Cənub Hərbi Dairəsinin (CHD) Rusiya hərbi bazasının bütün hissələrinin iştirakı ilə oktyabrın 13-dən 19-dək irimiqyaslı təlimləri ilk dəfə Ermənistanda keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Novosti-Armeniya CHD-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Yay təhsili dövrünün yekun imtahanları olacaq Qafqazdakı təlimlərdə 3 minə yaxın hərbi qulluqçu, 500 ədəd hərbi və xüsusi texnika iştirak edəcək. Eləcə də təlimlərdə Yerevandakı Erebuni hərbi aerodromunda cəmləşmiş Rusiya aviasiya birləşmələrinin MiQ-29 müasir qırıcılarının dördüncü nəsli iştirak edəcək.