çərşənbə günü, 11 noyabr 2026
     

Rəsmi Bakının Qarabağ məsələsində mövqeləri daha güclü hala gəlir...

Image


Hərbi, diplomatik müstəvidə Azərbaycan işğalçı Ermənistanla müqayisədə kifayət qədər böyük üstünlüklərə malik olmasını artıq praktikada da dəfələrlə isbata yetirib. 2016-cı ilin aprel döyüşləri, cari ilin mayında Naxçıvanın Günnüt kəndi ətrafında baş verənlər düşmənin hərbi müstəvidə Azərbaycanın qarşısında çox aciz vəziyyətdə olduğunu aydın şəkildə nümayiş etdirib. Eləcə də diplomatiya sahəsində Bakı İrəvanı getdikgə daha çox oyundankənar vəziyyətə salmaqdadır.

Hətta Ermənistanın əsas mütəffiqi sayılan Rusiya belə İrəvana daha əvvəlki münasibət sərgiləmir. Digər tərəfdən Rusiyada erməni işğalına son qoyulmasına dair çağrışların sayı da getdikcə artır. Elə bu günlərdə  rusiyalı deputat və ekspertlərdən ibarət qrup Azərbaycana səfər edərək, “Azərbaycan – Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqi” konfransında iştirak edərək qeyd olunan istiqamətdə açıq çağrışlar səsləndirib. Bu hal ermənilərə o dərəcədə təsir edib ki, konfransdan sonra erməni lobbisinin rus nümayəndə heyətinə, özəlliklə də deputat Dmitri Savelyevə qarşı hücumları artıb. Hətta bəzi ermənilər Savelyevin məhvi haqqında çağırışlar belə edib.

Rusiyanın tanınmış politoloqu və təbliğatçısı, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Sergey Markov məsələni şərh edərkən ermənəiləri yenə ağılsız bir mövqe tutmaqda ittiham edib. O, məlum konfransda Azərbaycanın Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqi olması haqda səslənən tezisi ağıllı mövqe adlandırıb: “Ən vacibi isə Dağlıq Qarabağ münaqişəsinin “Kazan düsturu” çərçivəsində mümkün qədər tez həll olunması məsələsinin qaldırılması idi. Rusiya prezidenti Vladimir Putin yaxşı anlayır ki, bu münaqişə nizama salınmalıdır. Buna görə də Azərbaycanla strateji əməkdaşlığı inkişaf edirir və bu əməkdaşlıq ittifaq xarakterinə malikdir”. Markov əlavə edib ki, bu proses ləngiməməlidir: “Bizim hədəfimiz bu prosesi tamamlamaqdır. Nəticədə Qarabağ Azərbaycana qaytarılmalıdır. Konfransın bu yaxınlarda işğaldan azad edilmiş Azərbaycan kəndində keçirilməsi çox maraqlı qərardır. Azərbaycanın burada, münaqişə zonasında öz tədbirini keçirməsi heç kimi narahat etməməlidir. Cocuq Mərcanlı, hələ də işğal altında qalan digər ərazilər kimi, hüquqi cəhətdən qeydə alınmış Azərbaycan əraziləridir. Dünyanın bütün ölkələri, BMT və digər beynəlxalq təşkilatlar bunu tanıyır”.

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin də eyni mövqe nümayiş etdirir. “Moskva-Baku” portalına müsahibəsində Aleksandr Dugin Cocuq Mərcanlı kəndinə səfəri və işğal olunmuş Dağlıq Qarabağın dərhal Azərbaycana qaytarılması çağırışı üzündən Dmitri Savelyevin ermənilər tərəfindən hücumlara məruz qalmasının anlaşılmaz bir hal olduğunu vurğulayır. Aleksandr Duqinin sözlərinə görə, hazırda Moskva ilə Bakı arasında çox aktiv yaxınlaşma müşahidə edilir: "Azərbaycan mütəmadi olaraq Rusiyanın daha vacib, daha təsirli və daha etibarlı müttəfiqinə çevrilir. Bu isə Ermənistanın maraqlarına zərər vurmur. Onlar deyirlər ki, Rusiya Ermənistanın müttəfiqidir və buna görə də Azərbaycana qarşı olmalıdır. Rusiyanın Ermənistanı tam müdafiə etməsi və Azərbaycana qarşı mübarizədə kömək etməsi tamamilə yanlışdır. Rusiya Ermənistanın müttəfiqidir, amma əslində Rusiya indiki halda özünün baş strateji müttəfiqi kimi Azərbaycanı görür. Məhz Azərbaycandakı konfrans da buna həsr edilmişdi. Bu tezis elan edilən kimi Rusiyadakı erməni lobbisi mərkəzi televiziyaları, əsas verilişləri istifadə edərək dişini göstərdi. Mən Bakıdakı görüşün təşkilatçılarından biriyəm. Bu konfransda antierməni əhval-ruhiyyəli heç nə səsləndirilməyib. Burada Rusiya və Azərbaycan arasında yaxınlıq, tərəfdaşlıq, strateji inkişaf məsələlərindən, Dağlıq Qarabağ konfliktinin əvvəlki erməni rəhbərliyinin Azərbaycana 5 rayon verməsilə bağlı razılaşmaları çərçivəsində həllindən bəhs edilib. Biz görürük ki, Dmitri Solovyovun bir sıra ekspertləri də dəvət etdiyi proqramında tamamilə qəbuledilməz, Azərbaycanı dostluq missiyası ilə ziyarət edən rusiyalı deputat və ekspertlərini şeytanlaşdıran fikirlər səsləndirilib”.

Onun sözlərinə görə, Ermənistan son zamanlar NATO ilə yaxınlaşmaq xəttini tutub: “İrəvan NATO ilə daha çox yaxınlaşaraq, Rusiyanın Azərbaycanla yaxınlaşmaq üçün istənilən addımını şeytanlaşdırır. Mənim fikrimcə, bu tamamilə yolverilməzdir. Ermənistanın nə isə xoşuna gəlmirsə, o, korrektə edilmiş formullar tapa bilərdi. İndiki Ermənistan rəhbərliyi məsuliyyətlidirsə, özündən əvvəlkilərin xəttini davam etdirməməlidir – 5 rayonu geri verməlidir. Bundan əvvəlki razılaşmalar ayrıca şəxslərlə deyil, dövlətlərlə imzalanıb. Çox dövlətlərdə rejimlər dəyişir, amma onlar əvvəlki rejimlərin borclarını icra edir. Belə çıxır ki, Ermənistan bizə Rusiyaya nəyin faydalı olduğunu, nəyin Rusiya siyasətində yolverilməz olduğunu izah etməlidir? Bu təhqirdir. Bu, Rusiyaya münasibətdə qeyri-dost münasibətidir”. Hadisələrin gedişi göstərir ki, İrəvan bundan sonra da Rusiyaya qarşı qeyri-dost münasibətini davam etdirməyi düşünür. Məsələn, bu ölkə yenə Rusiyanın ziddinə olaraq ABŞ-la, NATO ilə yaxınlaşmağı düşünür. Qeyd olunan xüsusda “1in.am” portalı yazır: “Baş nazir Nikol Paşinyan ABŞ-ın müstəqillik günü münasibətilə bu ölkənin səfirliyini ziyarət edib və səfir Riçard Millzlə söhbətləşib.Təbriklərdən əlavə, Paşinyan hökumətin Ermənistan-ABŞ əməkdaşlığını, o cümlədən investisiya sahəsində, genişləndirməyə hazır olması haqqında danışıb. Səfir Millz də Ermənistana dəstək verməyə, texniki və maliyyə yardımı göstərməyə hazırlığı ifadə edib. Ermənistan-ABŞ dialoqu, aydındır ki, yeni hökumətdən daha geniş impuls və dinamika tələb edir və səfir Millz baş naziri qəbul edərək, mahiyyətcə buna işarə vurub. Bu mənada, erməni hökuməti ABŞ-la müxtəlif müzakirələr istiqamətində atılan öz işçi addımlarını daha da intensivləşdirməlidir. Çünki ABŞ, Ermənistanın məxməri keçid prosesinin, o cümlədən təhlükəsizlik nöqteyi-nəzərindən kapitallaşmasının həlledici istiqamətlərindən biridir.

Digər tərəfdən, korrupsiya bulaşmış keçmiş hakimiyyət nümayəndələrinə qarşı həbslər də ABŞ-la yaxınlaşmağa hesablanıb. Burada nəzərə almaq lazımdır ki, həmin adamların əksəriyyəti Rusiyaya bağlı olub. Deməli, onların həbsi Rusiyanın da mövqelərini zəiflədir və bu, ABŞ-a xoş gəlməyə bilməz.  Ermənistanın Qərblə münasibətlər gündəliyinin bir hissəsi məhz budur, böyük ölçüdə bu olaraq da qalmaqdadır. Bu istiqamətdə münasibətlər inkişaf etməlidir. Bu mənada, hökumətin Qərb istiqamətində atdığı addımların yetərsizliyilə bağlı narahatlıq planında deməliyik ki, Ermənistanın Qərb siyasəti praktiki olaraq Ermənistan ərazisinə köçürülür və burada baş verir. Və biz bu barədə hətta öncəki hökumət dövründə, 2017-ci ilin noyabrında yeni Ermənistan-AB çərçivə anlaşması imzalanarkən danışa bilərdik. Bu, Ermənistan məsələsində geopolitik konsensus idi və böyük hesabla, onun “oriyentasiyası” məsələsindən çıxarılıb, Ermənistanın daxili keyfiyyət islahatları probleminə çevrilməsi idi”. Belə bir vaxtda başqa maraqlı məqam odur ki, Avropa Parlamenti Ermənistana Avropa Birliyi ilə əlaqələri dərinləşdirməyə yaşıl işıq yandıracaq razılıq verib. Avropa Parlamentinin son  plenar iclasında deputatlar Avropa Birliyi və Ermənistan, eləcə də Cənubi Qafqazda əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı sazişi böyük səs çoxluğu ilə qəbul edib.

Macarıstandan olan məruzəçi Laszlo Tokes deyib ki, bu səsmənin nəticələri Ermənistan əhalisinə güclü dəstək mesajıdır. O əlavə edib ki, Avropa Birliyi yeni hökumətə islahatlar aparmaqda dəstək verməyə hazırdır. Qeyd olunur ki, şərtlər yerinə yetirilərsə, Ermənistanın Avropa Birliyi ölkələrinə vizasız gediş-geliş danışıqları başlana bilər. Bütün bunlar öz növbəsində Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa hesablanmış addımlar sayılır. Özü də hadisələrin məhz bu səpkidə inkişafına Ermənistan tərəfindən də münbit şərait yaradılır. Erməni ekspert Anna Mkrtçyan bildirir ki, bütün bunlar Rusiyanın Ermənistana dəstəyinin azalmasına və sonda tam kəsilməsinə gətirib çıxaracaq. O, bu vəziyyətdə İrəvanın Qarabağ məsələsindədə çarəsiz bir duruma düşəcəyini vurğulayıb: “Azərbğaycan vəziyyətdən məharətlə istifadə edir. Bakı bu durumda Qarabağ məsələsini güc yolu ilə də həll etməyə hazırdır. Dağlıq Qarabağda müharibə və ya, ən azından, vəziyyətin kəskinləşməsi qaçılmazdır”. Onun sözlərinə görə, danışıqların xeyli vaxt ərzində aparılmaması və tərəflərin mövqelərinin sərtləşməsi belə pessimist proqnozlar üçün əsas kimi xidmət göstərir. Ekspert qeyd edir ki, Dağlıq Qarabağ üzrə yüksək səviyyədə danışıqlarda, daxili siyasət hadisələrinə, yəni Azərbaycanda aprelin 11-də prezident seçkiləri, Ermənistanda isə Nikol Paşinyanın Serj Sarkisyanı hakimiyyətdən uzaqlaşdırmağa nail olması fonunda pauza yaranmışdı və güman edilirdi ki, yeni hakimiyyətin formalaşmasından sonra danışıqlar yeniləcək: “Ancaq proseslər başqa istiqamət aldı. Azərbaycanda, gözlənildiyi kimi, İlham Əliyev seçicilərin 80 faizindən çoxunun səsini alaraq prezident postuna yenidən seçildi. Ermənistanda isə inqilab dalğasında xalqın etibarını qazanan yeni hökumət yarandı və bu, Qarabağın münaqişəsinin nizama salınması üzrə danışıqlara təsir etməyə bilməzdi”. Anna Mkrtçyan xatırladır ki, Ermənistanın baş naziri Nikol Paşinyan mayda Xankəndinə səfər etdi və qondarma “DQR”in danışıqların tamhüquqlu tərəfi olması tələbini səsləndirdi. Ekspert qeyd edir ki, sonradan bu ideya hökumət proqramında da əksini tapdı: “Bunlar Qarabağ məsələsində əvvəlki razılıqların üzərindən xətt çəkir. Belə vəziyyət Rusiyanın da xoşuna gəlmir. Üstəlik, İrəvan Moskvadan uzaqlaşmağa çalışır. Kreml bu halda Bakını yeganə tərəfdaşı kimi görür. Ona görə də Qarabağ məsələsində getdikcə Azərbaycana daha çox dəstək verir. Bakı isə, artıq güc yolu ilə olsa belə, Qarabağ məsələsinin həllinin tezləşməsini istəyir. Dağlıq Qarabağda müharibə yalnız vaxt məsələsidir”.

Bütün bunlar həm də Bakının ağlılı gedişlər nəticəsində üstün mövqeyini daha da gücləndirməsi kimi qiymətləndirilir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ