"İraq və Şam İslam Dövləti" (İŞİD) Türkiyənin Suriyaya və İraqa hərbi kontingent yeridərək transsərhəd əməliyyatına başlaya biləcəyi barədə qətnamə qəbul etməsindən sonra aqressivləşib.
Milli.Az AHT-yə istinadən bildirir ki, ABŞ-ın hərbi təyyarələrinin Kobanidə İŞİD-in mövqelərini bombalaması terrorçuları çılğına döndərib.
"Səlibçilərin yürüşündə yer alması Türkiyəyə baha başa gələcək", - İŞİD Twitter-dəki profilində bildirib.