Bazar günü günü, 18 oktyabr 2026
     

Prezidentliyə namizədlərin təşviqat prosesi PA, MSK, MŞ, MTRŞ və KİVDF-nin KİV rəhbərləri ilə geniş seminarından başladı...

Image


Dünən Azərbaycan Respublikası Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK), Milli Televiziya və Radio Şurası (MTRŞ) və Mətbuat Şurasının dəstəyi və təşkilatçılığı ilə "Azərbaycan Respublikasının prezident seçkilərində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib.

Tədbir Bakının tanınmış otellərindən sayılan “Absheron Mariot JW”də baş tutub. Tədbirdə iştirakı nəzərdə tutulan qonaqların qeydiyyatının aparıldığı masanın ətrafındakı sıxlıqdan maraqlı müzakirənin aparılacağını təxmin etmək olurdu. Çünki Azərbaycan mediasının bütün qaymaqlarını orada görmək mümkün idi. Tədbir iştirakçılarına paylanan broşurda gündəlikdə nələrin müzakirə ediləcəyi və kimlərin məruzəsinin nəzərdə tutulduğu qeyd olunmuşdu. Zalda hamı öz yerini tutandan sonra məlum oldu ki, seminar-müşavirədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MSK sədri Məzahir Pənahov, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov,  KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, KİV rəhbərləri, jurnalistlər, fəal sosial şəbəkə istifadəçiləri və blogerlər iştirak edirlər. Tədbiri giriş nitqi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açdı.

MSK sədri M.Pənahov bildirdi  ki, seçki prosesində artıq finiş xəttinə çıxılıb, artıq bu gündən (dünəndən - red.) İctimai Televiziyanın (İTV) efirində namizədlərin “dəyirmi masa”sı olacaq: "Bu gün seçkiqabağı təşviqat başlayır. Namizədlər İctimai Radiodakı “dəyirmi masa”nın İTV-dəki “dəyirmi masa”dan əvvəl olmasını istəyirlər. Radioda “dəyirmi masa”nın saat 19.00 radələrində, İTV-də “dəyirmi masa”nın saat 22.00, yaxud saat 22.00-dan sonra olması gözlənir".

MSK sədri prezident seçkilərində 5600 məntəqədə 5 milyon 300 mindən çox seçicinin səs verməsinin gözləndiyini nəzərə çatdırdı: "Seçkilərə bir neçə gün qalmış ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 280 qısamüddətli müşahidəçiləri də gələcək. Eyni zamanda, 1000 seçki məntəqəsində vebkameralar quraşdırılıb. Seçkilərin şəffaf təşkili baxımından ən effektiv vasitə vebkameralardır. Azərbaycana gəlmədən dünyanın istənilən nöqtəsində Azərbaycandakı seçki məntəqələrinin 20 faizində seçki prosesini izləmək, müşahidə etmək mümkündür. Bu, siyasi iradənin təzahürüdür, məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə seçkilərin şəffaflığının təmin edilməsi üçün vebkameralar quraşdırılmasına qərar verilib".

Müxtəlif ölkələrdə seçki ilə bağlı xırda nöqsanların kənar qüvvələr tərəfindən şişirdilməsi hallarına rast gəlindiyini qeyd edən MSK sədri seçki prosesində KİV-in üzərinə böyük vəzifə düşdüyünü söyləyib: "Şəxsən biz Azərbaycan KİV-nin təcrübəsinə inanırıq. Seçki yeganə prosesdir ki, maraqlı qüvvələrin seçki vasitəsilə ölkələrin daxili işlərinə müdaxilə etmək imkanı var. Azərbaycanda seçki ilə bağlı əldə olunan nailiyyətlərdə KİV-in də böyük rolu var. Xaricdən maraqlı tərəflər KİV vasitəsilə ölkənin daxili işinə müdaxilə etmək cəhdləri edirlər. İndiyə qədər KİV-lər bu cür hallara yol verməyib və inanıram ki, bu seçkilər zamanı da KİV nümayəndələri özlərini bölgələrdə xalqına xidmət edən bir qurumun nümayəndəsi kimi hiss edəcəklər".

M.Pəhanov seçkilərdə kifayət qədər beynəlxalq və yerli müşahidəçilərin qeydə alındığını da diqqətə çatdırdı. O bildirdi ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da seçkiləri müşahidə edəcək: "Artıq DTİHB-nin uzunmüddətli missiyası fəaliyyətə başlayıb, seçkiyə bir neçə gün qalmış qurumun 280 nəfər qısamüddətli müşahidəçisi gələcək".

Sonra çıxış üçün Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənova söz verildi. O bildirdi ki, seçki prosesi üç mərhələdən ibarətdir. Bura təbliğata qədər, təbliğat dövrü və seçki prosesinin keçirilməsi, nəticələrin elan olunmasını aid edə bilərik. Ə.Həsənov KİV-i Seçki Məcəlləsinin tələblərinə riayət etməyə, peşəkar fəaliyyət ortaya qoymağa çağırıb: "Hər bir namizəd seçicilərə fikir və mülahizələrini KİV vasitəsilə kütləvi şəkildə çatdırmalıdır. MSK namizədlərin istəyini nəzərə alaraq, televiziyada namizədlərin debatlarının müddətini 21.00-23.00 arasında müəyyənləşdirəcək. Əvvəllər debatlar saat 19.00-da təşkil olunurdu, əhalinin müəyyən hissəsi bu debatlara baxa bilmirdi".

Ə.Həsənov daha sonra bildirib ki, KİV-in rolu prezident seçkilərində iştirak edən namizədlərin roluna bərabərdir: "KİV namizədlər üçün vahid qiymətin, o cümlədən vaxt və yerin ayrılmasını təmin etməlidir. KİV bütün namizədlər üçün bərabər şərait yaratmalıdır. Bu, KİV-in peşəkarlığından və Seçki Məcəlləsinin tələblərindən irəli gəlir. Seçki Məcəlləsinin pozulmamasına xüsusi diqqət yetirilməlidir. KİV-in rolu 3-4 mərkəzdən monitorinq olunacaq, bütün seçki müşahidə missiyaları KİV-də namizədlər üçün yaradılmış şəraiti hesabatlarında qeyd edəcəklər".

Azərbaycan Prezidentinin köməkçisi qeyd etdi ki, namizədlərdən biri prezidentdir və onunla bağlı məsələyə xüsusi diqqət verilməlidir: "KİV-də ölkə Prezidentinin cari fəaliyyətinin işıqlandırılması ilə Prezidentin təbliği arasında cizgi pozulmamalıdır. Mən KİV-in bu məsələnin öhdəsindən peşəkarlıqla gələcəyinə inanıram. Digər tərəfdən, pullu efir vaxtı ilə bağlı Seçki Məcəlləsinin tələbləri pozulmamalıdır. Bir namizəd üçün müəyyən edilən qiymət, ayrılan vaxt digər namizəd üçün də eyni olmalıdır".

Tədbir Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin çıxışı ilə davam etdi. O bildirdi ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində indiyə qədər hər hansı qurum və namizəd tərəfindən KİV-lərlə bağlı şikayət daxil olmayıb.

N.Məhərrəmli bu yaxınlarda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası ilə görüş keçirdiyini bildirdi: “Onlar hazırda fəaliyyətdə olan Prezidentin dövlət başçısı kimi fəaliyyəti ilə namizəd kimi təbliğatının necə tənzimlənəcəyi ilə maraqlanırdılar. Mən bu sahədə balansın qorunub saxlanacağını bildirdim. Bu sahədə qızıl balansı qoruyub saxlamağa çalışacağımızı bildirdik. Ödənişli təbliğata bütün radio və televiziyalar hazırdır. Amma seçki təbliğatı ilə reklam fəaliyyəti arasında balans gözlənilməlidir. Bəzən televiziyalarda mal və xidmətlərin reklamı namizədlər üçün ayrılan vaxtın qiymətindən baha olur. Ona görə də telekanallar bəzən namizədlər üçün pullu efir vaxtının ayrılmasında maraqlı olmurlar. Mən ona görə də namizədlərin pullu efir vaxtı ilə bağlı ödənişlərə normal yanaşmasını istərdim".

MTRŞ sədri bildirdi ki, ödənişli təbliğata bütün radio və televiziyalar hazırdır.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında rəhbərlik etdiyi qurumun seçki ilə bağlı fəaliyyətindən söz açdı: "15 qəzetin, 10 agentliyin monitorinqi aparılmaqdadır. Monitorinqlər zamanı namizədlərlə bağlı materialların nə dərəcədə peşəkarlıqla hazırlanması araşdırılacaq. Bu zaman faktla və müəllifin şərhi arasında fərqə də diqqət yetiriləcək. Seçki günü Mətbuat Şurasının telefonları "qaynar xətt" kimi fəaliyyət göstərəcək. Əvvəlki seçkilərdə olduğu kimi, hər hansı məsələ ortaya çıxan zaman MSK ilə əlaqə yaradılacaq".

Ə.Amaşovun sözlərinə görə, monitorinqlər zamanı namizədlərlə bağlı materialların nə dərəcədə peşəkarlıqla hazırlanması araşdırılacaq.

MSK sədrinin müavini Natiq Məmmədov isə çıxışını daha çox hüquqi maarifləndirmə aspektində qurdu və qanunvericiliyin tələblərindən misallar çəkdi. MSK rəsmisi xüsusilə də hansı qəzetlərin pulu reklamdan istifadə edib-edə bilməyəcəyi ilə bağlı da qanunvericiliyin tələblərini diqqətə çatdırdı. O, həmçinin, medianın məsuliyyətilə yanaşı, haqqı çatdığı mövzularla da bağlı geniş məruzə etdi və bildirdi ki, qanunvericilik mediaya bu cür prosesləri peşəkarcasına işıqlandırmağa imkan verir.

Müşavirənin müzakirələr mərhələsində çıxış üçün söz istəyən "Teleqraf" media qrupunun rəhbəri Aynur Camalqızı əvvəlcə belə tədbirin təşkili üçün minnətdarlığını ifadə etdi. Xanım redaktor daha sonra sosial şəbəkələrdə, xüsusilə də "YouTube" videoxidmətində Azərbaycanın simvolları, atributları haqqında təhqiramiz materiallar yerləşdirilməsi ilə bağlı bu sosial şəbəkənin rəhbərliyinə müraciət olunmasını təklif etdi: “Mən bunun dəqiq mexanizmini bilmirəm. Ancaq mütəxəssislərlə daim bu istiqamətdə fikir mübadiləsi aparıram. Mənə deyirlər ki,                                            

“YouTube” rəhbərliyi Azərbaycan dilini bilmir. Buna görə də həmin materiallar tərcümə olunub  “YouTube” rəhbərliyinə çatdırılmalıdır. Bu olduqca zəruridir.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilməsini, “YouTube”dakı təhqiramiz videoların qarşısının alınması istiqamətində tədbirlər görülməsini tələb etdi. Sonra isə MSK rəsmilərindən hansı qəzetlərin pullu reklamla məşğul olub-ola bilmədiyi ilə bağlı məsələyə daha dərindən aydınlıq gətirilməsini istədi. MSK rəsmiləri baş redaktorun nəzərinə çatdırdılar ki, onun qəzeti belə reklamları cəlb edə bilər.

Sosial şəbəkələrlə bağlı səslənən təkliflərə MSK sədri daha ətraflı münasibət bildirdi.

Məzahir Pənahov bu məsələdə cəmiyyətlə ortaq məxrəcə gəlinməsini vacib saydı: ”Sosial şəbəkələrdə müəyyən insanların səviyyəsizlik ortaya qoymasına tək Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də rast gəlinir. Kim özünü əxlaq normalarından aşağı aparırsa, o, ən az qorxulu rəqibdir, onu ciddi qəbul etmək lazım deyil. Dünya o səviyyədə deyil ki, kiminsə səviyyəsiz fikrinə əsasən bir insan haqqında rəyi formalaşsın. Ona görə də belə hallara fikir vermək lazım deyil. Ancaq o başqa məsələdir ki, dünyada müəyyən ciddi qüvvələr, mərkəzlər dünyanın müasir kommunikasiya dilindən istifadə edərək məqsədli şəkildə belə fəaliyyət təşkil edirlər. Biz belə mərkəzlərə qarşı mübarizə aparmalıyıq. Dünyanın müasir kommunikasiya dili var və biz bütün imkanlardan istifadə edərək Azərbaycan ictimaiyyətini maarifləndirməliyik. Əsas məsələ isə odur ki, seçkinin nəticələrini Azərbaycan ictimaiyyəti qəbul edir. Bəzən tərbiyəsiz saytlara baxılmasının statistikasını verirlər. Mən buna təəccüblənirəm. Küçədə bir nəfər etikadan kənar hərəkət etsə, hamı ona baxacaq. Bu, həmin insanın hərəkətinin təqdir olunması deyil. İnternetdə hansısa təhqiramiz materiala bir milyon insan tərəfindən baxılması da onun təqdir edilməsi demək deyil. Amma belə hallara münasibət də bildirilə, etiraz da edilə bilər”.

MSK sədri xüsusən səsvermə günü məsuliyyətli olmağı vacib saydı: “Kimlərsə məqsədli şəkildə seçki məntəqəsində seçki prosesini pozmaq istəyirsə, bu barədə Dairə Seçki Komissiyası və MSK-ya bildirmək lazımdır. KİV-in də bu sahədə xüsusi rolu var”.

Bununla da tədbir öz işini yekunlaşdırdı.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ