Cümə axşamı günü, 12 noyabr 2026
     

Rusiya-Qərb gərginliyinin Qafqaza transfer ehtimalları və Qarabağ münaqişəsinin həllinin tezləşmə şansları…

Image


Rusiya və ABŞ arasında kəskinləşən  münasibətlərin dünya nizamına, o cümlədən tərəflərin maraqlarının toqquşduğu bölgələrə necə təsir göstərəcəyi indi xüsusi müzakirə mövzularından biridir. Hesab edilir ki, tərəflər arasında yaşananlar kifayət qədər geniş coğrafi məkanda vəziyyəti əsaslı surətdə dəyişəcək. Belə məkanlardan biri qismində isə Cənubi Qafqazın adı ayrıca çəkilir.

Düzdür, indilikdə Rusiya və ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyası arasında qarşıdurma özünü daha çox Yaxın Şərqdə, Suriya cəbhəsində göstərir. Amma ABŞ-ın Cənubi Qafqazda da fəallaşması və Gürcüstanda Vaşinqtonun hərbi varlığını intensiv gücləndirməsi tərəflərin gərginlyinin tədricən Cənubi Qafqaza da keçməkdə olduğunu aydın nümayiş etdirir. Buna cavab olaraq Rusiyanın yenidən bölgədə hərbi fəallıq dərəcəsini yüksəltməsi də özünü göstərir. Aydındır ki, bütün bunlar bölgədəik konfliktlərə, o cümlədən də Dağlıq Qarabağ münaqişəsinə təsirsiz ötüşməyəcək.  Məsələ ilə əlaqədar rusiyalı politoloq Konstantin Kalaçov də bildirir ki, ABŞ - Rusiya qarşıdurmasının Qafqazda da müşahidə edilməsi qaçılmaz olacaq.  Onun fikrincə, dünya üçün ən qorxulu məqam, ABŞ-Rusiya toqquşmasından daha çox, bu toqquşmaya mane olacaq və tərəfləri barışdıracaq heç bir alternativ gücün olmamasıdır: “Danışıqlar və yenilənmə haqqında hazırda tərəflərdən heç biri danışmır. Qarşılıqlı şantajda dərəcələrin artırılması davam edir. Hələlik dünya siyasətində elə bir nüfuzlu subyekt görünmür ki, barışdırıcı və ya danışıqların təşəbbüskarı rolunu üzərinə götürə bilsin. Ona görə də sülhün azsaylı tərəfdarlarından kimə ümid bağlanacağı hələlik aydın deyil. Amerikalılar Suriyaya hücum etsələr və qurbanlar arasında rusiyalı hərbçilər olsa, o zaman hadisələr qeyri-müəyyən və geri dönüşü mümkün olmayan xarakter alacaq. İndi artıq problem ayrı-ayrı rus milyarderləri deyil. Kimyəvi hücum amerikalılar və rusiyalılar arasında birbaşa toqquşmaya səbəb ola bilər”. Ekspert vurğulayır ki, iki böyük güc arasında münasibətlərin gərginləşməsi Qafqazda da öz əksini tapacaq. Bunu gürcü ekspert  Gela Vaşadze də təsdiq edir.  O, ABŞ və Rusiya arasında yeni “soyuq müharibə”nin gözləniləndən daha uzun olacağını bildirib: “Kreml ABŞ-ın yeni sanksiyalarına hələlik tutarlı cavab vermək iqtidarında deyil. Biz yaxşı anlamalıyıq ki, “Soyuq müharibə 2” daha ciddidir və uzun müddətə hesablanıb. Hətta qərarları verənlər belə bunun nə qədər davam edəcəyini bilmir. Cənubi Qafqaza gəlincə isə, burada məsələyə iki aspektdən – siyasi və iqtisadi aspektdən baxmaq lazımdır. Aydındır ki, Cənubi Qafqaz üçün Rusiya iqtisadiyyatının vəziyyəti öz iqtisadi təhlükəsizliyi baxımından vacib elementdir. Buraya həm xarici ticarət, həm də miqrant məsələləri aiddir. Biz heç nəyi dəyişə bilmərik, amma onun neqativ effektinin yumşaldılmasına hazırlaşa bilərik. Bu məsələdə regional tərəfdaşlıq formatı açar rolunu oynamalıdır. Siyasi aspektə gəlincə isə, bir fikirlə kifayətlənmək istərdim. Dünyanın yenilənməsi dövründə regionda dəyişikliklər nəinki mümkündür, hətta qaçılmazdır. Ona görə də bunu sadəcə diqqətdə saxlamaq lazım deyil, həm də yeni fərqli ssenarilərə hazır olmaq lazımdır”.

Hesab edilir ki, Rusiya - ABŞ qarşıdurmasından region ölkələrindən ilk olaraq Ermənistan daha çox təsirlənəcək. Çünki Ermənistan bir dövlət kimi sırf Rusiyadan asılıdır və Kremlin Qərblə qarşıdurmada itirdikləri fonunda İrəvanın daha da zəifləməsi qaçılmaz sayılır. Məsələ ilə bağlı amerikalı ekspert Stiven Blank bildirir ki, hətta yaranmış vəziyyətdə erməni lobbisi belə İrəvana yardım edə bilməyəcək. Ekspertə görə, ermənilər həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə ruslardan o qədər asılı vəziyyətə düşüblər ki, artıq Kremlin vassalına çevriliblər. Bu da onun vəziyyətini ağırlaşdırır: “Acı reallıq ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişənin uzanmasında uduşlu tərəf olan Moskva bundan  Ermənistanın suverenliyini ciddi şəkildə zədələmək üçün istifadə edir. Münaqişə üzündən Ermənistan regionda həyata keçirilən ticarət, dəmir yolu, energetika layihələrindən təcrid olunub. Belə vəziyyətdə qeyri-sabit status-kvonun saxlanması təhdid mənbəyidir. Bu hal əslində nə münaqişə tərəflərinin, nə də ABŞ-ın maraqlarına uyğundur. Bizim əsas marağımız sülh içində olan Qafqaz olmalıdır. O Qafqaz ki, Moskvanın təsirindən uzaqda hər üç dövlət azad şəkildə inkişaf edə bilsin. ABŞ Rusiyadan qorunmaları naminə çətin kompromislərin qəbulunda əsas iştirakçılara kömək etmək üçün başlıca rolu üzərinə götürməlidir. Bununla da regional müharibənin qarşısını almış olar. Ağ Ev region ölkələrinə kömək etmək istəyirsə, bu vacib regionu Moskvanın tender yardımlarının və müharibənin ümidinə qoymamaq üçün aktiv şəkildə ABŞ diplomatiyasını təşviq etməlidir”. Ekspert diqqəti ona da yönəldir ki, Rusiya 2008-ci ildə baş vermiş Gürcüstan-Osetiya hərbi münaqişəsindən sonra Ermənistanda öz hərbi iştirakını möhkəmləndirərək orada güclü iqtisadi və siyasi mövqelərə nail ola bilib: “Ermənistan, Abxaziya və Cənubi Osetiyada  hərbi iştirakı Rusiyaya bölgədə əsas xarici qüvvə mövqeyinə malik olmağı təmin edir. Buna baxmayaraq, Qərb Rusiyanın keçmiş sovet periferiyasına təsirinin genişlənməsinə yol vermək niyyətində deyil”.

Bu açıqlamadan bir daha aydın görünür ki, artıq Qafqaz da ABŞ və Rusiyanın çəkişəcəyi əsas meydanlardan birinə çevrilməkdədir. Bu durumda Ermənistanın Rusiyanın yanında yer alması isə onun Qərb tərəfindən yeni təzyiqlərə məruz edilməsi ilə nəticələnəcək. Onsuz da ABŞ-da artıq dəfələrlə Ermənistanın da sanksiyalara məruz qala biləcəyinə dair fikirlər səsləndirilib və bunun üçün də hüquqi əsas yaradılıb. Məsələ burasındadır ki, Kremllə münasibətlərin kəskinləşməsi ilə bağlı olaraq ABŞ ilin əvvəlində anons etdiyi yeni sanksiyaları Rusiyaya qarşı tədricən tətbiq etməyə başlayıb. Elə bu da Ermənistanın ABŞ sanksiyaları altına düşməsi ehtimalını xeyli artırır. Çünki ABŞ-ın xəbərdarlıqlarana baxmayaraq, İrəvan Rusiya ilə müxtəlif, o cümlədən hərbi müstəvidə yeni alış-veriş edir. Bu günlərdə isə  Ermənistan müdafiə nazirinin müavini, Hərbi Sənaye Komitəsinin rəhbəri David Paxçanyan bildirib ki, yaranmış durumda ölkəsi Rusiyadan silah almaqla öz maraqlarına xidmət edir və bundan sonra da, sanksiya təzyiqlərinə rəğmən, əməkdaşlığı davam etdirəcək: “Sözsüz ki, sanksiyalar problemdir. Bizim qarşımızda təhlükəsizliyin təminatı məsələsi dayanır və biz öz maraqlarımızdan çıxış edəcəyik. Rusiya ilə münasibətlər kifayət qədər effektiv inkişaf edir. Birinci müdafiə krediti ilə bağlı tədarük, demək olar ki, tam başa çatıb. Bu işin davamı ilə bağlı razılaşma var. Bu bizim ordunun təchizatının ciddi hissəsidir”.2017-ci ilin iyulunda Konqresdə qəbul olunan “Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət göstərmək haqqında” (CAATSA) qanuna əsasən isə, Rusiya şirkətləri ilə böyük həcmdə əməkdaşlıq edən, bu ölkədən iri məbləğdə maliyyə vəsaiti hesabına silah alan üçüncü ölkələrin uyğun qurumları və şirkətləri də ABŞ-ın sanksiyasına məruz qalacaq. Bu da Ermənistanın ABŞ sanksiyaları altına düşməsi üçün lazımi əsas yaradır.  Özü də bütün bunlar o fonda cərəyan edir ki, İrəvan açıq şəkildə Rusiya-Qərb qarşıdurması fonunda Moskvanın yanında yer aldığını nümayiş etdirir. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının Peterburq toplantısında çıxışı zamanı təşkilatın baş katibi, erməni əsilli Yuri Xaçaturovun açıqlamaları da təsdiq edir. Yuri Xaçaturov vurğulayır ki, beynəlxalq vəziyyətdəki gərginlik Rusiya, eləcə də  onun müttəfiqlərinin iqtisadi və siyasi təcridinə yönəlib. Onun sözlərinə görə, Qərb Rusiyanın təcavüzkar olması barədə ictimai fikir yaratmağa çalışır, amma bir tərəfdən də özü Rusiyanın bütün sərhədləri boyunca hərbi bazalar qurur. O, Qərbin belə qeyri-adekvat fəaliyyətinin səbəbinin onun Balkanlar, Qafqaz, Suriya və Ukraynada tətbiq etdiyi siyasətin uğursuzluğu ilə əlaqədar olduğunu bildirib. Yuri Xaçaturovun Ermənistanı təmsil edən rəsmi şəxs olması onun fikirlərinin birbaşa İrəvanın mövqelərini əks etdirdiyini də deməyə əsas verir. Aydındır ki, Ermənistanın bu mövqeyi Qərb tərəfindən nəzərə alınır və belə vəziyyət İərvana qarşı da müəyyən addımların atılmasını qaçılmaz edir. Belə vəziyyətə erməni diasporunun müdaxilə imkanları isə mümkünsüz sayılır. Məsələ burasındadır ki, Qərb-Rusiya qarşıdurması fonunda erməni diasporunun Qərb və Rusiyadakı qollarının bir-birinə münasibəti daha mürəkkəb xarakter alıb. Qeyd edək ki, erməni diasporunun maliyyə və təşkilatçılıq cəhətdən ən güclü qolu olan Qərbdəki diasporu ilə ən çoxsaylı qolu olan Rusiyadakı diasporu arasında illərdir ki, Ermənistanın siyasi, iqtisadi həyatına təsir etmək uğrunda rəqabət gedir. Əhalinin bir hissəsinin qərbləşmə, Avropaya inteqrasiyanı, digər hissəsinin isə mühafizəkarlığı, Rusiya ilə yaxın tərəfdaşlığı dəstəklədiyi Ermənistan cəmiyyəti bu tərəflərə münasibətdə parçalanmış durumdadır. Amma erməni ekspertlər özləri iddia edir ki, Rusiya amilinin də təsiri ilə Rusiyadakı erməni diasporu Qərbdəki diasporla müqayisədə Ermənistanda daha çox üstünlüyə malikdir. Bu da Qərblə qarşıdurmada İrəvanın Moskvanın yanında yer almasını şərtləndirən faktor sayılır. Bu durumda Ermənistana yönəlik Qərb təzyiqlərinin artması İrəvanın Qarabağ məsələsində mövqelərini əhəmiyyətli dərəcədə zəiflədə bilər. Elə bu da Qarabağ münaqişəsinin həlli istiqamətində yeni bir vəziyyətin yaranmasına təsir göstərə biləcək başlıca amillərdən sayılır. Hər halda, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi yaxın tezlikdə məlum olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ