ABŞ ordusu Hörmüz boğazında “Apaçi” helikopterinin vurulmasına görə, İrana qarşı qisas hücumu həyata keçirib. İran da öz növbəsində ABŞ-ın hücumlarına cavab olaraq Körfəz ölkələrindəki ABŞ bazalarını və bölgədəki ABŞ dəniz qüvvələrini hədəf alıb.
“Fox News”a danışan yüksək vəzifəli ABŞ rəsmisi, gecə ərzində İran daxilində 20 hədəfə zərbə endirildiyini təsdiqləyib. Mənbə əməliyyatların başa çatdığını, lakin Mərkəzi Komandanlığın vəziyyəti hələ də "aktiv" hesab etdiyini bildirib.
İran İnqilab Keşikçiləri isə ABŞ hücumlarına cavab olaraq bölgədəki 21 Amerika hərbi hədəfinə zərbə endirdiyini iddia edib. Tehran administrasiyası raket və dronlardan istifadə edərək müxtəlif yerlərdə əməliyyatlar keçirdiyini açıqlayıb.
Tahir TAĞIYEV