Bazar ertəsi günü, 23 noyabr 2026
     

Azərbaycan və Türkmənistanın "Transxəzər" kursu bir az da qətiləşdi

Image


Enerji bazarında mühüm dəyişikliyə start verəcək layiəhələrdən biri sayılan "Transxəzər" qaz kəməri layihəsinin həyata keçməsinə maraq getdikcə artır. Xüsusən də Avropanın bu məsələyə böyük diqqət göstərdiyi məlum həqiqətdir. Məsələ vaxtaşırı Azərbaycan və Türkmənistan tərəfindən də gündəmə gətirilir. Ümumiyyətlə, bu iki ölkə enerji sahəsində qarşılıqlı əməkdaşlıqlarının dərinləşməsində xüsusi maraqlı tərəflər kimi çıxış edir.
Bu arada prezident Qurbanqulu Berdiməhəmmədov SOCAR rəhbəri Rövnəq Abdullayevlə görüşü zamanı bildirib ki, Türkmənistan bundan sonra da Azərbaycanla iki qardaş xalq arasında olan dostluq və mehriban qonşuluq siyasətinə, bərabərhüquqlu qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətləri möhkəmləndirmək niyyətindədir.
Görüş zamanı iqtisadi sahədə müxtəlif qarşılıqlı əlaqələrin genişləndirilməsi, həmçinin yanacaq-enerji sektorunda birgə layihələrin reallaşdırılması məsələləri müzakirə olunub. Tərəflər vurğulayır ki, böyük enerji potensialına malik Türkmənistan və Azərbaycan öz zəngin karbohidrogen yataqlarının effektiv mənimsənilməsi, Xəzər regionundan da daxil olmaqla, öz tədarüklərini dünya bazarlarına çıxışını şaxələndirmə istiqamətində əməli addımlar atır. Aydındır ki, burada xüsusi diqqət mərkəzində yer alan məsələlərdən biri məhz "Transxəzər"dir. Qurbanqulu Berdiməhəmmədov elə bu günlərdə bildirib ki, "Transxəzər" qaz kəməri gələcək vəd edən layihədir. O qeyd edib ki, Türkmənistanın enerji qaynaqlarının Avropaya tədarükü imkanları böyük maraqla müzakirə edilir. Burada "Transxəzər" qaz kəmərinin tikintisi perspektivli layihə hesab edilir.
Qeyd edək ki, "Transxəzər" qaz kəməri vasitəsilə Türkmənistan qazı Xəzər dənizindən keçməklə Cənub Qaz Dəhlizi ilə Avropaya nəql edilə bilər. Bu qaz kəməri, reallaşacağı təqdirdə, Xəzərin dibindən keçməklə dənizin Türkmənistan və Azərbaycan sahillərini birləşdirməlidir. Sözügedən kəmərlə nəql olunacaq türkmən qazının daha sonra TANAP kəməri ilə Türkiyə üzərindən Avropaya nəqli planlaşdırılır. TANAP-ın inşasının intesiv şəkildə davam etdiyi bir vaxtda "Transxəzər"ə maraq daha da artır. Avropa ilə yanaşı, qardaş Türkiyə də qeyd olunan kəmərə böyük maraq göstərir. Xatırladaq ki, məsələ bir neçə ay əvvəl Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şevtsoviçin və Azərbaycan, Türkiyə, Türkmənistan xarici işlər nazirlərinin iştirak etdiyi danışıqlarda geniş müzakirə olunub. Hətta Şevtsoviç bildirib ki, təmsil etdiyi qurum "Transxəzər" qaz kəmərindən 2020-ci ildən etibarən qaz almağa ümid edir. Azərbaycan və Türkmənistan, həmçinin Avropa hesab edir ki, "Transxəzər" kəmərini çəkmək üçün onun keçdiyi ölkələrin razılığı kifayətdir. Yəni kəmər Türkmənistan və Azərbaycanın Xəzərdəki milli sektorlarından keçdiyi üçün Bakı və Aşqabadın razılığı layihənin həyata keçirilməsi üçün kifayət etməli idi. Amma bəllidir ki, Xəzərdə güclü hərbi donanma saxlayan Rusiya buna qarşı çıxır. Moskva dəfələrlə qəti şəkildə bildirib ki, Xəzərin dibindən kəmərlərin çəkilməsi ancaq bütün sahilyanı ölkələrin ümumi razılığı əsasında baş tuta bilər. Kremldə hesab olnur ki, "Transxəzər" kəməri birbaşa Rusiyaya qarşıdır və Avropanın qaz bazarında "Qazprom"un mövqelərini zəiflətmək üçün irəli sürülüb.
Azərbaycan "Transxəzər" layihəsində həmişə ehtiyatlı mövqe nümayiş etdirib. Türkmənistan tərəfi isə xeyli fəallıq edir və bu marşrutu qaz nəqlinin şaxələndirilməsi strategiyasının mühüm hissəsi sayır. Yuxarıda qeyd olunduğu kimi, Türkiyə də layihədə maraqlı tərəflərdən biridir. Çünki türkmən qazının Azərbaycan və Gürcüstandan keçməklə bu ölkəyə, oradan Avropaya nəqli Ankaranın geosiyasi mövqelərini daha da gücləndirəcək. Birləşmiş Ştatlar da dəfələrlə bildirib ki, ABŞ Rusiyadan yan keçən "Transxəzər" qaz kəmərinin tikintisi layihəsində Avropa İttifaqını tam dəstəkləyir. Lakin Rusiya və İran faktoru hələlik layihə üçün maneə sayılır.
Qeyd edək ki, "Transxəzər" ildə 30 milyard kubmetrə yaxın türkmən qazının Avropaya nəqli üçün düşünülüb, ötən əsrin 90-cı illərinin sonlarında ABŞ tərəfindən irəli sürülüb. Bu ideya Rusiyanın bölgədə mövqelərinin zəif olduğu vaxtlarda xeyli aktual idi. Lakin Rusiyanın Xəzərin dibindən qaz kəmərinin çəkilməsinə icazə verilməyəcəyinə dair qəti mövqeyindən, xəbərdarlıqlarından sonra "Transxəzər" layihəsi gündəmdən düşmüş hesab edilirdi. Sonradan isə Qərb bu məsələni yenidən gündəmə gətirdi. Qeyd edildiyi kimi, Azərbaycan və Türkmənistan bildirir ki, bu kəmər iki ölkənin Xəzərdəki milli sektorundan çəkiləcəyinə görə qərarı da onlar verməlidir. Lakin Rusiya Xəzərin statusunun qeyri-müəyyən olmasını, ətraf mühit problemlərini və s. irəli sürərək buna imkan verilməyəcəyini bildirir.
Nahid SALAYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ