab edir ki, Şah İsmayıl Xətainin üzərinə bu şəkildə getmək Azərbaycan tarixini, özü də şərəfli tarixini təhqir etmək deməkdir.

Bir neçə gündür millət vəkilləri arasında yaşanan və sosial şəbəkələrdə də davam edən mübahisələrə, qarşılıqlı ittihamlara həmin millət vəkillərinin deputat seçildikləri dairələrin seçiciləri tərəfindən heç bir reaksiya verilmir. Bu gün vətəndaşlarımızın 80 faizdən çoxunun sosial şəbəkə istifadəçisi olduğu məlumdur. Heç şübhəsiz ki, F.Mustafanın da, F.Quliyevin də, F.Ağamalının da seçiciləri sosial şəbəkələrdən istifadə edirlər. Lakin seçicilər nə fərdi, nə kollektiv şəkildə millət vəkili seçdikləri deputatların davranışlarına, çıxışlarına heç bir reaksiya vermirlər. Seçicilərin deputatlar arasında yaranan gərginliyə münasibət bildirməməsinin özü qəribə görünür. Halbuki, bu müzkirələrdə onların iştirakı, rəy və fikir bildirməsi, millət vəkilini müdafiə, yaxud tənqid etməsi, ən azından, arzuediləndir.

Həmin millət vəkillərinin deputat seçildikləri dairələrin seçiciləri onlar arasında yaşanan qalmaqallara, gərginliklərə laqeyd yanaşırlar, buna hansı səbəbdən reaksiya vermirlər?

  • Əli Orucov: “...həmin deputatların seçicilərinin münasibət bildirməməsi onların laqeydliyi ilə bağlıdır”

AMİP təmsilçisi, tanınmış politoloq Əli Orucov “Bakı-Xəbər”ə bildirdi ki, adları çəkilən millət vəkilləri arasında yaşanan gərginlik artıq xoşagəlməz səviyyəyə çatıb. “Olduqca maraqlı mövzuya toxunmusunuz. Əvvəla onu deyim ki, Fazil Mustafa və Fəzail Ağamalı arasında yaşanan gərginliklər, qarşılıqlı ittihamlar xoşagəlməz səviyyəyə çatıb. Cəmiyyətdə kifayət qədər problemlər olmasına, Dağlıq Qarabağ problemini yaşamağımıza baxmayaraq, onlar bu cür qalmaqallar yaradırlar. Seçicilərə gəlincə, deyim ki, onlarda doğrudan da laqeydlik müşahidə edildi. Amma belə bir hadisə Türkiyədə yaşansaydı, biz tamam başqa bir mənzərənin şahidi olardıq. Çünki orada seçicilər, ictimaiyyət nümayəndələri dövlət atributlarına, tarixi şəxsiyyətlərə, dövlətçilik dəyərlərinə daha həssas yanaşırlar və dəyərlərə əl uzadanlara qarşı sərt təpki göstərirlər. Təəssüf ki, bizim cəmiyyətdə belə həssas məsələlərə reaksiya zəifdir. Doğrudur, az da olsa, biz burada fəallıq gördük, amma bu da yetərincə deyil. Deputatlar arasında yaşanan gərginliklərlə bağlı sosial şəbəkələrdə yaşanan polemikalara həmin deputatların seçicilərinin münasibət bildirməməsi onların laqeydliyi ilə bağlıdır. Hamı gözləyir ki, mən deyib pis olunca başqası deyib pis olsun” - deyə Ə.Orucov bildirdi.

  • Elçin Mirzəbəyli: “Biz münasibət bildirənlərin hansı seçki dairəsində səs verdiyini bilmirik”

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, tanınmış politoloq Elçin Mirzəbəylinin sözlərinə görə isə deputatlar arasında yaşanan və artıq geniş miqyas alan qalmaqallara ola bilməz ki, sosial şəbəkələrdə seçicilər fərdi və kollektiv şəkildə hər hansı bir reaksiya verməsin. “Əslində, seçicilər xüsusi olaraq Fazil bəyin bu və ya digər açıqlamasına görə təşkilatlanmayıblar ki, bu məsələ ilə bağlı kiməsə müraciət edib mövqelərini bildirsinlər. Adlarını çəkdiyiniz şəxslərin hamısı partiya sədrləridir, eyni zamanda da millət vəkilləridir. Onlar təşkilat adından çıxış edə bilərlər. Yaxud peşəkar tarixçilər, prosesləri yaxşı bilənlər bu məsələyə münasibət bildirə bilərlər. Ancaq seçicilərin xüsusi olaraq toplanıb nəyəsə reaksiya verməsi məsələsinə gəlincə, yəqin ki, seçicilər fərdi şəkildə bu məsələyə sosial şəbəkələrdə münasibət bildiriblər. Biz münasibət bildirənlərin hansı seçki dairəsində səs verdiyini bilmirik. Hesab edirəm ki, seçicilərin bu məsələyə münasibəti var. Çünki bu məsələ ilə bağlı çoxsaylı insan öz mövqeyini bildirib, onlar arasında həmin millət vəkillərinin seçicilərinin də olduğu şübhə doğurmur” - deyə E.Mirzəbəyli qeyd etdi. 

E.Mirzəbəylinin sözlərinə görə, F.Mustafanın çıxışına ictimaiyyətin müxtəlif sferaları tərəfindən kifayət qədər sərt reaksiya verilib.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ