Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər ölkədə keçirilən İŞİD aksiyaları ilə bağlı açıqlama verib.
Nurman-xeber.az bildirir ki, bir açılış mərasimində Türkiyə vətəndaşlarına müraciət edən cənab Ərdoğan son hadisələrin tələ olduğunu bildirib: «O Vandallar, o yağmaçılar, Türk bayrağına hücum edən o xainlər gec ya da tez tapılacaqlar, hamısından da bunların hesabı soruşulacaq. Türkiyə daxili və xarici siyasətini terroristlərin, küçə sərsərilərinin şiddət hərəkətləri ilə təyin bir ölkə deyil. Həm küçədəki o maşalar, həm də onların iplərini tutan əfəndiləri bilsinlər ki, Türkiyə küçə hərəkətlərindən qorxub istiqamət dəyişdirəcək bir ölkə də deyil».
Ərdoğan daha sonra bildirib ki, Türkiyə bu vandallığa əsla boyun əyməz: «Bu gün əymədi sabah da əyməyəcək».
Prezidenti bunun bir tələ olduğunu bildirib və Türkiyə vatandaşlarını hadisələrə soyuqqanlı yanaşmağa vəvət edib.