Rusiya Suriyada İŞİD-in neft biznesini çökdürür. Baki-xeber.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmisi Andrey Kartapolov Rusiya döyüş təyyarələrinin ötən gün İŞİD-ə aid 149 hədəfi vurduğunu bildirib.
"Yalnız bir neçə gündə rus döyüş təyyarələri İŞİD-in Suriyadan İraqa neft daşıyan 500 yük maşınını vurub. Bu vəziyyət yaraqlıların neft biznesinə əhəmiyyətli ölçüdə zərbədir. Çünki təşkilat gəlirini neft qaçaqçılığından əldə edir" – deyə Kartapolov bildirib.
Kartapolov Rusiya döyüş təyyarələrinin İŞİD-in neft tankerlərinin "ovuna” çıxdığını bildirb.