Bazar günü günü, 29 noyabr 2026
     

İlham Əliyevin Ermənistanın "Avraİttifaq"a yolunu bağlayan tezisi yenidən gündəmdə...

Image


Azərbaycan diplomatiyası növbəti uğura imza atdı. Özü də bu uğur digərlərindən olduqca əhəmiyyətliliyi ilə fərqlənir. Bu günlərdə Minskdə keçirilən və MDB ölkələri başçılarının iştirak etdiyi tədbirdə Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü razılaşdırılıb.
Bu razılaşdırmanın qısa şərtləri məntiqi olaraq bundan ibarətdir ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağ ərazisindən imtina etməyə məcburdur.
Xatırladaq ki, bu ilin may ayında Astanada Avrasiya İttifaqı təsis olunarkən Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu elan etmişdi. Nazarbayev bildirmişdi ki, Azərbaycan Prezidenti Ermənistanın ittifaqa üzvlüyünün ancaq beynəlxalq tanınmış sərhədlər daxilində mümkün ola biləcəyini və bunun nəzərə alınmasının vacibliyini bildirir.
İstərdik İlham Əliyevin bu ilin may ayında yazdığı məktubun tarixinə bir qədər ekskurs edək.
Bu hadisə Avrasiya İqtisadi İttifaqının yaradılması ilə bağlı Astana şəhərində Qazaxıstan, Belarus və Rusiya dövlət başçıları tərəfindən müqavilənin imzalanması zamanı baş vermişdi. Müqaviləyə əsasən, bu birliyin iştirakçısı olan dövlətlər iqtisadiyyatın əsas sahələrində razılaşdırılmış siyasət yeritmək barədə öhdəlik götürür.
Lakin Astanada diqqəti çəkən ən mühüm məqam o idi ki, Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina etməyə məcbur edilən Ermənistanın Avrasiya İttifaqına gedən yolu rəsmi İrəvan üçün heç də yaxşı başlamadı. Belə ki, aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunmuş sammitdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yerində oturdulan Serj Sarkisyan növbəti zərbəni Qazaxıstanda aldı. Düzdür, Azərbaycanın Avrasiya İttifaqına qoşulmaması səbəbindən Prezident İlham Əliyev Astanada deyildi. Lakin dövlət başçısının məktubu ermənilərə növbəti zərbə, Ermənistan rəhbərliyinə isə tərs sillə oldu.
Qeyd edək ki, Astanada Qazaxıstan, Belarus və Rusiya dövlət başçılarının qapalı danışıqlarından sonra geniş tərkibdə keçirilən toplantıda müşahidəçi qismində Ermənistan və Qırğızıstan prezidentləri də iştirak edirdi. Müzakirələr zamanı Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Ermənistanın təşkilata hansı şərtlərlə üzv olacağı ilə bağlı söylədikləri xüsusilə diqqəti cəlb etdi və bu, Ermənistan üçün heç də yaxşı nəticələnmədi. Rəsmi İrəvan üçün şok yaradan məsələ isə, heç şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya, Belarus və Qazaxıstan liderlərinə yazdığı məktub oldu. Həmin vaxt məktubun təfərrüatları barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev məlumat verdi. Qazaxıstan prezidenti həmin vaxt deyib: "Biz Azərbaycan Prezidentinin məktubunu almışıq. Bütün prezidentlər alıb. Ermənistan Ümumdünya Ticarət Təşkilatına BMT tərəfindən tanınmış beynəlxalq sərhədləri çərçivəsində üzv qəbul olunub və indi də qaydalar Ermənistan ərazisinə bu prinsiplə şamil edilməlidir". Nursultan Nazarbayev əlavə edib ki, bu şərtlərin olmaması rəsmi Bakının xoşuna gəlməyəcək: "Əks halda bu, Azərbaycandan olan bir dostumuzu qıcıqlandıra bilər".
Prezident Nursultan Nazarbayev Azərbaycan dövlət başçısının məktubunu diqqətə çatdıran zaman S.Sarkisyanın və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın necə təşvişə düşmələri və pərt olmaları nəzərləri xüsusilə çəkmişdi. Belə bir məktubun olacağını və oxunacağını gözləməyən erməni rəhbərliyinin cavab verə bilməyəcək qədər müstəqil olmadığı onların baxışlarından sezilirdi.
Ümumiyyətlə, son vaxtlar və indinin özündə də erməni mətbuatının gündəmində olan əsas məsələlərdən biri Ermənistan Avrasiya İttifaqına daxil olacağı təqdirdə Dağlıq Qarabağın taleyidir. Astana səfərinədək jurnalistlər S.Sarkisyana Dağlıq Qarabağın taleyi ilə əlaqədar suallar verəndə o və komandası əminliklə deyirdi ki, Astanada Qarabağın sərhəd məsələsi ilə bağlı heç bir problemi olmayacaq. Lakin Prezident İlham Əliyevin məktubu oxunandan sonra S.Sarkisyan Astanada çox çətin və çıxılmaz vəziyyətə düşdü.
Beləliklə, yeni yaranan Avrasiya İttifaqına yönləndirilən Ermənistan elə ilk andaca Azərbaycandan və eləcə də ümid bəslədiyi dayaqlarından zərbə aldı. Elə bu zərbənin təsiri altında rəsmi İrəvan Dağlıq Qarabağ separatçılarından imtina etməyə məcbur oldu. Əslində Ermənistanın başqa çıxış yolu da yox idi.
Həmin vaxt məlum oldu ki, Azərbaycanın həyata keçirdiyi siyasətin, Prezident İlham Əliyevin yüksək liderlik kefiyyətlərinin nəticəsi olaraq Rusiya, Belarus və Qazaxıstan kimi ölkələr Avrasiya İttifaqında Ermənistanı həmtəsisçi kimi görmək istəmədi.
Minskdə Ermənistanın hansı şərtlərlə quruma üzv olduğunu yenidən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib. Onun sözlərinə görə, Ermənistanın üzvlüyünə dair bütün hüquqi və iqtisadi məsələlər razılaşdırılıb.
"Eyni zamanda, bizim Ermənistanın hansı sərhədlər daxilində qoşulduğuna dair verdiyimiz həssas sual ətrafında kompromis əldə etmək mümkün olub" - deyə Nazarbayev bildirib.
Qazaxıstan prezidenti əlavə edib ki, ölkəsi tərəfindən Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü üçün maneə yoxdur. Nazarbayevin bu bəyanatından sonra Serj Sarkisyan möhkəm pərt olub. İndi belə məlum olur ki, Sarkisyan Azərbaycan Prezidentinin məktubunda vurğulanan şərtlə razılaşıb nəticədə Nazarbayev Ermənistanın üzvlüyünə yaşıl işıq yandırıb.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə – Zelenskidən Putin və Trampa mühüm mesaj...

29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır – Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...

29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub – “Starlink”lə bağlı SENSASİON İDDİA...

29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır – Pakistan Səudiyyəyə qoşun göndərdi...

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ