“Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyana qarşı cinayət işi açılıb. Ermənistan Baş Prokurorluğunun məlumatına görə, iş adamı olan Tsarukyan xüsusilə külli miqdarda vergidən yayınmaqda ittiham olunur.
Bundan əvvəkl Ermənistan mediası Tsarukyanın ölkədən qaçmağa cəhd etdiyi barədə xəbərlər yayıb. Bildirilir ki, , Tsarukyan iyunun 9-da ölkəni tərk etmək istəyib, lakin hava limanında onun çıxışının qadağan olunduğunu öyrənib.
Qeyd edək ki, 8 iyunda parlament seçkilərində səsvermənin bitməsindən bir neçə saat sonra Baş nazir Nikol Paşinyan Tsarukyanı həbslə hədələyib.
Tahir TAĞIYEV