Bazar günü günü, 29 noyabr 2026
     

Krım tatarlarının səssiz-səmirsiz yoxa çıxması halları çoxalır

Image


Son vəziyyətin təhlili Ukrayna ərazilərinin bir hissəsinin işğalından sonra Krım tatarlarının durumunun getdikcə pisləşdiyini göstərir. Burada repressiv aksiyaların artması müşahidə olunmaqdadır. Ümumiyyətlə, cari ilin əvvəlində Ukraynanın Krım yarımadasının Rusiya tərəfindən ilhaqından sonra bölgədəki tatarların gələcəyinə dair narahatlıqlar artmaqdadır.
Krım tatarlarının lideri Mustafa Cəmilev bildirir ki, vədlərə baxmayaraq, azlıqda olan tatarlar təqiblərə məruz qalır. Buna sübut kimi o xatırladır ki, son həftələrdə artıq Rusiyanın olan regionun maskalı təhlükəsizlik qüvvələri bir neçə dəfə Krım tatarlarının assambleyasında reyd keçirib. Avropa Şurasının insan haqları komissarı Nilz Muiznieks də Krıma səfər edərək ciddi narahatlıq barədə xəbərdarlıq edib: "Bu axtarışların əsas məqsədi silah və ya belə deyək, ekstremist broşürlərin axtarışı olub. Heç bir zorakı və ya ekstremist tarixi olmayan Krım tatarlarına qarşı reydlər tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır".
Söhbət yalnız reydlərdən getmir. Yarımadanın ilhaqından sonra 10-dan çox tatar fəal yoxa çıxıb. Mustafa Cəmilev bununla bağlı bildirir: "Hakimiyyət orqanları deyir ki, fəalların harada olduğunu bilmirik. Adətən belə yoxa çıxanlar heç vaxt tapılmır". Yoxa çıxanlardan biri Edem Asanovun bu günlərdə cəsədi tapılıb. Mustafa Cəmilev deyir ki, bunlar siyasi motivlidir: "Məncə, onların iki məqsədi var. Birincisi ən fəal Krım tatarlarını aradan qaldırmaqdır. İkincisi və fikrimcə ən vacibi insanlarda bir qorxu hissi yaratmaqdır ki, onlar öz haqlarını müdafiə etməsin". Xatırladaq ki, Krım tatarları bir müsəlman icması kimi də regionda dini azlıqdır və onlar bu ilin əvvəlində Rusiyaya qoşulmağın əleyhinə səs verən böyük üstünlük idi. Bu isə hazırda onlara qarşı repressiv addımlar atılmasında az rol oynamır. Prezident Vladimir Putin isə Krım yarımadası Moskvanın nəzarətinə keçəndən sonra narahatlıqlara əsas olmadığını bildirir və iddia edir ki, Krım tatarları reabilitasiya olunur. Lakin Krımın ilhaqından sonra minlərlə tatar Krımı tərk edərək Qərbə, öz vətəni hesab etdiyi Ukraynaya köçüb. Ancaq əcdadlarının dədə-baba torpaqları olan Krımı qorumaq üçün yarımadada qalan tatarlar artan siyasi repressiyanı azaltmaq məqsədilə Rusiyaya qarşı sanksiyaların daha da gücləndirilməsinə çağırır.
Mustafa Cəmilev "Telekritike" kanalına müsahibəsində ABŞ-ın bu məsələdə mühüm rol oynadığıın bildirir: "Barak Obama söz verdi ki, Krım azad edilməyənə kimi Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq". Bundan əvvəl Polşada ABŞ prezidenti Barak Obama ilə görüşü xatırladan M.Cəmilev qeyd edib ki, Obama Krımı ruslara verməyəcəyinə söz verib: "Mənim Obama ilə altı-yeddi dəqiqəlik söhbətim oldu. Təbii ki, mən Krımın uzun illər dondurulmuş münaqişə zonasına çevriləcəyi və ticarət obyekti ola biləcəyi barədə narahatlığımı ifadə etdim. Amma o, mətanətlə cavab verdi ki, Krımın son kvadratmetri işğaldan azad edilənə kimi sanksiyalar davam edəcək". Lakin sanksiyalara rəğmən, Rusiya geri çəkilmək istəmir. ABŞ-ın "Financial Times" qəzeti yazır ki, əvvəldən Vladimir Putinin qarşısında iki variant var idi: "Birinci variant o idi ki, Putin Ukraynaya təcavüzü dayandırır və Ukraynanın gələcəyi haqqında diplomatik danışıqlara başlayır. İkinci variant isə bundan ibarətdir ki, Putin Ukraynaya qarşı indiki siyasətini həyata keçirməkdə və sanksiyalara qarşı dayanmaqda davam edir. Putin son variantı seçdi və bu seçim böyük ölçüdə Rusiyanın gələcəyini müəyyən edir". "Financial Times" qeyd edir ki, sanksiyalar nəticəsində Rusiyaya investisiyaların axını və iqtisadi artım tempi azalıb: "Maqnat Yevtuşenkonun həbsindən sonra bəziləri Putin Rusiyasını tərk etmək barədə fikirləşir. Bir çoxları da artıq öz pulunu xaricə çıxarıb. Ölkədən kapital axını, proqnozlara əsasən, bu il 120 milyard dollarla rekord təşkil edəcək. Rusiya rublunun dəyəri 1998-ci ildən sonra ən aşağı səviyyəyə düşüb. Kreml xalqın diqqətini iqtisadi problemlərdən yayındırmaq üçün Qərbə qarşı şovinist əhvali-ruhiyyəni alovlandırır".
Bu fonda Amerika nəşri hesab edir ki, Krımın hələ də işğal altında qalması və Moskvanın Ukraynanın şərqində dondurulmuş münaqişənin yaradılması istiqamətində işi Rusiya-Qərb münasibətlərinin əvvəlki səviyyəsinə qayıtmasına imkan verməyəcək. "Financial Times" Qərbin Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmalı olduğunu bildirir: "Real təhlükə ondan ibarətdir ki, Rusiyanın Krıma hücumundan sonra Putinin ölkə daxilində reytinqi maksimuma çatıb. Putin bundan sonra Ukraynanın içərilərinə hərəkət etməklə və NATO üzvü olan Baltikyanı dövlətlərdən birində provokasiya təşkil etməklə öz reytinqini möhkəmləndirməyə çalışa bilər".
İndilikdə Moskva diqqətini Krımda hərbi mövqelərini daha da möhkəmləndirməyə yönəldib. Bu məsələdə ruslar çeçenlərdən faydalanmaq istəyir. Müstəqil ekspertlər Sovetlərin çöküşündən sonra çeçenlərin orduya yenidən cəlb edilməsini məhz Ukraynaya qarşı aparılan müharibə ilə izah edir. Təsadüfi deyil ki, Donbasda Ukrayna ordusuna qarşı çeçenlərdən təşkil olunan xüsusi hərbi bölmələrin olduğu barədə xəbərlər kifayət qədərdir. Rusiya konstitusiyasına uyğun olaraq, bütün regionlarda çağırış yaşına çatan kişilər hərbi mükəlləfiyyət daşıyır. Ancaq Şimali Qafqaz respublikalarında bu qayda qüvvədə deyil. Rusiya Müdafiə Nazirliyi çoxillik faktiki hərbi vəziyyətə görə Şimali Qafqaz sakinlərini orduya çağırmağı təhlükəli hesab edirdi. Baş Qərargah da 2001-ci ildə Şimali Qafqaz sakinlərini orduya götürməməyi məsləhət gördü. 2001-ci ildən sonra vəziyyəti dəyişmək üçün bir neçə dəfə uğursuz cəhdlər edildi. Amma bu günə qədər Çeçenistan Respublikası daxilində hərbi hissələrdə müqavilə əsasında çeçenlərin kiçik bir hissəsi xidmət edir. Onlar isə Ramzan Kadırovun şəxsi ordusu hesab edilir. Məhz bu ordudan ruslar Ukraynada, əsasən də Krımda istifadə etməyə çalışır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ