çərşənbə günü, 11 noyabr 2026
     

Günnüt əməliyyatı Qarabağ zəfərinin müjdəçisidir - Naxçıvanlı nazir yazır...

Image


Bəşər tarixinə nəzər saldıqda, xalqların yaranması və müəyyən cəmiyyətə malik olması, əslində qanunauyğunluq tendensiyasıdır: qarşılıqlı təsir, əlaqələrin dərinləşdirilməsi, mədəniyyətlərinin formalaşması. İlk sivilizasiyaların meydana gəlməsi onlarda özünəməxsus adət-ənənələrin də yaranmasına səbəb oldu – inkişaf səviyyəsi yüksəldi, öz mülkiyyətləri, mədəni toplumları formalaşdı.

Dövlətin gücü xalqın birliyindədir-xalq bir olarsa, onun birliyindən qüdrətli dövlət yaranar. O dövlətin formalaşması, möhkəmlənməsi və qorunması üçün isə mütləq ordu lazımdır. Ordunu formalaşdıran amil isə yenə də xalqdır. Tarix boyu xalqın içindən çıxan igid oğul və qızlarımızın səyi ilə qurulan ordu  Azərbaycanın torpaqlarının müstəqilliyi uğrunda düşmənlərə qarşı mübarizə aparıb, öz döyüş bacarığı ilə tarixin səhifələrinə adlarını yazıblar. Tarix sübut edib ki, döyüş ruhu bu xalqın qanında həmişə olub və olacaqdır.

Sovetlər birliyinin dağılması ərəfəsində bir çox xalqlar öz müstəqilliklərinin və ərazi bütövlüklərinin bərpası üçün mübarizə aparırdılar. Keçmiş SSRİ-nin işğalçı hakimiyyəti bu mübarizədə Azərbaycanın müstəqillik əldə etməsi ilə barışmırdı. Bu məqamda Qafqazda köklü tarixləri olmayan, öz məqsədləri üçün daha güclü xalqların köləsi, qulu kimi xidmət etməyi “şərəf” bilən erməni terrorçuları silahlanaraq ölkəmizə qarşı məkrli işğalçılıq siyasəti yeritməyə başladılar.

1990-cı illərin əvvəlində hakimiyyətdə olan AXCP-Müsavat cütlüyü kreslo davası etdiyi bir zamanda Azərbaycan elan olunmamış bir müharibə ocağına çevrildi. Nəticədə torpaqlarımızın 20 faizi Ermənistan və havadarları  tərəfindən işğala məruz qaldı. Nəticədə  20 mindən çox oğul və qızımız şəhidlik zirvəsinə yüksəldi, bir milyondan çox həmyerlimiz isə öz torpaqlarından didərgin salındı.

Gərgin siyasi məqamda, xalqımızın ölüm-qalım dilemması ilə üz-üzə dayandığı vaxtda daha səriştəli və praqmatik bir liderə ehtiyac var idi. Bu səriştəli lider həm  işğala son qoymalı, həm də  xalqı, milləti öz arxası ilə aparmağı, milli ideologiyanı yaratmağı bacarmalı idi. Bu lider isə həmin vaxt  Naxçıvanda xalqı öz ətrafına toplayaraq dövlət səviyyəsində yaratdığı ordu ilə həm ermənilərin hücumlarının qarşısını alır, həm də blokadada olan muxtar respublikanı yaşadırdı. Bu lider  ulu öndər Heydər Əliyev idi.

Artıq Azərbaycan insanı AXCP-Müsavat cütlüyünün deyil, öz liderinin arxasınca getməyə qərar vermişdi. Ulu öndərimiz Heydər Əliyevin siyası hakimiyyətə ikinci dəfə qayıdışı nəticəsində ölkədə sistemli idarəetmə yaradıldı və vətəndaş qarşıdurmasına son qoyuldu. Silahlı birləşmələr ləğv edilərək vahid komandanlıq altında birləşən Silahlı Qüvvələr yaradıldı. Nəticədə cəbhənin müxtəlif istiqamətlərində ardıcıl uğurlu qələbələr qazanıldı. Nəhayət ki,  vahid milli ordumuz formalaşmağa başladı. Ordu quruculuğuna sağlam bir nəfəs gəldi, şəxsi heyətdə canlanma, həmçinin yeni-yeni hərbi hissələrin formalaşdırılması başladı. Artıq ölkədə yeni ideologiya – Heydər Əliyev ideologiyası yarandı. Bu, özünü ön cəbhədə də göstərdi. Bu ideologiya ətrafında sıx birləşən  əsgərlərimiz tankların üzərində “Heydər Əliyev uğrunda” yazılı bayraqlar asaraq düşmənə sarsıdıcı zərbələr vurdular. Azərbaycan ordusu erməni silahlı birləşmələrinin respublikanın içərilərinə doğru irəliləməsini dayandırdı, hətta əks-hücuma keçdi. 1994-cü il yanvarın 5-də aparılan uğurlu əməliyyatlar nəticəsində Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi, 22 kənd işğaldan azad edildi. Həmçinin düşmən ordumuzun Kəlbəcər-Ağdərə, Goranboy-Tərtər istiqamətlərində əks-hücumlarına tab gətirməyərək ağır itkilər verdi və geri çəkilməyə məcbur oldu. Horadiz əməliyyatı Azərbaycan ordusunun Heydər Əliyevin rəhbərliyi altında 1994-cü ildə keçirdiyi ən uğurlu əməliyyat kimi yaddaşlara həkk olundu və düşmən bu əməliyyatdan sonra atəşkəs imzalamaq məcburiyyətində qaldı. Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan “Bişkek protokolu” indiyədək buna bənzər münaqişələr tarixində mövcud olan ən uzunmüddətli atəşkəs razılaşmasıdır.

Yeni müstəqillik əldə edən ölkəmizdə ulu öndərin apardığı islahatlar bütün sahələri əhatə edirdi. Ən əsası ölkənin müdafiə sektorunun inkişafı və gücləndirilməsi  məsələsi idi. Ulu öndər hər zaman əsgərlərlə görüşündə deyirdi: “Azərbaycanın hər bir vətəndaşı mənim üçün əzizdir, amma Azərbaycan əsgəri, zabiti mənə hər bir vətəndaşdan daha əzizdir, daha yaxındır”.

Bəli, bu gün ümummilli liderimizin bizə miras qoyduğu güclü ordumuz var və Azərbaycan xalqı bu əzəmətli orduya hər zaman inanıb, inanır və inanacaqdır. Ordumuz 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə düşmənə ağır zərbə endirərək Goranboy və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulanı düşmən tapdağından azad etdi. Aprel döyüşləri xalqla ordunun birliyini daha da möhkəmləndirdi, yeniyetmələrin, gənclərin vətənpərvərlik duyğularını kükrətdi, hər fərdi əsgərləşdirdi.  Bu zəfər müstəqil ordumuzun şanlı gücündən xəbər verirdi.

Bu gün Azərbaycanın ayrılmaz bir hissəsi olan muxtar respublikamızda aparılan ordu quruculuğu dövlət proqramının bir hissəsi kimi davam etdirildiyindən, müasir tələblərə cavab verir, hərtərəfli qayğı və diqqətlə əhatə olunur. Ordunun dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, sülh və əminamanlığın əsas təminatçısı olduğunu vurğulayan Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin dediyi kimi: “Ordunun qüdrəti və döyüş qabiliyyətinin yüksək olması yalnız güclü texniki təminatla ölçülmür. O ordu güclüdür ki, onun sıralarında vətənpərvər gənclər xidmət edir. Ümummilli liderimiz deyirdi ki, “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir”. Bu gün Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrdə olan birlik, vətənpərvərlik və yüksək döyüş əhvali-ruhiyyəsi torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradıldı. Yaradılan güclü, əzəmətli ordumuz bu ilin  may ayında Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəklikləri keçirdiyi əməliyyat nəticəsində öz nəzarətinə keçirdi. 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağın azad edilməsi, həm də ordumuzun mövqelərini xeyli möhkəmləndirdi. Günnüt, Ağbulaq yaşayış məntəqələri ətrafındakı yüksəkliklər, “Qızılqaya” dağı  və “Qaraqaya” dağlarında yeni mövqelər ələ keçirildi, Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmənin fəaliyyəti nəzarət altına götürüldü.

Ordumuzun bu uğurunun əsası 2000-ci ilin əvvəllərində Naxçıvan Muxtar Respublikası Babək rayonunun  Buzqov kəndinin erməni daşnakları tərəfindən təhlükə yaradan yüksəkliklərinin  ordumuzun şücaəti nəticəsində düşmən nəzarətindən geri alınması ilə qoyulmuşdu. Bu uğurlu əməliyyatın davamı kimi Günnüt əməliyyatı düşməni Naxçıvana iddiaları ilə  bağlı bir daha düşündürməyə vadar etdi.

Bu gün ölkənin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu ən yüksək standartlara uyğun aparılır. Müdafiə qabiliyyəti güclü bir ordu kimi düşmənin kabusuna çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Günnüt kəndindəki hərbi hissədə əsgər və zabitlərlə görüşündə ordumuzun  döyüş hazırlığına yüksək qiymət verərək demişdir: “Azərbaycan ordusunun uzun illərdən sonra tarixi torpaqlarımıza nəzarət etməsi mühüm nailiyyətdir. Bu, həm torpaqlarımızın işğaldan azad olunması, həm də kənd təsərrüfatı üçün yararlı torpaqlardan istifadə etməyə imkan yaranması deməkdir. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, ordu quruculuğu sahəsində görülən işlər torpaqlarımızın işğaldan azad olunmasına yönəldilmişdir. Azərbaycan dövləti torpaqlarımızın sülh yolu ilə azad olunmasının tərəfdarıdır. Lakin aprel döyüşləri bir daha təsdiq etdi ki, Azərbaycan həm sülh, həm də müharibə yolu ilə torpaqlarını azad etməyə qadirdir. Aprel döyüşləri Azərbaycan ordusunun hərbi qüdrətini göstərdisə, Naxçıvan əməliyyatı Azərbaycan ordusunun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi.”

Bəli, 100 illik tarixə malik olan Azərbaycan ordusunun Günnüt əməliyyatı Qarabağ zəfərinin xəbərçisidir. Güclü ordu quruculuğu, milli ordumuzun möhkəmlənməsi müasir Azərbaycanı xarakterizə edən əsas amildir.

Azərbaycan əsgərinin dediyi kimi:
Qanım üçrəngli bayraqda var olsun,
Vətənim Azərbaycan Sağ olsun!

Azad CABBAROV
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ