Bazar günü günü, 29 noyabr 2026
     

Dünya mətbuatı İraq-Suriya radikallarının Qafqazda gücləndiyini yazdı

Image


Suriyada və İraqda döyüşən radikal qruplaşmaların Qafqaz üçün də gec-tez ciddi təhdid mənbəyinə çevriləcəyinə dair verilən proqnozlar özünü doğruldur. Söhbət həmin radikal yaraqlıların bəzilərinin artıq regiona dönüşündən gedir. Belələrinə həm Cənubi, həm də Şimali Qafqazda rast gəlinir. Almaniyanın "Deutsche Welle" nəşri yazır ki, Suriya və İraqda döyüşən radikalların Qafqaza təsiri getdikcə artır.Qeyd olunur ki, oktyabrın 6-da Dağıstanın Kirovaul kəndində xüsusi əməliyyat keçirilib. Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, əməliyyat nəticəsində öldürülmüş Alidibir Aslundinov Suriyadan qayıdan mücahidlərdən biri olub. Belələrinin sayı isə az deyil. İŞİD terror təşkilatının Qafqazla bağlı hədələri həyata keçəcəyi təqdirdə isə radikalların region üçün təhlükəsi daha da arta bilər.
Xatırladaq ki, İŞİD silahlı dəstələrinin komandanı, əslən Gürcüstanın Pankisi dərəsindən olan "Ömər çeçen" ləqəbli Ömər əl-Şişani artıq bu xüsusda hədələyici mesajlarla çıxış edib. Xatırladaq ki, əl-Şişani hazırda İraq və Suriyada böyük ərazilərə nəzarət edən İŞİD qüvvələrinin komandiridir. Qruplaşmada "xəlifə" əl-Bağdadidən sonra ikinci adamdır, faktiki olaraq İŞİD-in hərbi komandanıdır. Onun tabeliyi altında Pankisi kəndlərindən onlarla gənc döyüşür. Atası ilə telefon danışığında isə o, Qafqaza gələcəklərinin anonsunu verib:: "Darıxma, ata, narahat olma, mən evə qayıdacam və ruslara göstərəcəm. Mənim ardımca minlərlə adam gələcək, mən daha çox adam cəlb edəcəm. Biz Rusiyadan qisas alacağıq". Əl-Şişaninin xəbərdarlığının Rusiyanın özündə İŞİD tərəfdarlarını səfərbər etməsi ehtimalı artıb. Hazırda İŞİD-in sıralarında yüzlərlə Rusiya vətəndaşı döyüşür. Bunlar əsasən Şimali Qafqazdan gedənlərdir. İndi bu şəxslərin bəzilərinin geri qayıtması və əmrə hazır dayanmaları regionda çox böyük təhlükənin meydana gələ biləcəyindən xəbər verir.
Təbii ki, Şimali Qafqazda terrorçuların cəmləşməsi Azərbaycan üçün də təhdiddir. Bununla bağlı rus ekspert Oleq Orlov qeyd edir ki, Qafqaz cihadçıları Suriyaya Türkiyə vasitəsilə gedir: "Onlar müxtəlif adlar altında Türkiyəyə gedir. Türkiyəyə gedə bilənlər rahat şəkildə Suriyaya keçə bilir. Misal üçün, bir neçə ay öncə Moskvada Timur Akiyev Türkiyədən valideynlərinə "Mən Türkiyədəyəm, narahat olmayın" deyə mesaj göndərib. Üstündən bir ay keçəndən sonra onun Suriyada insanları "cihada səsləyən" videosu yayıldı. Hələ ki, ciddi bir proses baş verməsə də, onların Azərbaycanla Dağıstan sərhədində qruplaşdığı haqda informasiyalar var".
"Karnegi" mərkəzinin eksperti Aleksey Malaşenko qeyd edib ki, Həştərxanda və Volqoqradda cihadçıların toplaşdığı mərkəzlər var. Ekspertin sözlərinə görə, onlar burda "kalaşnikov" silahını asanlıqla əldə edir: "Onlar çox vaxt kiçik qruplar şəklində fəaliyyət göstərir"."Deutsche Welle" qeyd edir ki, bu döyüşçülərin geri qayıdışı təhlükəsi var və belə təcrübələr yaşanıb. Onların geri qayıdışı təhlükə potensialını artırır.
Qeyd edək ki, Azərbaycandan da radikal qruplaşmaların sıralarına qoşulanlar var. Elə bu günlərdə yayılan məlumata görə, Suriyada İŞİD qruplaşması tərkibində döyüşən daha iki azərbaycanlı həlak olub. Onlardan birinin Abu Abdurauf al-Azeri adı ilə döyüşən Seymur Topçubaşov olduğu bildirilir. O, artilleriya bölməsinə rəhbərlik edib. Digərinin isə Sumqayıtdan olduğu və Abu Sureyya adını daşıdığı deyilir. Onların harada öldüyü açıqlanmasa da, Suriyanın şimalında, Kobanidə öldükləri güman edilir. Qeyd edək ki, İŞİD sıralarında döyüşən azərbaycanlıların dəqiq sayının 200-300 arası olduğu ehtimal edilir. Bütün bunlar radikal dindarların yaratdığı təhlükənin ölkəmiz üçün də aktual olduğunu göstərir.
Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiya Şurasının sədr müavininin müşaviri Andrey Baklanov maraqlı bir açıqlama ilə çıxış etmişdi. O qeyd edirdi ki, hazırda İŞİD qüvvələri faktiki olaraq nizami ordu təşkil edir, onların sıralarında 30-50 min arası döyüşçü var. Baklanovun sözlərinə görə, İŞİD ərəb ölkələrində hakimiyyəti ələ almağa can atır. Onların planlarına görə, İraq və Suriyada möhkəmləndikdən sonra "xilafəti" Səudiyyə Ərəbistanına doğru genişləndirəcəklər. Daha sonra onlar Küveyt və onun nefti ilə məşğul olacaqlar. A.Baklanovun sözlərinə görə, İŞİD-in daha sonrakı hədəfi Türkiyə və Azərbaycandır.
Rusiya xarici işlər nazirinin müavini və Kremlin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov isə İŞİD-ə qarşı ABŞ-ın liderliyi ilə yaradılan koalisiyanı Qərb dünyasının növbəti səhvi adlandırır. İraq və Suriyada həyata keçirilən əməliyyatların böyük fəlakət gətirəcəyini deyən rus diplomat bu səhvin altını bölgədə yerləşən ölkələrin çəkəcəyini bildirib. İŞİD-in 5-6 milyonluq əhaliyə sahib bir bölgəni nəzarətə aldığını xatırladan diplomat hava hücumları ilə İŞİD-in məhv olmayacağını qeyd edib":Yalnız hava hücumları ilə İŞİD kimi bir düşməni məhv etmək mümkün deyil. Koalisiya ölkələri terrorla mübarizə adı altında region ölkələrinin suverenliyini təhlükəyə ataraq öz geosiyasi maraqlarının reallaşması üçün bundan istifadə edir".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ