Xarici media adları döyüş sənətləri salnaməsinə qızıl hərflərlə yazılmış və karate tarixində ən böyük hesab edilə bilən on əfsanəvi karateçinin hekayəsini yazıb. Yazıda dünyaca ünlü karate ustaları Giçin Funakoşi, Masutatsu Oyama, Çocun Miyagi, Kenva Mabuni kimi isimlərin sırasında azərbaycanlı karate ustası Rafael Ağayevə xüsusi yer verilib. Bildirilir ki, müasir tataminin parlaq incisi və misilsiz kumite dahisi olan Rafael Ağayev WKF karatesində əbədi dominantlıq standartını müəyyən etdi. Bu fenomenal Azərbaycan döyüşçüsü beşqat dünya çempionu və on bir qat Avropa Kralı oldu, özünəməxsus, aqressiv və inanılmaz dərəcədə möhtəşəm üslubu ilə tamaşaçıların təxəyyülünü ələ keçirdi.
Həmyerlimizin dünya mediasının gündəminə düşməsi qürurvericidir.
SAMİRƏ