Son vaxtlar beynəlxalq vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin həllinə marağı artıb. Bunu Trend-ə siyasi ekspert, Qloballaşma və Sosal Hərəkatlar İnstitutunun Beynəlxalq siyasətin təhlili mərkəzinin rəhbəri Mixail Neyjmakov deyib.
Onun sözlərinə görə, bununla belə, nəzərəçarpacaq sıçrayışdan danışmaq hələ tezdir.