Bazar ertəsi günü, 23 noyabr 2026
     

İŞİD Qafqazda Rusiyaya cavab aktlarına hazırlaşır

Image


Dünya təhlükəsizliyi üçün böyük təhdid mənbəyi olaraq qalan İŞİD-ə qarşı mübarizənin yeni sərt mərhələsi başlanır. Ən azından, Rusiya və Fransa üzləşdikləri terror aktları ilə bağlı olaraq bu quruma qarşı daha sərt formada mübarizəyə start verir. Xatırladaq ki, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib ki, Misirin Sinay yarımadası üzərində qəzaya uğrayan, Rusiyanın "Koqalımavia" şirkətinə məxsus "A321" sərnişin təyyarəsində partlayıcı qurğu olub.
O bildirib ki, əldəqayırma partlayıcı qurğunun gücü 1,5 kq trotil ekvivalentində olub. Təyyarənin qalıqlarında xaricdə istehsal olunmuş partlayıcı maddələrin izləri aşkarlanıb. Partlayışın İŞİD tərəfindən törədildiyi də bildirilir. Elə bundan sonra Rusiya qanadlı raketlərdən və uzaqmənzilli bombardmançı təyyarələrdən istifadə etməklə Suriyadakı hədəflərə çoxsaylı zərbələr endirib. Bu, Rusiyanın Suriya əməliyyatlarında uzaqmənzilli bombardmançıları tətbiq etməsinə dair ilk belə faktdır. Moskva zərbələri daha da gücləndirəcəyini bildirir. Bu fonda maraq doğuran məqamlardan biri İŞİD-in verəcəyi cavabdır. Həmişəki kimi, məsələyə yenə Qafqaz prizmasından xüsusi diqqət yetirilir. İŞİD üzvlərinin məhz bu regiona qayıdaraq Moskvaya cavab zərbələri endirməsi haqda isə xəbərdarlıqların sayı artır.
Rusiya Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın öyrənilməsi mərkəzinin eksperti Andrey Areşev də bildirir ki, Cənubi Qafqaz ölkələri üçün əsas təhlükə İŞİD tərkibində döyüşən vətəndaşlarının geri qayıdışıdır. Onun sözlərinə görə, Şimali Qafqazla yanaşı, bölgədə əsas söhbət Azərbaycan və Gürcüstandan gedir: "Gürcüstanın Pankisi dərəsi, həmçinin Acarıstan və Kvemo-Kartli bölgələri, Azərbaycanın isə Şimali Qafqazla həmsərhəd olan şimal bölgələrində ekstremist düşüncəlilər var. Hər iki ölkənin hökuməti vəziyyəti nəzarətdə saxlaya bilir. Lakin bu, təhlükənin tam aradan qalxması demək deyil. Çünki heç bir ölkə terrordan sığortalanmayıb. Paris terrorundan sonra ümumiyyətlə terror təhlükəsi Qafqaz bölgəsi üçün də aktuallaşır. Region ölkələri mövcud sabitliyə arxayın olmamalı, təhdidlərə qarşı hər zaman tədbir görülməlidir".
Ekspert İŞİD-in Paris terrorundan sonra Rusiyanı hədələməsinin də Cənubi Qafqaza təsir edə biləcəyini deyib. Onun sözlərinə görə, bu gün terror qruplaşmasının tərəfdarları Şimali Qafqazda mövcuddur: "Bu, terror təhlükəsini Cənubi Qafqaz üçün hər zaman aktual edir". Görünür, Moskva bunu nəzərə alır və Qafqazda təhlükəsizliyin güclənməsi istiqamətində addımlar atır. Bundan əlavə, Rusiyada fəaliyyət göstərən bütün atom elektrik stansiyalarında gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq edilib. "Rosenerqoatom" konserninin mətbuat xidməti bildirir: "Antiterror təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üzrə tədbirlər çərçivəsində Rusiyanın bütün atom elektrik stansiyalarında gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq edilib. Bununla bağlı AES-lərin təhlükəsizlik xidmətləri və obyektlərin mühafizəsinə cəlb olunmuş təşkilatlar gücləndirilmiş xidmət rejiminə keçib". Konsern qeyd edib ki, gücləndirilmiş rejimin tətbiqi zamanı AES-lərin mühafizəsinə güc strukturlarının və asayişi təmin edən xidmətlərin əlavə qüvvələri cəlb olunur. Amma əsas təhlükə Qafqazda gözlənir. İŞİD artıq özünün Qafqaz əmirliyinin yaradıldığını bəyan edib. Burada onun müəyyən sayda tərəfdarları var. İŞİD qafqazlılarla Əbu Bəkr Əl-Bağdadi 2014-cü ildə özünü xəlifə elan etdikdən sonra əlaqə qura bildi. Bundan sonra yüzlərlə İŞİD tərəfdarı qafqazlı qruplaşma tərkibində döyüşmək üçün İraq və Suriyaya gedərək Bağdadiyə biət edib. İŞİD-in ən güclü komandirləri Doku Umarovun dostu Aslan Byutukayev və çeçen əsilli gürcü, Ömər Əl-Şişani ləqəbi ilə tanınan Tarhan Batiraşvilidir. Onlar hər zaman bölgədə sabitliyi pozan fəaliyyət hazır olduqlarını açıq bəyan ediblər.
Rusiyalı politoloq, Xəzər Əməkdaşlıq İnstitutunun direktoru Sergey Mixeyev hesab edir ki, İŞİD-lə mübarizə aparmaq çox çətindir. Çünki bura müxtəlif güclər öz təsirləri və maraqları ilə cəlb olunub: "İŞİD-in tərkibində MDB ölkələrindən çıxan döyüşçülər var. Xüsusi xidmət orqanları tərəfindən yaradılan İŞİD bizim region üçün böyük təhlükədir". Onun sözlərinə görə, İŞİD təşkilatın Cənubi Qafqaz regionunda olan tərəfdarlarını öz tərəfinə çəkir: "İŞİD Cənubi Qafqaz üçün birbaşa təhlükədir. Ona görə də, region ölkələrinin təhlükəsizlik sahəsində əməkdaşlığı olduqca vacibdir". Ümumiyyətlə, əksər ekspertlər hesab edir ki, İŞİD-ə qarşı birgə səylərin gücləndirilməsinə böyük ehtiyac var.
Tahir TAĞIYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ