çərşənbə günü, 11 noyabr 2026
     

Bakı-Tiflis-Qars İrəvana böyük təzyiq vasitəsi ola və Qarabağ problemini həll edə bilər

Image


Beynəlxalq yükdaşımalarda indi ən sərfəli marşrutlardan birinə çevrilən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun Azərbaycan üçün əsas əhəmiyyətindən biri onun yaxın tezliklə Naxçıvana qədər uzanacağıdır.

Məlumatlara görə, Türkiyə ərazisindən Qars-İqdır-Aralıq-Dilucu dəmir yol xətti tikintisinin Naxçıvan istiqamətində davam etdirilməsi işlərinə 2018-ci ilin sonu, 2019-cu ilin əvvəlində start veriləcək. Bütün bunlar, Bakı-Tiflis-Qarsın əhəmiyyəti barədə məhşur “Eurasianet” portalı yazır: “Türkiyənin şərqində yerləşən Qars sərhəd şəhəri kimi dərin tarixə malikdir. Şəhər əvvəlcə Osmanlı və Rusiya imperiyaları arasındakı müharibələrdə əldən-ələ keçib. Sonra SSRİ ilə sərhəddə NATO-nun forpostu olub. Ancaq indi şəhər sərhəd xəttində məntəqə deyil, ən iddialı transmilli layihələrin birində qovşağa çevrilməklə birləşdirici məntəqə olmaq niyyətindədir. Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan bildirir: “Qarsın Londonla Pekini birləşdirəcək körpü olmasını planlaşdırırıq. Bu məqsədə çatmağımız üçün ən qısa yol Qafqazdan keçir”.

Bakı-Tiflis-Qars dəmir yolu üzrə Qazaxıstandan Mərkəzi Avropaya məhsulların daşınmasına  ötən ilin oktyabr ayından etibarən başlanıb. Hazırda yolun buraxıcılıq qabiliyyəti ildə 6,6 milyon ton təşkil edir, amma bu göstəricinin 50 milyon tona kimi artırılması planlaşdırılır.

Yolun inşası ilə bağlı ideya 1993-cü ildə yaranıb. Həmin il Türkiyə və Azərbaycan Dağlıq Qarabağ müharibəsinə görə Ermənistanla sərhədlərini bağlayıb. Hazırda 846 kilometr uzunluğa malik bu marşrut üzrə hərəkət edən qatarlar Londondan Çinə yük daşınmasını cəmi 15 gün müddətinə həyata keçirməyə kömək edir. Arslan bildirib: “Layihənin miqyası sırf iqtisadi və ya geosiyasi amillərlə izah olunmur. Biz iqtisadiyyatımızın inkişafına təkan vermək və hər bir tərəfə faydalı bir şəkildə regionlarımızı inteqrasiya etdirmək istəyirik”.

Layihə tərəfdarları bildirir ki, Cənubi Qafqaz Yer üzündəki əhalinin 65%-nin yaşadığı və planetin 75% enerji resurslarına malik olan böyük bir bazarın – Avrasiya qitəsinin düz mərkəzində yerləşir. Lakin Avrasiyadan keçən digər layihələr kimi, bu yol da istifadəsiz qalır. Bununla belə, yerli məmurlar nikbin davranır, yolun regionun problemlərini həll edəcəyini hesab edirlər. Qars vilayətinin valisi Rami Doğan bildirir:  “BTQ bilavasitə 300 nəfəri işlə təmin edəcək. Amma biz ticarətin inkişafı vasitəsilə əlavə rifah əldə edəcəyimizə ümid edirik. İnşallah, ticarət iqtisadi problemlərimizi həll etməyə və əlavə iş yerləri açmağa kömək edəcək”.

Yerli sakinlər həmçinin ümid edir ki, şəhərdə inşa edilən, gömrük tənzimlənməsinin həyata keçiriləcəyi və məhsulların saxlanacağı logistik məqsəd ticarətin inkişafına imkan yaradacaq və beləliklə BTQ üzrə hərəkəti aktivləşdirəcək. Mərkəzin tikintisi ilə məşğul olan layihənin meneceri Barış Kanbaz bildirir: “Mərkəzi Asiya və Çindən yola düşən məhsullar burada saxlanacaq. Daşınan bütün məhsullar burada saxlanaraq, sonra qatarlara yüklənəcək”.

BTQ-nin şəhərdə artan turizm sektoruna stimullaşdırıcı təkan verəcəyi gözlənir. Son illər Qarsı Ankara ilə birləşdirən “Şərq ekspressi” dəmir yolunun populyarlığı sayəsində şəhərdəki iqtisadi vəziyyət yaxşılaşıb. İlin sonuna kimi BTQ üzrə sərnişin qatarları işə düşməlidir. Layihə tərəfdarlarının sözlərinə görə, sərnişin sayını ildə 1 milyon nəfərə çatdırmaq olar. BTQ xətti üzrə hərəkət edəcək sərnişin qatarlarına biletlər aviabiletlərdən qat-qat ucuz olacaq. Nəticədə sərnişin daşımaları Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha çox aktivləşdirə bilər.

Amma BTQ marşrutunu geosiyasi amillər də müəyyənləşdirir. Naxçıvanın Türkiyə ilə 12 kilometrlik sərhədi buranın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. 2010-cu il Ankara və Bakı strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalayıb. Sənədə əsasən, Türkiyə muxtar respublikanın təhlükəsizliyinə zəmanət verən tərəf kimi çıxış edir.

Hazırda Naxçıvanın Qarsdan keçən dəmir yol şəbəkəsinə qoşulmaq imkanları nəzərdən keçirilir. Azərbaycan və türk rəsmiləri BTQ-nin Naxçıvandan İrana, həmçinin hələ sovet dövründə tikilən, bu yaxınlarda bərpa edilən Naxçıvanla İranın Məşhəd şəhəri arasındakı dəmir yolundan Pakistana uzanacaq qolların çəkilməsi məqsədilə İranla əməkdaşlıq qurmaq istədiklərini bildiriblər. Regionun əhəmiyyətini nəzərə alaraq, Türkiyə Qars, Naxçıvan, İran və Pakistanı birləşdirəcək daha bir layihəni reallaşdırmaq istəyir. Dəmir yolu Türkiyəyə Naxçıvan bazarını məhsullarla doldurmağa imkan yaradacaq. Bununla belə, sosial-iqtisadi vəziyyəti nəzərə alsaq, Azərbaycan Naxçıvanda xəttin bərpasına prioritet layihə kimi baxa bilər. Üstəlik, Azərbaycanın təqdim etdiyi kapital Qarsın İran bazarına “pəncərə açmaq” planlarını həyata keçirməyə imkan verəcək. Yanvar ayında Tehran Rəşt şəhərindən Azərbaycan sərhədlərinə kimi uzanan 205 kilometrlik dəmir yolunun (Rəşt-Astara xətti kimi məşhurdur) tikintisi üçün Bakıdan 500 milyon dollar məbləğində kredit götürüb.

Sonra mart ayında İran, Türkiyə, Gürcüstan və Azərbaycanın xarici işlər nazirləri bu qəbildən olan ilk dördtərəfli görüş keçiriblər. Görüşün yekunlarına dair bəyanatda tərəflər İranın Fars körfəzindəki Bəndər-Abbas və Çabahar limanlarından Rəşt-Astara xətti vasitəsilə Bakı-Tiflis-Qars dəmir yoluna kimi dörd ölkənin nəqliyyat potensialının genişləndirilməsi və nəqliyyat infrastruktrunun inkişafı məqsədilə yeni layihələrin reallaşdırılması üçün əməkdaşlığın genişləndiriləcəyini bildiriblər. Lakin bütün bu inteqrasiya planlarında bir ölkənin – Ermənistanın adı hallanmır. Türk rəsmiləri ümid edir ki, BTQ İrəvana təzyiq vasitəsi ola və Qarabağ münaqişəsinə son qoya bilər. Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan qeyd edir: “Biz də Ermənistanla münasibətləri yoluna qoymaq istəyirik, ancaq bunun üçün əvvəlcə mühüm məqsədə çatmalıyıq: Ermənistan Qarabağdan çıxmalıdır. Ermənistan Qarabağdan çıxsa, Türkiyə-Ermənistan sərhədi açılacaq və Ermənistana həm BTQ, həm də Qars-Naxçıvan xəttinə çıxış imkanı veriləcək. Nəticə etibarilə, sərhədlərin açılması Ermənistana daha çox fayda verəcək, nəinki bizə”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ