Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azov dənizində böyük qarşıdurma təhlükəsi - Rusiya və Ukrayna müharibənin bir addımlığında... Kiyev NATO və ABŞ-dan kömək istədi

Image


Son illərdə ilk dəfə Kerç boğazında açıq şəkildə qarşı-qarşıya gələn Rusiya və Ukrayna arasında gərginlik getdikcə artmaqdadır. Hadisələrin gedişi göstərir ki, iki ölkə arasında gərginlik dənizdə və Rusiyayönümlü separatçıların nəzarətində olan Donbas bölgəsində açıq qarşıdurmaya çevrilə bilər.

Ukrayna Prezidenti Petro Poroşenko da Rusiya ilə son böhranın daha geniş bir müharibəyə çevrilə biləcəyilə bağlı xəbərdarlıq edib. Poroşenko bildirib ki, Rusiya bölgədəki hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb: “Ukrayna Rusiya tərəfindən genişmiqyaslı müharibə təhlükəsi altındadır. Rusiya bölgədəki hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb. Rusiya tanklarının sayı da üç dəfəyədək artırılıb".

Məlumatlara görə, Rusiya Ukrayna ilə gərginlik yaşadığı Azov dənizinə əlavə hərbi gəmi göndərib. “Reuters” bölgədəki mənbələrə istinadən xəbər verir ki, Rusiyaya məxsus mina gəmisi Qara dənizdən Azov dənizinə doğru yola çıxıb. Bundan başqa, Moskva Krıma yeni S-400 raket sistemləri yerləşdirib. Yeni S-400-lər Ukrayna ilə sərhəddən 20 km aralıda işə salınıb. Bununla da Krımdakı Rusiya S-400 sistemlərinin sayı dördə çatdırılıb.

Digər tərəfdən, Ukrayna hərbi birlikləri Rusiya ilə mümkün müharibə hazırlıqlarına başlayıb. Belə ki, Rusiyanın hücumlarına hədəf ola biləcək ölkənin müxtəlif bölgələrində səngərlər qazılır.

Ukrayna Prezidenti Poroşenko Ukraynaya hücum edəcəyi təqdirdə Rusiyanın böyük zərbə alacağını deyib. “Azadlığımız, demokratiyamız, torpaqlarımız üçün savaşacağıq. Rusiya Ukraynaya hücum edərsə, bunun çox ağır nəticələri olar” - Poroşenko bildirib.

Poroşenko Rusiyanı dayandırmağın yolunun NATO üzvlüyü olduğunu söyləyib və ABŞ-ın onlara NATO-ya üzvlük sözü verdiyini deyib. Rusiya qarşısında ABŞ-ın dəstəyinə gəlincə, Poroşenko 90-cı illərdə nüvə silahlarından imtina etdikləri zaman beynəlxalq qüvvələrdən aldıqları təhlükəsizlik zəmanətini xatırladaraq, ABŞ-ın bu məsələdə beynəlxalq məsuliyyətinin olduğunu nəzərə çatdırıb.

Bundan başqa, Poroşenko Rusiya ilə son insidentdən sonra NATO-nu Ukraynanı dəstəkləmək üçün Qara dənizə hərbi gəmilər göndərməyə çağırıb. Putinin Azov dənizini işğal etmək planının olduğunu deyən Poroşenko bildirib ki, NATO Qara dənizə bir neçə hərbi gəmi göndərə bilər: “Hansı ölkələrin gəmi göndərə biləcəyini müzakirə edə bilərik. Ancaq NATO Rusiyanın belə addımlarının qarşısını almaq üçün bölgəyə öz gəmilərini mütləq göndərməlidir”.

Poroşenko konkret olaraq Almaniyanı bölgəyə hərbi gəmilər göndərməyə çağırıb: "Rusiyanın təcavüzkar siyasətini qəbul edə bilmərik. Əvvəlcə Krım, sonra Şərqi Ukrayna, indi də Azov dənizi... Almaniya bunu düşünməlidir - Rusiyanı dayandırmasaq, Putinin növbəti hədəfi hara olacaq?”

Poroşenkonun çağırışına reaksiya verən NATO-nun sözçüsü Oana Lungescu isə 2014-cü ildə Krımın işğalından sonra NATO-nun Qara dənizdəki varlığını önəmli ölçüdə artırdığını, müttəfiq ölkələrin bölgədə müntəzəm olaraq təlimlər keçirdiyini deyərək, dolayısı ilə Rusiyaya “biz buradayıq" mesajı verib. NATO sözçüsü məsələyə yenidən baxıla biləcəyini də istisna etməyib.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı İqor Voronçenko isə rəsmi Kiyevin Türkiyə və beynəlxalq ictimaiyyətdən İstanbul boğazının Rusiya gəmilərinə bağlanılmasını tələb etməyi planlaşdırdığını açıqlayıb.

Xatırladaq ki, Rusiya 4 ildir Azov dənizindən keçən Ukrayna gəmilərinə bənzər problemlər yaradır. Ukrayna dənizdən mümkün rus işğalının qarşısını almaq üçün, Berkyands Limanında 2020-ci ilə qədər donanma qurmağı planlaşdırır. Hələlik limana bir gəmi gətirilib. Bu plan çərçivəsində noyabrın 25-də Berkyands Limanına gedən Ukraynaya məxsus daha iki silahlı gəmini, Rusiya, ərazi sularını pozduqlarını iddia edərək zorla ələ keçirib. Kerç boğazında yaşanan silahlı insident zamanı 3 ukraynalı dənizçi yaralanıb. Məhz bu insidentdən sonra bölgədə vəziyyət daha da gərginləşməyə başlayıb.

Ekspertlərin fikrincə, Rusiya bir müddət əvvəl Ukraynaya qarşı başlatdığı hibrid müharibəni bu dəfə dənizə daşıyır və bölgədə yeganə güc olduğunu Ukrayna və dünyaya göstərməyə çalışır.

Bu çərçivədə Moskva Azov dənizini tam nəzarəti altına almaq üçün addımlarını qətiləşdirir. Ukrayna isə bunun qarşısını almaq gücündə deyil. Yəni Kiyev Moskvanın qarşısını alacaq gücdə deyil. Buna görə də Kiyev Avropa Birliyinin və NATO-nun dəstəyini qazanmağı xarici siyasətində prioritet hədəf kimi seçib. Yəni Qərbdən Rusiyanı dayandırmaq üçün qəti addımlar atmasını gözləyir.

Avropa Birliyinin Krımın ilhaqından sonra tətbiq etdiyi sanksiyalar, NATO gəmilərinin tez-tez Ukrayna limanlarını ziyarət etməsi və Kiyevi dəstəkləməsi hələlik Rusiyanın qarşısını ala bilməyib. Digər tərəfdən, əsas məqsədinin Rusiyanı təcavüzkar siyasətdən daşındırmaq olduğu açıqlanan NATO-nun “Trident Juncture” hərbi təlimlərindən bir ay sonra, Rusiyanın Ukrayna gəmilərini ələ keçirilməsi, NATO-nun Rusiyanın qarşısını almaqda nə qədər başarısız olduğunu bir daha ortaya qoydu. Bununla belə, ekspertlər hesab edirlər ki, Qərbin, xüsusən də NATO-nun mövqeyi bölgədəki gərginlikdə həlledici olacaq. Ancaq Qərb, Krım məsələsində olduğu kimi, bu dəfə də sadəcə bəyanatlarla kifayətlənəcəksə, o zaman Rusiyanın növbəti addımlarına “yaşıl işıq” yandırmış olacaq.

Rusiya növbəti mərhələdə Ukraynanın Mariupol və Berdyans limanlarını ələ keçirib, Azov dənizini tam nəzarət ala bilər. Moskvanın bundan sonrakı hədəfi isə Qara dəniz ola bilər.

Bu arada, "İzvestiya" qəzeti rəsmi Kiyevin Rusiya təhlükəsinə qarşı Ukraynada ABŞ hərbi bazasının yaradılması ilə bağlı Vaşinqton administrasiyası ilə danışıqlara başladığını bildirir. Qəzet mənbəyə istinadən yazır ki, Ukrayna hökuməti ölkə ərazisində ABŞ hərbi bazasının qurulmasına çalışır və Kiyev bununla bağlı ABŞ-la danışıqlar aparır.

Qəzet bunu "Petro Poroşenko Bloku"ndan millət vəkili İvan Vinnnikin də təsdiqlədiyini qeyd edir. “Yeni baza Rusiya təhdidinə qarşı ölkənin təhlükəsizliyini təmin edəcək" deyə ukraynalı millət vəkili bildirib. ABŞ-dakı mənbələr isə bu məsələdə Vaşinqtonun tələsmədiyini deyirlər. ABŞ Müdafiə Nazirliyinin keçmiş əməkdaşlarından biri deyib ki, bu addım Vaşinqtonu Rusiya qarşısında çətin vəziyyətə sala bilər.

Xatırladaq ki, Rusiya bazar günü Ukrayna gəmilərinə atəş açıb və onları ələ keçirib. İnsident Rusiyanın 2014-cü ildə işğal etdiyi Krım yaxınlığında baş verib.

Ukrayna öz gəmilərinin heç bir yanlışlığa yol vermədiyini və Qərbin Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək istədiyini bildirib.

Rusiyanın su hövzəsinə daxil olduqlarına görə Moskva tərəfindən saxlanan 24 Ukrayna dənizçisi Rusiyanın dövlət televiziyasının efirində əvvəlcədən planlaşdırılmış provokasiyada iştirak etdiklərini etiraf ediblər. Kiyev isə bunu təzyiq altında etiraf adlandıraraq qınayıb.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ