Bazar günü günü, 22 noyabr 2026
     

Azərbaycanda təkrarlanmaq şansı olan 1992-ci il "manevri"...

Image


Rublun, təngənin, larinin, yuanın ardınca manatın da azacıq öləziməsinin yaratdığı qaçılmaz bahaçılıq odundan əlləri qarsmış bəzi rayon sakinləri könüllü, ya təhrik olunma şəraitində kiçik aksiyalar keçirməyə cəhd göstərdi. Dərhal ölkənin tezliklə ümumxalq etiraz hərəkatlarına bürünəcəyi barədə ən radikal yanaşmaları özündə cəm edən müxtəlif mülahizə və proqnozlar səslənməyə başladı.
Təbii ki, həm iqtidar, həm də siyasi opponent düşərgədən gələn mülahizə və proqnozlaşdırma yarışına ictimaiyyət nümayəndələri də qoşuldu. Bəs necə, söhbət ölkənin gələcəyinə aid edilən ssenarilərdən gedirsə, başqa cür necə ola bilər ki...
Hər kəs öz proqnoz və mülahizələrini ən qiymətli mal kimi ortalığa dartsa da, ortalığın real vəziyyətinə və zövqünə tam uyğun olan başqa həqiqətlər var. Bu gün matah tikəyə çevrilərək ortalığa çəkilən ideyaların ən populyarı iqtidar-müxalifət dialoqunun yeni mərhələsinin açılmasıdır. "Yata-yata yanı illərdən bəri ağrıyan" və düşmüş fürsətdən ruhlanaraq "dura-dura belini də ağrıtmaq" həvəsinə düşmüş dairələr bu ideyaya xüsusi önəm verməyə başlayıblar. Təbii ki, bu istiqamətdə müəyyən sistemli fəaliyyət də nümayiş etdirməyə çalışırlar. Eyni zamanda həm dialoqun zəruri çıxış yolu olduğuna inandırmağa çalışır, həm də devalvasiyanın gətirdiyi təbii və süni bahalaşdırma meyllərinin sonda ölkəni kütləvi xaosa, qarşıdurmalara çəkə, hətta silahlı toqquşmaların tüğyan etdiyi Suriya, İraq, Ukraynanın, Yəmənin, qeyrilərinin gününə düşə biləcəyimizi ictimai fikrə yeritmək istəyirlər. Aydındır ki, bu qorxulu perspektivin həqiqətən ola biləcəyinə inananlar bir oyunun təsiri altına düşdüklərini anlamır və hansısa dialoq, Ümumxalq Qurultayı, Milli Ziyalılar Forumu, Milli Etimad Hökuməti və sair kimi pafosdan başqa heç bir real nəsnə ifadə etməyən ideyaların daşıyıcılarına çevrilirlər. Hələ bir minnət də qoyurlar ki, "bəs, filankəs düz deyir də, bu gedişlə ölkə hara gedir, gözləyirlər ki, Suriyanın, Ukraynanın, İraqın, Yəmənin gününə düşək, sonra "ağıllı söz deyənlərə qulaq assınlar". Bu kimi ağsaqqalyana deyimlərlə onlar həm kimlərisə dəstəkləyir, həm də özlərinin guya çox ağıllı insanlar kateqoriyasına aid "ari təmsilçiliklərinin" ictimai təqdimatını keçirirlər. Elə biz də belə "ağıllıların" "dahiyanə deyinməsindən" çıxan və heç də ritorik sayılmayan sualdan başlayaq...

Doğrudan da Azərbaycan Suriya, İraq, Ukrayna, Liviya, Yəmənə dönə bilərmi?..

Qəbul edək ki, bu ölkələrin hər birində Azərbaycan kimi ən müxtəlif millətlərin, etnik qrupların, din və sektaların ardıcılları, kasıb, varlı, ortabablar deyilən sosial qrupların təmsilçiləri yaşayırdı. Söhbət indiki daxili qırğınlardan əvvəlki dövrlərdən gedir. Yəqin artıq hamının az da olsa məlumatı var ki, Suriyada, Yəməndə, İraqda, Ukraynada kimlər kimlərlə vuruşur, husilər, kürdlər, ərəblər, yezidlər, aysorlar, şiələr, sünnilər, druzlar kimlərdir və gedən qanlı toqquşmalarda kimlərin yanında, ya qarşısındadır. Təkrarlamayacağıq. Ancaq sözügedən "cəhənnəm" ölkələrlə çoxdinlilik və çoxmillilik oxşarlığı özlüyündə əsas verirmi ki, Azərbaycanın nə zamansa həmin ölkələrin tayı olacağını heç olmasa yarıəminliklə söyləyək?! Birmənalı deyirəm ki, yox! Azərbaycanlı şiənin, sünninin, xristianın o "terminatorsayağı" şiələrdən, sünnilərdən, xristianlardan olmadığına, azərbaycanlı kürdün PKK və ya PYD-li, azərbaycanlı ləzginin, talışın "o sayaq" döyüşçülərdən olmadığına, olmayacağına və ola bilməyəcəyinə inam əslində birmənalıdır. Əhalisinin 90 faizdən çoxunun milliyyətcə türk, dinc müsəlman olduğu bir ölkədə nəinki indi, hətta son 2 min illik tarixdə bircə xristianın, yəhudinin, buddistin, adventistin qeyri-müsəlman olduğu üçün qətlə yetirildiyinə, bircə talışın, kürdün, ləzginin, avarın, zahurun qeyri-türk olduğu üçün öldürüldüyünə, qəlbinə toxunulduğuna, acı bir söz deyildiyinə dair bircə fakt belə yoxdursa, yuxarıda dediyim "bu... onlardan deyil" hökmünə necə inanmamaq olar? Demək, Azərbaycanda həmin başıbəlalı ölkələr kimi dinlər və millətlərarası qanlı qırğının düşə biləcəyini iddia edənlər, məşhur şah məsəlində deyildiyi kimi, "ya say bilmirlər, ya da kürəkləri şallaq görməyib".


Azərbaycanda sosial zəminli qanlı toqquşmaların mümkünlüyünü də nəzərdən keçirə bilərik. Doğrudur ki, Azərbaycanda da o ölkələr kimi kasıblar, ortabablar və zənginlər yaşayır. Ancaq o ölkələrdəki varlılarla yoxsulların qanlı müharibələrini Azərbaycan müstəvisində də mümkünat kimi nəzərdən keçirənlərə elə öz milli tariximizdən sual vermək istəyirəm: siz heç Azərbaycanda nə vaxtsa varlılarla kasıbların qanlı vətəndaş müharibələrinin getdiyini eşitmisinizmi? Hətta "ağlar-qırmızılar" deyilən sovetsayağı vətəndaş müharibəsinin Azərbaycana sönük əks-sədalarından başqa heç nə gəlib çıxmadı. Ancaq lütfən, Azərbaycan milli kino sənətinin şedevrlərinə çevrilmiş "Qatır Məmməd", "Yeddi oğul istərəm", "Axırıncı aşırım" kimi kinolarda əbədiləşdirilən uydurma bolşevik-kommunist təbliğatını həqiqət kimi qələmə verməyin. Qırmızı ordu ilə Azərbaycanda əmlakını itirmiş bir qrup varlının müharibəsini azərbaycanlıların vətəndaş müharibəsi kimi başa düşmək olmaz. Azərbaycanda qardaşın qardaşa, kəndlinin öz həmkəndlisinə qarşı illərlə davam edə bilən silahlı savaşını təsəvvür edirsinizmi? Bu sətirlərin müəllifi olaraq, Naxçıvanda doğulub böyümüşəm. Həm kitablardan, həm də dünyagörmüş ağsaqqallardan, hətta göz şahidi olanlardan aldığım bilgilər əsasında tarixə bələdçiliyim var. Bolşevizmin tarixində Denikin, Vrangel, Kolçak, Yudeniçin Rusiyada illərlə qanlı vətəndaş müharibəsi apardığı vaxtlarda, yəni 1918-1921-ci illərdə və sonrakı dövrlərdə Naxçıvanda, Azərbaycanın başqa bölgələrində hətta günlərlə sosial zəmində vətəndaş müharibələrinin getdiyinə dair faktlar eşitməmişəm. İndiki Azərbaycanda bu sayaq kataklizmləri tam istisna edən başqa nüanslar da əlavə olunub. Məsələn, paytaxtda və regionlarda elə bir tayfa, nəsil tapmaq olmaz ki, onun kasıb və ortabab yaşayanları ilə bərabər ya biznesdən, ya da məmur fəaliyyətindən bir az pul toplamış zəngin üzvləri olmasın. Təsəvvür edirsinizmi ki, hansısa tayfanın içində aylarla-illərlə varlı-kasıb müharibəsi getsin?! Həmin zənginlərin öz kasıb əqrabasına zaman-zaman əl tutmalarını da bura əlavə etsək, qanlı perspektiv üçün "çiçəyi çırtlayanların" saqqızının yerə düşəcəyini söyləmək zorundayam. Barsız ağacın yarpaq gözcüyünü Azərbaysan adlı "ağac"a calaq etməyə çalışmayın! Bir neçə rayonda artan qiymətlərdən canı acımış insanların normal sayılacaq etirazlarının sonda Azərbaycanı Suriyaya, İraqa, Ukraynaya döndərə biləcəyi mümkünsüzdür. Onun idarəolunmaz xaosa, kütləvi silahlı qarşıdurmalara çevrilməsi də real deyil. Olsa-olsa, bir neçə rayonda indiki dinc qiymət etirazları başqa bəzi rayonlarda təkrarlana bilər. Onun dinc siyasi ümumxalq hərəkatına çevrilmək şansı da çox zəifdir. Çünki bunun üçün ölkədə ən ümdə şərt olan

...Müxalif xarizmalı lider şəxsiyyət yoxdur...

Bitib-tükənməyən şəxsi intriqalar, 20 illik davamlı siyasi uğursuzluq, hakimiyyətin bircə planını belə poza bilməmək ölkədə müxalifət başçılarının bəzilərinin olan-qalan xarizmasını da ortadan çıxardı. Müxalifət funksionerlərindən kimsə özünə xarizma toplaya bilmək kontekstində heç ümidverici təsir də bağışlamır. İqtidar düşərgəsində isə bunlara əks proses getdi. Prezident İlham Əliyev bəzilərinin mübahisəli və qeyri-legitim saydığı 2003-cü ildən başlayaraq düz 12 il ərzində dinamik surətdə siyasi (bütün proseslərdə özünü dominant kimi təsdiqlədi), ideoloji (kimsə ortaya əks-ideologiya qoya bilmədi) təşkilati (ondan başqa hamının təşkilatı dağılıb getdi), şəxsi xarakterik göstəricilər (xarici dil bilgiləri, auditoriya qarşısında sərbəst çıxış, prinsipial dövlətçilik məsələlərində komplekssizlik), hüquqi (seçkiyə qatılan rəqiblərini mübahisəsiz üstələdi) beynəlxalq münasibət (bütün dövlətlər onu prezident kimi qəbul etdi) baxımından tam legitimlik atributlarını özünə çəkdi. İqtidarın xarizmatik liderə malik olması onun hazırkı müxalif düşərgədən saysız fərqli xüsusiyyətlərindən ən böyüyüdür. Legitimləşərək tədricən xarizmalı liderə çevrilən, üstəlik böyük siyasi-inzibati və təşkilati resurslara sahib olan İlham Əliyevin qarşısında "xarizmasız-resurssuz liderlər" bolluğuna düşmüş müxalifətin tək-tək rayonlardakı sosial çıxışları ölkə miqyaslı ümumxalq siyasi etiraz hərəkatına çevirə biləcəklərini düşünmək sadəcə eyibdir. Ölkədə vahid müxalif xarizmalı lider ortaya çıxana qədər (?!) bu eyibi ört-basdır etməyə çalışmağın əvəzində isə...

"Qaçılmaz" iqtidar-müxalifət dialoqu gündəmə sırınır...

Mübahisəsiz görünən aşkar mənzərə budur ki, irili-xırdalı, tarixi olan-olmayan, tanınan-tanınmayan müxalif qrup rəhbərlərinin hamısı indi bu ideyadan yapışıb: "Dialoq olmalıdır, vəssalam, əks halda ölkə batacaq". Mübahisəli məsələ isə müxalifətin dialoq tərəfi olaraq iqtidarda ikinci-üçüncü ranq məmurları, ya şəxsən Prezidentin özünü görməsidir. Bəziləri dialoq tərəfi kimi ikinci-üçüncü ranq iqtidar məmurlarını və aparıcı YAP funksionerlərini görür, digərləri isə dialoq masası arxasındakı tərəflərin, bərabər olmasa da, heç olmasa azacıq güc fərqi prinsipinin çox vacib olduğunu kənara qoyaraq şəxsən Prezidentin özünün dialoqda iştirakını vacib sayır. 


Qəribədir ki, bir vaxtlar hətta "YAP-ın süpürgəçisi ilə də" dialoqa getməyə hazır olduğunu deyənlər indi ikinci qrupun yanında peyda olublar, yəni Prezidentin özünü dialoqda görmək istəyirlər. Prezidentin özünün dialoqa qatılmayacağı bəri başdan birmənalı aydındır. İkinci-üçüncü ranq məmurların və YAP funksionerlərinin isə dialoqda iştirakını məsləhət görə biləcəyi mübahisəlidir. Bəzilərinin öz kabinetində oturub vəziyyəti fırtınalı təqdim etməsinə baxmayaraq, ölkədə real şərait fərqlidir və dialoqun labüdlüyünü diqtə etmir. Hakimiyyətin bu arada qiymətləri nəzarət altına alması, pensiya və əməkhaqlarının artım mexanizminin işlənməsinə start verməsi, idxal-ixrac əməliyyatlarını sadələşdirməsi, çörək və taxılı ƏDV-dən azad etməsi və s qarşısında müxalifətin hələlik təsəvvür olunan dialoqa nə ilə getməyə hazırlaşdığı məlum deyil. Pafoslu şüar və çıxışlardan başqa ortada konseptual görüntülü nə isə yoxdur. Yadıma 1992-ci ilin sonlarında Naxçıvanda hazırlıq görülən siyasi partiyaların bir dialoquna rəhmətlik Heydər Əliyevin taktiki münasibəti düşdü. YAP yenicə yaranmışdı, universitetdə işləyirdim, Naxçıvan televiziyasında da politoloq kimi çıxışlar edirdim. Hazırda Prezidentin köməkçisi işləyən Əli Həsənovla Heydər Əliyevin qəbulunda idik. Əli müəllim Naxçıvanda partiyaların dəyirmi masaya hazırlaşdıqları və YAP-ın da masaya dəvət edildiyi barədə məlumat verdi. Masada Naxçıvanın o zamankı ağır vəziyyətdən çıxış yolları müzakirə olunmalı idi. Əli müəllim YAP-ın quruculuğu ilə fəal məşğul olanlardan biri idi. Biz hər ikimiz YAP-ın həmin masada iştirakını münasib görsək də, Heydər Əliyev ani bir pauzanın ardından məsləhət gördü ki, bu ilk təcrübədir, biz onsuz da hər dəqiqə Naxçıvanın taleyi barədə düşünür və konkret işlər görürük, biz hələlik kənarda qalaq, görək onlar necə, Naxçıvanın nicat yolları ilə bağlı real bir paket ortaya qoya biləcəklər, ya yox... O zaman Naxçıvanda AXC var idi, XAP var idi, AVP var idi, səhv etmirəmsə Kəndli Partiyası, ADP var idi və s. "Real paket" gözləntiləri, təbii ki, doğrulmadı, dəyirmi masa ənənəvi ittihamçı və pafoslu tonda qalmaqalla nəticəsiz bitdi...Doğrudur, masadan sonra Heydər Əliyevi və YAP-ı sərt qınama kampaniyası başladıldı ki, Naxçıvanın taleyinə "biganə qaldınız". Kampaniya az bir müddət hətta azacıq effekt də verdi, təbliğatlara uyanlar oldu. Ancaq proseslərin sonrakı gedişi hamıya bəllidir: Naxçıvanı məhz Heydər Əliyev qorudu...

İndiki dialoq carçıları baş tuta biləcək hansısa dialoqun bir neçə günlük kabinet və mətbuat müzakirələrindən başqa heç bir nəticə doğurmayacağını əvvəlcədən bilirlər, sadəcə ortada ikibaşlı taktika ilə bir oyun var. İnsanların yaşayışı bir az çətinləşib, qiymətlər qalxıb, hələlik əməkhaqqı və pensiyalar yerindədir, insanlar arasında cavabsız narahat suallar dolaşır. Bunlardan doğan xırda tərpənişlər var. Bu şəraitdə Prezidentin özünün, nəzəri də olsa, dialoqda iştirakını təsəvvür etsək, nəticənin nə olmağından asılı olmayaraq, qarşı tərəf göydən düşmüş "görün vəziyyət nə qədər ağırdır ki, Prezident özü dialoq masasında əyləşdi" tezisi ilə təbliğat manevrləri etmək şansını əldən buraxmayaracaq. İqtidarın istənilən dialoqdan imtinası da müxalifətə manevr imkanı saxlayır":Siz ölkənin ağır durumuna laqeyd qaldınız!" Bu manevr qısa bir müddət ortada dayana bilər. 1992-ci ildə Naxçıvanda nəticəsiz dəyirmi masadan sonrakı tez unudulmuş təbliğat manevri kimi... Tarix həqiqətən təkrar olunurmuş.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ