çərşənbə günü, 11 noyabr 2026
     

İsrail XİN-in sözçüsü İraq və Suriyanın bir dövlət kimi mövcudluğunu itirə biləcəyini dedi

Image


“Heç kəs bilmir ki, bir az sonra İraq və Suriya dövləti olacaqmı, yoxsa onlar başqa şeyə çevriləcək”

 

“Azərbaycana səfər Netanyahunun əsas prioritetləri sırasındadır”

 

“Mən inanıram ki, Türkiyə ilə İsrail arasında yaxşı münasibətlər bütün region üçün stabilliyə xidmət edə bilər”. APA-nın İsrailə ezam olunmuş müxbirinin xəbərinə görə, bu sözləri İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Emanuel Naxşon deyib.

O bildirib ki, hazırda İsraillə Türkiyə arasında barışıq prosesi gedir: “Bu, son dərəcə vacibdir. Mən Türkiyədə diplomat kimi fəaliyyət göstərmişəm. Ona görə də Türkiyənin bizim üçün və bütün bölgə üçün nə dərəcədə vacib olduğunu bilirəm. Türkiyə ilə həmişə yaxşı münasibətlərimiz olub, lakin ötən illərdə biz bir sıra çətinliklərlə qarşılaşmışıq. Əminəm ki, bütün bu çətinliklərin öhdəsindən gələcəyik. Türkiyə Yaxın Şərq və İsrail, hətta bir qədər uzaq olan Orta Asiya üçün aparıcı aktyordur. Türkiyə İraq və Suriyadan gələn qaçqınların məsələsinin həllində Avropa üçün çox mühüm ölkədir. Türkiyə gündən-günə iqtisadi cəhətdən inkişaf edən ölkəyə çevrilir. Türkiyə ilə yaxşı münasibətlərimizin olması çox vacibdir. Biz barışıq razılaşması imzalamışıq. Ümid edirik ki, tezliklə qarşılıqlı olaraq səfirləri təyin edəcəyik və əvvəllər olduğu kimi, yaxşı münasibətlərə qayıdacağıq. Biz hazırda Türkiyə tərəfindən idarə olunacaq fonda kompensasiya ödəməliyik. Səhv etmirəmsə, pul artıq Türkiyəyə göndərilib. Lakin bayram səbəbi ilə banklar bağlıdır. Düşünürəm ki, bu, yaxın günlərdə reallaşacaq”.

E. Naxşon ABŞ-da keçiriləcək prezident seçkilərinə də toxunub: “Hər kəs kimi, biz də ABŞ-dakı seçkiləri gözləyirik. Heç kəs bilmir ki, nə baş verəcək. Biz çox ehtiyatlı davranırıq, bu məsələ ilə bağlı fikir bildirmirik, namizədlərin hər hansı birinə dəstək ifadə etmirik. Düzdür, bu hadisə dünyanın digər tərəfində, başqa ölkədə baş verir. Amma bunun hamımıza təsiri var”.

Nazirlik sözçüsü İsrailin Rusiya ilə çox sıx və yaxşı münasibətlərinin olduğunu da deyib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və İsrail baş naziri Benyamin Netanyahu arasında çox sıx kontakt var və qarşılıqlı səfərlər gerçəkləşdirilir: “Biz həmişə Rusiyaya dərin dostluq münasibəti hiss etmişik. Həmişə SSRİ-yə nasist Almaniyasına qarşı mübarizə apardığı üçün minnətdarıq. Bu ölkə yəhudiləri konslagerlərdən xilas edib. Bütün bunlar münasibətlər üçün dərin emosional əsas təşkil edir”.

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Fələstin məsələsinin həllinin onlar üçün çox vacib olduğunu deyib. Onun sözlərinə görə, baş nazir Benyamin Netanyahunun BMT Baş Assambleyasının iclasında iştirak etməsi üçün Nyu-Yorka səfərinə hazırlıq gedir: “Baş nazir orada çıxış edəcək. Həmçinin orada Fələstin lideri Mahmud Abbasın da çıxışı gözlənilir. Baş nazir Netanyahu ABŞ prezidenti Barak Obama ilə görüşəcək. Bu, yəqin onun Barak Obama ilə prezident kimi son görüşü olacaq. Biz Obama ilə Fələstin məsələsində irəliləyiş əldə etmək mövzusunu müzakirə etməyi düşünürük. Bu bizim üçün son dərəcə vacibdir.  Bir tərəfdən terror və zorakılıqla mübarizə aparmaq istəyirik, digər tərəfdən fələstinlilərə sülh əlimiz uzadırıq. Biz danışıqların yenilənməsində çox maraqlıyıq. Fələstinlə İsrail arasında danışıqlar çox vacibdir, çünki bu, sülh yolu ilə həllə nail olmağın yeganə yoludur. Biz fələstinliləri danışıqlar masasına qayıtmağa çağırırıq. Bu, Benyamin Netanyahunun Baş Assambleyadakı çıxışının da vacib bir hissəsi olacaq”.

Nazirlik sözçüsü Yaxın Şərqdə baş verən hadisələrə də toxunaraq regionda çox çətin və neqativ proseslərin baş verdiyini deyib: “Regionda, o cümlədən İraq və Suriyada baş verənlər bizim üçün çox vacibdir. Baxmayaraq ki, heç nə edə bilmərik, Suriya münaqişəsində tərəf deyilik, bu münaqişədən çox ehtiyatla kənarda dayanırıq, lakin baş verənlər bizim üçün çox vacibdir, çünki proseslər çox yaxın qonşuluğumuzda gedir. Bunun İsrailə də təsiri ola bilər. Hazırda bu ölkələr parçalanır. Heç kəs bilmir ki, bir az sonra nə olacaq. Biz yenə İraq və Suriya dövlətini görəcəyikmi, yoxsa onlar başqa şeyə  çevriləcək, bunu heç kəs bilmir. Biz Suriyada yaralanmış insanlara humanitar yardım edirik, xəstəxanalarımızı onların üzünə açmışıq. Bizim üçün fərqi yoxdur, sünnidir, yoxsa şiə, Bəşər Əsədin tərəfdarıdır, yoxsa ona qarşı döyüşür, insan yaralanıbsa, onu müalicə edirik”.

Emanuel Naxşon İranla da münasibətlərə toxunaraq, İranın nüvə proqramını hələ də davam etdirməsinin tək İsrail deyil, bütün region üçün təhlükə olduğunu bildirib. O, hazırda radikal islamizmin və İranın region üçün böyük təhdid olduğunu qeyd edib.

"Azərbaycanla İsrail arasında münasibətlər diplomatik və ya siyasidən daha çox dostluq münasibətləridir”. Bu sözləri də Emanuel Naxşon deyib.

O bildirib ki, iki ölkə arasında çox sıx dialoq mövcuddur: “Burada əslən Azərbaycandan olan çoxlu yəhudi yaşayır. Onlar iki xalq arasında körpü rolunu oynayırlar. Siyasi münasibətlərimiz çox yaxşıdır. Sıx dialoq apardığımız enerji məsələləri hər iki ölkə üçün çox vacibdir. Digər vacib məsələ regional təhlükəsizliklə bağlıdır. Hər iki ölkə potensial təhlükəli və qeyri-stabil regionda yaşayır”.

E. Naxşon vurğulaylb ki, Azərbaycandakı yəhudi icması özünü həmişə evində hiss edib: “Hətta Azərbaycandan İsrailə köçən yəhudilər də hər zaman Azərbaycan haqqında xoş sözlər danışıb, mütəmadi əlaqə saxlayıblar. Azərbaycandakı yəhudi icmasının vəziyyəti sizin nə dərəcədə tolerant ölkə olduğunuzu göstərir. Bu bizim münasibətləri daha da gücləndirir”.

Nazirlik sözçüsü iki ölkə arasında münasibətləri iqtisadiyyat, turizm və digər sahələrdə inkişaf etdirmək üçün çox yaxşı iradənin olduğunu bildirib. Onun sözlərinə görə, ölkəsi Azərbaycanın İsraildə səfirliyinin açılmasını çox istəyir: “Bu bizim yaxşı və güclü münasibətlərimizə daha da müsbət təsir edə bilər”.

E. Naxşon Dağlıq Qarabağ münaqişəsinə toxunaraq İsrailin  Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həllinə ümid etdiyini bildirib.

XİN rəsmisi İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri ilə bağlı dəqiq tarixin olmadığını deyib, lakin qeyd edib ki Azərbaycana səfər baş nazirin əsas prioritetləri sırasındadır. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ