Dağıstandakı "Qazprom Transgaz Mahaçqala" zavodunun Mozdok-Kazıməmməd magistral qaz boru kəmərində ardıcıl üç güclü partlayış baş verib.
Kızılyurt rayonunun Nijni Çıryurd qəsəbəsi yaxınlığında baş verən hadisə nəticəsində təxminən 15 metr hündürlükdə yanğın baş verib. Alovların artması səbəbindən ərazidən 100-dən çox insan təxliyə edilib və şəhərin qaz təchizatı kəsilib.
İlkin qiymətləndirmələrə görə, partlayışlar qaz sızmasından baş verib və hadisə yerinə göndərilən qruplar yanğını nəzarət altına almaq üçün işə başlayıblar.
Tahir TAĞIYEV