Sovetlər Birliyinin son lideri Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib.
Nurman-xeber.az bildirir ki, xəstəxanaya qaldırılmasının ardından Rusiya mətbuatına açıqlama verən Qorbaçov son bir həftədən bəri vəziyyətinin normal olduğunu ancaq daha sonra pisləşdiyini bildirib: «Müşahidə altındayam, cihazlara bağlıyam. Ancaq məni tanıyırsınız, yaşamaq üçün mübarizə aparmağa qərarlıyam».
Qorboçov ayrıca, narahatlığı üzündən Nobel mükafatı mərasimlərini izləməməsindən şikayətlənib.
Bir müddət əvvəl xəstəliyi üzündən 2 həftə xəstəxanada qaldığını ifadə edən Qorbaçov, «Bir xəstəxanada bir yazlığımda belə yaşayıram. Buna görə Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadzenin cənazə mərasiminə qatıla bilmədim» - deyə bildirib.
2011-ci ildə sabiq prezidentin onurğasında mürəkkəb əməliyyat keçirilib. O, zamandan bəri Mixail Qorbaçov planlaşdırılmış müayinələrdən keçir.
Hərçənd ki, xəstə olmağına baxmayaraq o son vaxtlaradək ölkə daxilində və xaricdə müxtəlif auditoriyalar qarşısında nitqlərlə çıxış edib, müsahibələr verib.
17 iyulda Almaniya kansleri Angela Merkelə göndərdiyi məktubda Mixail Qorbaçov Berlin Divarının qaldırılması ilə bağlı təntənələrə qatılacağına ümid etdiyini bildirib.
1990-cı ilin martın 15-dən 1991-ci il dekabrın 25-dək SSRİ-nin son lideri olan Mixail Qorbaçov 1991-ci ildə istefa verib.