Bazar ertəsi günü, 23 noyabr 2026
     

Azərbaycan XİN Ermənistanın işğal etdiyi ərazilərdə vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyət daşıdığını bəyan etdi

Image


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Trend-ə müsahibəsi:

- Bundan əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan YUNESKO-da çıxış edərək, indi isə xarici işlər nazirinin müavini Şavarş Koçaryan mətbuata açıqlama verərək, guya Azərbaycanda "tarixi” erməni abidələrinin dağıdıldığını iddia ediblər. Bu barədə və Azərbaycanın işğal edilmiş ərazilərində mədəniyyət irsinə qarşı törədilmiş əməllər barədə nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının ərazisində dövlət səviyyəsində bütün mədəniyyət və dini abidələrə xüsusi qayğı vardır. Azərbaycanın milli və beynəlxalq səviyyədə tarixi-mədəni irsin qorunmasına verdiyi töhfələr YUNESKO başda olmaqla, beynəlxalq ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilir.

Prezident İlham Əliyev 18 noyabr 2015-ci il tarixində YUNESKO-nun Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda məzmunlu və əhatəli çıxışında digər strateji məsələlərlə bərabər, ölkəmizin mədəniyyət diplomatiyası, multikulturalizm siyasəti və Ermənistanın işğal olunmuş ərazilərdə və Ermənistan ərazisindəki tarixi torpaqlarımızda Azərbaycan xalqının maddi-mədəni və dini irsinə qarşı törətdiyi vandalizm əməllərini əsaslı faktlarla bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmilərinin ənənəvi qaydada yalan və riyakarlığa əsaslanan bəyanatlarına gəldikdə isə ilk növbədə onu qeyd etmək istərdim ki, Cənubi Qafqazın köklü etnik toplumu olmayan ermənilərin bu regionda uzaq tarixi keçmişə aid maddi-mədəniyyət abidələrindən danışması yalnız gülünc doğurur və tarixi saxtakarlığın növbəti nümunəsidir. XIX əsrin birinci yarısından etibarən məqsədyönlü şəkildə Qafqaza köçürülmüş ermənilərin bu regiondakı dini və maddi-mədəniyyət nümunələri də öz əsasını yalnız bu dövrdən götürür. Azərbaycan ərazisində olan bu kimi abidələr, o cümlədən, Bakıda XIX əsrin sonlarına aid erməni kilsəsi dövlət səviyyəsində qorunur, hətta təmir edilib.

Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu, Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndi və Naxçıvanın Kərki kəndinin müvəqqəti işğalı nəticəsində 738 tarixi abidə, 83 500 ədəddən çox eksponata malik 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəniyyət müəssisəsi daxil olmaqla, 1891 ədəd maddi-mədəniyyət resursu talan və vandalizm obyektinə çevrilib. Məsələn, Ermənistanın yürütdüyü mədəni vandalizm siyasətinin nəticəsidir ki, Laçın muzeyindən talan edilmiş gümüş əl çantası Londondakı "Sotheby’s" auksionunda 80.000 ABŞ dollarına satılıb.

Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır. Azərbaycanın orta əsr şəhərlərindən biri İrəvandakı (hazırda Yerevan) Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə "yenidən təmir edilib”. Dağıdılmış memarlıq abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi və "Sərdar sarayı” və ya "Xan sarayı” saraylar kompleksi də var. İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib.

Həmçinin Ermənistanda olan qədim və yeni dövr Azərbaycana məxsus qəbiristanlıqlar məhv edilib. İşğal edilmiş ərazilərdə olduğu kimi, Ermənistanda olan Azərbaycanın tarixi yerlərində toponimlər orijinal xarakterinin dəyişdirilməsi məqsədilə erməni adları ilə əvəz edilib.

Qeyd edilənlər yalnız sıradan olan bir neçə nümunələrdir. Ona görə də E.Nalbandyan və Ş.Koçaryanın bu vandalizm faktlarına cavab verməsinə ehtiyac vardır.

- Azərbaycan bu maddi-mədəniyyət abidələrinin dağıdılması ilə əlaqədar beynəlxalq təşkilatlara, xüsusilə YUNESKO-ya müraciət edibmi?

- Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi” və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması” adlı hesabatlar YUNESKO başda olmaqla, BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İSESKO və digər beynəlxalq təşkilatlara təqdim olunur.

Görülən işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barədə mütəmadi əsasda qətnamələr qəbul edilir. Sonuncu belə qətnamə 27-28 may 2015-ci il tarixində Küveytdə keçirilmiş Xarici İşlər Nazirləri Şurasında qəbul edilib.

Azərbaycanın müraciəti əsasında YUNESKO Azərbaycanın işğal olunmuş ərazilərdə maddi-mədəni irsin dağıdılması hallarını araşdırmaq və monitorinqini aparmaq üçün missiya göndərməyə hazırlığını ifadə edib. Amma Ermənistan bu missiyanın həyata keçirilməsinə imkan vermir. Çünki missiya həyata keçirildiyi təqdirdə, işğal olunmuş ərazilərdə xalqımıza aid maddi-mədəniyyət abidələrinə qarşı vandalizm halları sənədləşdiriləcək və beynəlxalq ictimaiyyətə təqdim olunacaq.

Odur ki, rəsmi Yerevan siyasi möhtəkirliklə məşğul olmaq əvəzinə, YUNESKO missiyasına nəyə görə imkan vermədiklərinə aydınlıq gətirməlidir.

Təbii ki, kosmik peyk imkanlarından və digər vasitələrdən istifadə edərək Azərbaycanın müvəqqəti işğal edilmiş ərazilərindəki vəziyyətin bütün aspektləri, o cümlədən maddi-mədəniyyət abidələrinin durumu əvvəlki halları ilə müqayisəli şəkildə monitorinq edilir.

- Maddi-mədəniyyət və dini abidələrin dağıdılması ilə əlaqədar Ermənistan beynəlxalq hüquqi məsuliyyət daşıyırmı?

- Əlbəttə. Ermənistanın bu mədəni vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyəti vardır. 1954-cü il Haaqa və ya "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya” müharibə dövründə mədəni mülkiyyətin qorunmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir. Əvvəlki müqavilələrdən fərqli olaraq, bu Konvensiyaya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində konstruktiv addımlar atmaq öhdəliyi var. Konvensiyaya üzv dövlətlər "mədəni mülkiyyətə qarşı yönəlmiş vandalizm aktlarını qadağan etmək, qarşısını almaq və zərurət yaranarsa, mədəni mülkiyyətə qarşı yönəlmiş oğurluq, qarət və qanunsuz mənimsənilmənin istənilən formasına son qoymaq” barəsində razılığa gəlib.

1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu isə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndi. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin "işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir.

Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Bundan əlavə, mədəni mülkiyyətin qorunmasının əsasını təşkil edən humanitar və insan hüquqları ölçülərinin beynəlxalq cinayət hüququnun digər müddəaları, xüsusilə də insanlıq əleyhinə cinayətlər kateqoriyası vasitəsilə daha yaxşı irəlilədilə biləcəyini nəzərə alaraq, mədəni irsin insan ölçüsünün əhəmiyyəti azaldılmamalıdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ