Cümə günü, 20 noyabr 2026
     

Sultan II Mahmud xan

Image


Sultan II Mahmud xan Osmanlı sultanlarının otuzuncusu, İslam xəlifələrinin doxsan beşincisidir. Sultan II Mahmud xan 20 iyul 1786-cı ildə İstanbulda anadan olub. Atası Sultan I Əbdülhəmid xan, anası Nakşi-Dil sultandır. Kiçik yaşlarından qayğı ilə yetişdirilən Şahzadə Mahmud o dövrün ən dəyərli və səviyyəli müəllimlərindən mükəmməl təhsil görüb. Yüksək din və fənn elmlərini dövrün bilikli alimlərindən öyrənib.
Əmisi Sultan III Səlim xan onun yetişməsində qayğıkeşliklə səy göstərərək modern dövlət idarəsini, hərbi və texniki bilgiləri öyrənməsini təmin edib. Sultan III Səlim xan taxtdan endirildikdən sonra da Mahmudla tez-tez görüşərək ona tövsiyələr edib, onun sultanlığın taxtına çıxdığı zaman diqqət etməsi lazım olan şeyləri bildirib. 1808-ci il iyul ayının 28-də Ələmdar Mustafa paşanın Sultan III Səlim xanı təkrar başa keçirmək üçün saraya girdiyi zaman üsyançılar tərəfindən qəddarcasına şəhid edilməsi nəticəsində Sultan II Mahmud xan Osmanlı sultanlığının taxtına çıxıb.
Sultan II Mahmud xan Ələmdar Mustafa paşanı vəzir təyin edib Kabakçı üsyanından sonra ölkədə bir çox hadisələr törədən quldurları yola gətirməklə vəzifələndirdi. Kabakçı üsyanını törədənlər cəzalandırıldılar. Fəsad çıxaranlar İstanbuldan köçürüldülər. İstanbulda yaranan vəziyyəti yoluna qoyarkən Rumelidə, Hələbdə, Bağdadda və Anadoluda törədilən qarışıqlıqlar davam edirdi. Əlcəzairin idarəsini dayılar ələ keçirmişdilər. Bu qarışıqlığa son vermək məqsədilə Sultan II Mahmud Anadolu və Rumeli valilərini İstanbula dəvət etdi və onlardan yeni sultana sədaqətli olacaqlarını bildirmələrini istədi. Bu istək nəticəsində valilər Sultan II Mahmuda sədaqətli olacaqlarını ərz etdilər və üsyançılara qarşı bir ittifaq sənədini imzaladılar.
Bu zaman işi cığırından çıxaran üsyançılar xalqın mallarını qarət etməyə, yeniçərilər də hər bir işə qarışmağa başlamışdılar. Sultan II Mahmud xan üsyançıların bir qismini müxtəlif bəhanə və vəzifələrlə saraydan uzaqlaşdırdı. Vəzir Ələmdar Mustafa paşanın dövlət adamlarına və əsgərlərə qarşı apardığı icraatlar yeniçəriləri hərəkətə sövq etdi. Noyabr ayının 14-dən 15-nə keçən gecə baş verən böyük üsyan nəticəsində Ələmdar Mustafa paşa öldürüldü. Sultan II Mahmud xan icraata qoyduqları yenilikləri dayandırmaq məcburiyyətində qaldı. İşlərin təhlükəli bir yola girdiyini görən Sultan II Mahmud xan yaranan vəziyyəti aradan qaldırmaq məqsədilə yeniçərilərin bəzi istəklərini yoluna qoydu.
İstanbuldakı hadisələrin yatırılmasından sonra digər daxili və xarici məsələlərin həllinə baxıldı. Ərəbistandakı vəhhabilər Osmanlı dövlətinə və müsəlmanlara qarşı siyasi fəaliyyətlərdə qətliamlara varan təcavüzlər törədirdilər. Həcc mövsümündə hacıların yollarını kəsib müsəlmanlara işgəncə vermələri və İslam dininə olan həqarətləri dözülməz bir hal aldığına görə Xəlifə II Mahmud xan Misir valisi Məhməd Əli paşaya bir fərman göndərib vəhhabiləri ciddiyyətlə cəzalandırmasını əmr etdi. Məhməd Əli paşa da Xəlifə II Mahmudun əmrini yerinə yetirmək məqsədilə bir çox döyüşlər keçirərək mübarək bölgələri vəhhabilərdən təmizlədi. Bu zəfər xəbərinə çox sevinən II Mahmud xan Misir valisi Məhməd Əli paşaya hədiyyələr göndərdi. Beləcə, onların Osmanlı əleyhindəki təşəbbüslərə seyrçi qalmamalarını təmin etdi.
Balkanlarda Avropa dövlətlərinin Osmanlı dövlətinin birlik və bütünlüyünü parçalamaq qayəsilə törətdikləri bölücü və dağıdıcı fəaliyyətləri çox ciddi bir şəkildə artmışdı. Serblər, 1812-ci il may ayının 28-də imzaladıqları "Buxarest müqaviləsi" ilə muxtariyyət qazanmalarına baxmayaraq, rahat durmur, qarışıqlıqlar yaratmaq istəyirdilər. Onlar yaranan narahatlığı davam etdirmək üçün Osmanlı dövlətinə ödəyəcəkləri illik vergini ödəməyib kəsdilər və istiqlal təbliğatları ilə qalalardakı Osmanlı əsgərlərinə hücum etməyə başladılar. Fəqət kiçik hərbi hissələrin vuruşmaları şəklində cərəyan edən döyüşlərdə elə bir qəti nəticə ortaya çıxmadı.
1913-cü ildə serbləri yola gətirmək məqsədilə bir səfər təşkil edildi. Xurşid paşa Belqrada gəlib üsyançıları yola gətirdi. Üsyançı serb lideri Qara Yorqi əsir düşməkdən qurtulmaq üçün Avstriyaya qaçdı. Belqrad və Semendirə qalaları osmanlılara tabe oldu. Xurşid paşanın ümumi əfv elan etməsilə serbələrin silahları topladıldı. Qara Yorqidən sonra serblərin başına Miloş Obrenoviç keçdi. Osmanlı dövlətinə sədaqətlə xidmət edən Miloş Obrenoviç 1818-ci ildə Avstriyadan dönən rəqibi Qara Yorqini öldürtdü. Osmanlı dövlətinə sədaqətlə xidmət etməyə davam edən Miloş Obrenoviç, 1829-cu ildə Serbistana muxtariyyət verilməsinə baxmayaraq, osmanlılara bağlılığını davam etdirmişdir.
Arnavutluqda isə Təpədələnli Əli paşanın nüfuzu səbəbilə rumlar, Rusiyanın bütün təşviq və yardımlarına baxmayaraq, üsyana cəsarət etmirdilər. Ancaq fənərli rumlara keçmişdən bəri yaxşı və ingilislərlə gizli münasibətlərdə olan Xalet bəyin xaincə fəaliyyətləri və xüsusilə Təpədənli Əli paşanı uzaqlaşdırması yunanlara üsyan fürsəti verdi. Etniki Eterya və fənərdəki rum patriarxxanasının böyük hədəflər irəli sürdüyü üsyan 1820-ci ildə yatırıldı. Fəqət bu üsyan 1821-ci il fevral ayının 12-də yenidən başladı və çox ciddi bir hal aldı. Rum üsyançıları yüzillərdir hakimiyyəti altında yaşadıqları xalqın qonşuluq haqqını belə pozaraq müsəlman əhaliyə qarşı qətliamlara başladılar. Üsyan Afina, Tesalya və adalara da yayıldı. Qətliamlarda 1500-dən artıq müsəlman şəhid edildi.
Rus çarının yavəri və Etniki Eterya lideri Aleksandr İpsilantı 1821-ci il mart ayının 6-da Eflakda üsyan çıxardı. Fəqət üsyan yatırıldı və II Mahmud xan üsyançılara qarşı yerində və zamanında ciddi bir tədbir gördü. Bölgə əhalisinə silah paylandı. Üsyanlarla əlaqəsi olanlar ciddi şəkildə cəzalandırıldılar. İstanbuldakı Rum patriarxı və bir neçə metropolit üsyanla əlaqəli görülərək edam edildi. Lakin Osmanlı dövlətində yaranan daxili vəziyyət və Avropa dövlətlərinin üsyançılara davamlı yardım etmələri nəticəsində üsyanın tamamilə yatırılması mümkün olmadı. Beləcə, Moradakı üsyan böyüyərək adalara və Selanikə qədər yayıldı. Yaranan vəziyyət Sultan II Mahmudu Misir valisi Məhməd Əli paşanı üsyanı yatırmaqla vəzifələndirməyə vadar etdi. Beləcə, Kavalalı Məhməd Əli paşanın 1825-ci ildə oğlu İbrahim paşanın komandanlığında göndərdiyi kiçik, lakin nizam-intizamlı və modern bir ordu qısa bir zamanda üsyanı yatırmağa müvəffəq oldu.
Yunan üsyanı zamanında yeniçərilərin quldurluq etdiyini və pozğunçu hərəkətlər törətdiyini görən Sultan II Mahmud xan bu qeyri-adi fəsad yuvalarını tamamilə ortadan
qaldırmağa qərar verdi. Yeniçərilərin zorakılıq və vəhşilikləri əhalini də öz əleyhinə çevirmişdi. Sultan II Mahmud xan vəziri, şeyxülislamı və dövlətin liderlərini bir yerə toplayaraq yeniçərilərə qarşı ciddi bir tədbirin alınmasını tələb etdi və bütün əhalini bu qeyri-adi fəsad yuvalarının yox edilməsində birliyə çağırdı. Bu çağırış nəticəsində sultana bağlı olan birliklər xalqla bütünləşərək fitnə-fəsad yuvaları olan yeniçərilərin ocaqlarını dağıtdılar. Tək İstanbulda üsyançı, əxlaqsız, sərsəri təmizliyi həyata keçirilərək 20 mindən artıq yeniçəri cəzalandırıldı. Bu təmizlik xeyirli bir hadisə kimi qəbul edilərək "Vaka Hayriyyə" deyə adlandırıldı.
Özlərini bəktaşi qəbul edən yeniçərilərin dağıdılması nəticəsində qanunsuz qurulan saxta bəktaşi uşaq evləri bağlandı, ataları başqa yerlərə göndərildi. Hərbi ocaqlar qurularaq onların dövrün ehtiyaclarına uyğun ciddi-ciddi təlim və tərbiyə edilməsi, onlara silah verilməsi və xüsusi geyim geydirilməsi qərarlaşdırıldı. Topçu və qumbaraçı ocaqları islah edildi. Təlim və tərbiyəni üst səviyyəyə çıxarmaq üçün Avropadan müəllim və tərbiyəçilər gətirildi.
Osmanlı dövlətindəki bu sürətli inkişaf Avropa dövlətlərini hərəkətə gətirdi. İngilislər və fransızlar Osmanlı dövlətinin daxilindəki Mustafa Rəşid paşa kimi adamları yardım vədilə istifadə edərək Rusiya ilə müharibənin başlanmasına səbəbiyyət verdikləri kimi, Misir valisi Məhməd Əli paşanı da öz dövlətinə qarşı pis fikirlərlə təhrik etdilər. Misirdə Məhməd Əli paşanın hakim olacağı bir dövləti tanıyacaqlarını bildirən pis niyyətli ingilislər və fransızlar onun güclü və təlimli qüvvələrini özlərinə düşmən saydıqları Osmanlı dövlətinə qarşı çevirməyi bacardılar.
Məhməd Əli paşa oğlu İbrahim paşanın komandanlığında hələ ordusu tamamilə yenidən təşəkkül etməyən Osmanlı dövlətinin Suriya əyaləti üzərinə hərbi qüvvələr göndərdi. Nəticədə 1831-1832-ci illərdə baş verən müharibədə Misir əsgərlərinin çox və intizamlı olmaları səbəbilə qalib gəldilər. Belə olduqda osmanlılar Rusiyadan yardım istədilər. Osmanlıların bu qərarı İngiltərə və Fransanı təlaşa saldı. Fransanın vasitəsilə 1833-cü il aprel ayının 8-də "Kütahya müqaviləsi" imzalandı.
Bu müqaviləyə görə, Məhməd Əli paşaya Misir valiliyinə əlavə olaraq Suriya, oğlu İbrahim paşaya da Adana əyalətindən vergi toplatdırmaq ixtiyarı verildi. 1833-cü il iyul ayının 8-də Rusiya ilə müdafiə və yardım əsasına dayanan "Hünkar iskələsi müqaviləsi" imzalandı. 1839-cu ildə Misir üzərinə ordu göndərildi, fəqət bu hərəkatdan bir nəticə məlum olmadan Sultan II Mahmud xan 1839-cu il iyun ayının 30-da İstanbulda vəfat etdi. Sultan II Murad xan Çəmbərlidaşdakı türbəsində dəfn edilib.
Osmanlı dövlətinə sədaqətlə xidmət edən Sultan II Mahmud xan təqva sahibi, ədalət və mərhəmətdən ayrılmayan məşhur bir padşah olaraq tanınıb. O, həlim, səlim və mərhəmətli bir şəxsiyyət idi. Onun tərbiyə və nəzakəti yüksək səviyyədə idi. Çox şəfqətli idi, hafizəsi çox güclü, müqəddəs dinin tələblərini gecikdirmədən yerinə yetirər, boş zamanlarında kitab oxuyardı.
Sultan II Mahmud xan Osmanlı dövlətinin irəliləməsini, sənayedə dövrün səviyyəsinə yüksəlməsini istəyən tədbirli bir dövlət adamı idi. Onun dövründə baş verən böyük hadisələr qarşısında ümidsizlik və çaşqınlıq göstərmədi. Böyük və ciddi dəyişikliklər edərək Avropa səviyyəsində nizam-intizamlı, güclü bir ordu qurdu. Təhsil sistemində ciddi yeniliklər həyata keçirərək təhsili pulsuz və məcburi hala gətirdi. Açılan yeni məktəblərin səviyyəsini daha yüksəklərə qaldırmaq məqsədilə texniki kitabların tərcüməsi üçün Qərb dillərində olan tərcümə şöbələri açdırdı. 1827-ci ildə Osmanlı Tibb Fakültəsi qurdurdu. Ölkənin abadlaşdırılmasına, elm, sənət, xeyriyyə və sosial müəssisələrinə böyük əhəmiyyət verən Sultan II Mahmud xan bizlərə çox sayda əsərlər buraxıb.
Fazil QARAOĞLU,
professor






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:23
Naxçıvanın sabiq təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ