Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu Ankarada oktyabrın 9-da deyib ki, "Türkiyə Suriyanın şimalında İslam dövləti yaraqlılarına qarşı birtərəfli quru əməliyyatına getməyəcək, çünki bu real yanaşma deyil”.
Cavusoglu bunu NATO baş katibi Stoltenberglə mətbuat konfransında deyib. NATO və ABŞ Türkiyənin İslam Dövləti yaraqlıları ilə mübarizəyə yaxından cəlb olunmasına çağırırlar.