Türkiyənin bir çox bölgələrində etiraz aksiyaları davam edir. Aksiyalar Suriyanın Kobani şəhəri ətrafında yaranmış vəziyyətlə bağlı olduğu bildirilir.
Etiraz aksiyalarında əsasən yerli kürdlər, kürdyönümlü partiyaların və PKK-nın tərəfdarları iştirak edirlər. O da bildirilir ki, PKK tərfdarlarının küçələrə çıxması üçün çağırış edib və onları geri çəkilməməyə çağırıb.
İğtişaşlar zamanı Türkiyənin dövlət atributlarına qarşı da aqresiv hərəkətlər müşahidə edilir. Belə ki, bir bəzi şəhərlərdə Türkiyə bayraqları asıldığı yerlərdən endirilib və yandırılıb. Bundan başqa Mustafa Kamal Atatürkün keykəl və büstləri yandırılıb.
Etirazçılar mağazalara və bələdiyyə əmlakına ciddi zərər vurur, polis əməkdaşlarını daş-qalaq edirlər. Etirazçılar həmçinin yandırıcı maye ilə doldurulmuş şüşə qablardan istifadə edərək bina və obyektlərə, avtomobillərə od vurur.
Hətta Diyarbəkirdə iğtişaşçıların əlində silahların olduğu da müşahidə edilib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə də yayılıb. Görüntülərdə maskalı şəxslərin polisə atəş açdıqları müşahidə edilir.
Hökumət rəsmiləri isə iğtişaşları terror aktı kimi dəyərləndirir.
Ölkənin 6 əyalətində oktyabrın 8-dən komendant saatı elan edilib. Komendant saatı Diyarbəkir, Mardin, Siirt, Muş, Van və Batman əyalətlərində tətbiq edilib.
Türkiyənin bəzi vilayətlərində baş verən kütləvi iğtişaşlarda ölənlərin sayının 20-dən çox olduğu bildirilir.